Trayan
Min illik Roma imperiyası tarixdə doğrudan da unikal hadisədir. Dünyada görünməyib ki, bir şəhər bu qədər yüzilliklər ərzində dünyanın yarısına ağalıq etsin. Bu parlaq tarixin eniş-yoxuşları, şərəf və triumflarla bərabər rüsvayçılıqları da çox olmuşdur. Ancaq bizim məqsədimiz rüsvayçılıqları deyil, şərəfləri, daha dəqiqi, ölkəsinə şərəf gətirənlərin əməllərini açıb göstərməkdir. Bu cəhətdən Roma imperatoru Trayanın həyatı gözəl nümunə sayıla bilər.
O, İspaniyada romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə onlardan daha artıq ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.
Ardı
VIII iddia
VIII Iddia:
«Quran yəhudi və xristianların sözlərindən fоrmalaşmışdır. Bir çоx hadisə təhrif edilmişdir. hətta Isa peyğəmbərin anası Məryəm Musa peyğəmbərin (ə.s.) bacısı оlaraq göstərilir».
Cavab:
Quranın yəhudi və xristianların sözlərindən ibarət оlduğunu iddia edənlər bunun mahiyyətini də açıqlamalıdırlar. Quranı оnların sözlərindən kim tоplamış, Hz. Məhəmmədə (s.) bu sözləri kim öyrətmiş, оnun müəllimləri kimlərdir? Bu suallara cavab verilmədikcə həmin iddiaların yalnız və yalnız yalan və iftiradan о yana keçmədiyini yəqinləşdirmək lazımdır.
Ardı
- +2
- 20 aprel 2010, 00:59
- səlahəddin
- 1
Missiya başçısının öz fəaliyyətini bitirməsi
Diplomatik missiya başçısının ölkədə fəaliyyətini bitirməsinin müəyyən protokol prosedurası mövcuddur. Missiya başçısının akkreditə olduğu hökumət onun geri çağırılmasını tələb edirsə, əksər hallarda, nüfuz nöqteyi-nəzərindən, onu əvəz etməzdən öncə diplomatı məsləhətləşmələr üçün çağırır.
Ardı
- +8
- 19 aprel 2010, 22:58
- rokfeller
- şərh əlavə et
Frans Şubert
İlk romantik bəstəkar avstriyalı Şuberti (1797 — 1828) onun bilavasitə sələfi Bethovenlə müqayisə etdikdə musiqidə nə dərəcədə əhəmiyyətli dəyişikliklərin baş verməsi açıq-aydın görünür. Bethovenin qəhrəmanı öz üzərinə nəhəng, şəxsi mənafelərindən uzaq məqsədlər qoyub ona kəskin mübarizədən sonra nail olur. Şubertin qəhrəmanı da xoşbəxtlik, səadət sorağındadır, lakin o, bədbinliyə, ümidsizliyə qapılır və axırda tənha qalır. Şubert musiqisinin obrazlar dünyası bəstəkarın öz həyatı ilə də səsləşirdi. Belə ki, dostlarının söylədiklərinə görə, son dərəcə təvazökar, hətta utancaq olan Şubert çox vaxt mənəvi sarsıntılar keçirir, öz mənafeyini qoruya bilmirmiş. O, daim maddi ehtiyac içində yaşamış və bəzən fortepianosunu girov qoymalı, musiqini alətsiz bəstələməyə məcbur olmuşdur. Lakin heç bir çətinlik Şuberti seçdiyi yoldan döndərə bilməmişdir.
Ardı
Google Reader haqda hələ də yazmaq olar
Ardı
Osmanlı imperiyasında masonluq
Ümumiyyətlə, istər Osmanlı İmperiyası, istərsə də Türkiyə Respublikası dövründə masonluğun fəaliyyəti haqqında aparılmış tədqiqatlara və araşdırmalara istinad edərək Türkiyədəki masonların fəaliyyət tarixini 5 dövrə bölmək olar:
1. XVIII əsrin əvvəlləri — 1909-cu il;
2. 1909—1923-cü illər;
3.1923— 1935-ci illər;
4. 1935—1948-ci illər;
5. 1948-ci ildən bu günə kimi.
Türkiyəli masonların özləri öz tarixlərini araşdırarkən qeyd edirlər ki, Türkiyədə masonluğun meydana gəlib inkişaf etməsi və fəaliyyəti əslində, əsnaf cəmiyyətlərinə, fütüvvətnamələrə, hətta bektaşilik kimi Anadoludan qaynaqlanan təriqətlərə bağlıdır. Ancaq bu fikirlər o qədər də əsaslı deyildir. Çünki masonluğun əvvəl Osmanlı imperiyasına, bu imperiyanın dağılmasından sonra yerində dünyəvi prinsiplərə uyğun qurulmuş Türkiyə Respublikasına Qərbdən «idxal malı» olaraq gəldiyi və təməllərinin «yadellilər» daha sonralar da «azlıqlar» əlilə atıldığını aydın görmək olar. Onu da qeyd etmək lazımdır ki, Türkiyəyə xas mason və yaxud bir Türkiyə masonu anlayışı da yoxdur. Xarici vətəndaş olan hər hansı bir mason da Türkiyədəki mason lojaların birində «qardaş» kimi fəaliyyət göstərə bilər. Elə buna əsasən də biz Türkiyə mason tarixi, ya da Türkiyə masonluğu demək əvəzinə daha doğru və həqiqi olaraq Türkiyədəki masonluq və tarixi demək olar.
Ardı
- +2
- 19 aprel 2010, 17:45
- papatürk
- şərh əlavə et
2.2.3. ABŞ-da bank və digər maliyyə-kredit müəssisələri sistemi
ABŞ-ın bank sisteminin müasir vəziyyəti qloballaşma və beynəlmiləlləşmə proseslərinin dərinləşməsi və transmilli şirkətlərin artımı ilə xarakterizə olunur. Iri bankların sayına görə liderlik edən ştatlar Kaliforniya, Illinoys, Nyu-York, Pensilvaniya, Texas və Floridadır. Bu ştatlar əlverişli coğrafi vəziyyətinə, inkişaf etmiş sənayesinə və TNK-ların çoxsaylılığına görə fərqlənirlər.
Bütün kommersiya bankları hüquqi statusuna görə milli və ştat banklarına bölünürlər. Birincilər federal hökumət tərəfindən, ikincilər isə ştat hakimiyətləri tərəfindən lisenziyalaşdırılır və nəzarət olunur. Rəqabətin güclənməsi şəraitində kommersiya banklarının yapon bankları ilə qovuşmaları nəticəsində Amerikanın bank institutlarının sayı daima dəyişir. Belə ki, 1994-cü ilin axırında kommersiya bankların sayı 40,9 min idisə, 1998-ci ilin sonunda 8871 idi.
Ardı
- +1
- 19 aprel 2010, 16:49
- bankir
- şərh əlavə et
2.2.2. Federal ehtiyat sistemi
1913-cü ildə Federal ehtiyat sistemi (FES) haqqında qanunun qəbul edildiyi dövrdə ABŞ-da 20000 bank fəaliyyət göstərirdi. Onların 7000-i emissiyalı milli banklar idi, qalanları isə öz ştatlarının qanunları ilə fəaliyyət göstərir və banknotların emissiya hüququna malik deyildilər. ABŞ-ın bütün ərazisi 12 dairəyə bölünmüşdür. Hər bir dairədə kapitalı 4 milyon dollardan az olmayan federal ehtiyat bankı təsis edilmişdir. Əvvəllər Federal ehtiyat sisteminin əsas məqsədi bank böhranlarında və birja çaxnaşmalarında banklara kömək etməkdən ibarət idi. 1914-cü ildən 1922-ci ilə qədərki dövrdə on iki federal ehtiyat bankının rəsmi nümayəndələri dövri şəkildə məsləhətçi görüşlər və iclaslar keçirirdi. Bu iclaslarda monetar siyasətin istiqamətləri hazırlanırdı. Federal ehtiyat sisteminin təşəkkülü dövründə ictimai -siyasi faktorlar federal ehtiyat banklarına bu təşkilatın fəaliyyətində əsas rol oynamaq imkanı verirdi.
Ardı
2.2.1. ABŞ-da pul-kredit sisteminin yaranma tarixi
Müasir ABŞ ərazisində pul-kredit sisteminin formalaşması məşhur Federal ehtiyat sisteminin yaranmasından çox — çox əvvəl baş vermişdir. 1690-cı ildə Massaçusets körfəzinin koloniyası ilk dəfə qısamüddətli kağız öhdəliklər (Short bills) buraxmışdır. Hökumətin qısamüddətli öhdəlikləri ilə banknotlar arasında orta mövqedə duran bu kağızların məqsədi Kanadaya yola düşən hərbi ekspedisiyanı maliyyələşdirmək idi. Lakin bu, birdəfəlik cəhd idi və dövriyyədə ingilis funt sterlinqlərinin və ispan gümüş dollarlarının istifadəsi yenə də üstünlük təşkil edirdi.
Ardı
- +2
- 19 aprel 2010, 15:54
- bankir
- şərh əlavə et
1.3.2. Vergi sistemi: mahiyyət və məzmun
Vergi sistemi müəyyən qayda ilə yığılan vergilərin, rüsumların toplusunu, onların müəyyənləşdirilmə, dəyişdirilmə, ləğv edilmə, hesablanma və ödənmə prinsipləri və qaydalarının, vergi ödəyicilərinin, vergi orqanlarının və vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin digər iştirakçılarının hüquq və vəzifələrinin, o cümlədən vergi nəzarətinin forma və üsullarının, vergi qanunvericiliyinin pozulmalarına görə məsuliyyətin müəyyənləşdirilməsini ifadə edir. Vergi sistemləri aşağıdakı prinsiplər əsasında qurulur:
Ardı
- +1
- 19 aprel 2010, 14:36
- bankir
- şərh əlavə et
