Oturaq iş görənləri gözləyən təhlükə


 Mütəxəssislər oturaq işlə məşğul olanların gün ərzində sabit formada oturmamalarını, hər yarım saatdan bir ayağa qalxaraq iş yerində gəzmələrini tövsiyə edirlər. 

Dövrümüzün iş həyatında kompüter istifadəsinin artmasıyla yanaşı, mənfi iş şəraitilə əlaqədar olaraq oturaq işlə məşğul olanlar sağlamlıq problemlərilə qarşılaşırlar. Xüsusən saatlarla masa arxasında əyləşib işləyən insanlarda hərəkətsizliklə bağlı boyun və bel ağrılarının yarandığını bildirən manipulyasiya üzrə mütəxəssislır, müəyyən vaxtdan sonra əmələ gələn bu ağrıların getdikcə artaraq insanın dözməyəcəyi həddə çatdığını qeyd edirlər. Eyni formada kompüter qarşısında əyləşib işləyənlərdə bel və boyun əzələlərinin fəaliyyətsiz qaldığını vurğulayan ekspertlərə görə, bu da bel yırtığına səbəb olur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətin uzun müddət davam etməsi onurğada ciddi narahatlıqlar əmələ gətirir. Oturaq iş görənlər gün ərzində eyni formada əyləşməməli, hər yarım saatdan bir ayağa qalxaraq iş yerində gəzməlidirlər. 

Bel yırtığı təhlükəsi 

Daim eyni vəziyyətdə kompüterə baxan insanların boyun hərəkətləri edərək yaranacaq xəstəliklərdən özlərini qorumaları mümkündür. 

Bu formada daimi oturmalar və hərəkətsizlik, onurğa ətrafındakı əzələlərdə zəifləməyə, nəticədə boyunda düzləşməyə, həmçinin boyun və bel yırtıqlarına şərait yaradır. Gün ərzində hərəkətsizlikdən və daim eyni vəziyyətdə oturmaqdan irəli gələn ağrılar beldən ayağa keçdikdə bel yırtığı, boyundan qola və ələ keçdikdə boyun yırtığı ehtimalını özü ilə birlikdə gətirir. 

Yırtıqdan xilas edən əllər

Belə xəstəliklər zamanı dərhal bu sahənin mütəxəssisinə müraciət edilməlidir. Əməliyyat yalnız, bel yırtığında ayaqlarda artan əzələ gücünün zəifləməsi, sidiyi və nəcisi saxlaya bilməmək şikayəti olan və ya əməliyyatsız müalicəylə sağalmayan xəstələrdə, boyun yırtığında isə əllərdə və qollarda artan əzələ zəifləməsi olan şəxslərdə tətbiq edilir. 

Mənbə:Dəvət.az
 

8 şərh

pascal
Nə qədər oxuyuruqsa, yenə kompüter arxasına keçəndə əməl olunacaq bu qaydalara riayət etməyi unuduruq.
Bel yırtığı oturaq peşə sahiblərində tez-tez rast gəlinən haldı. Əsas da taksi və başqa transport xidməti sürücülərində. 
azadmamedov90
Günün birində-
Kaş ki, dağların döşündə keçi, inək və qoyun saxlayıb oralarda da yaşayardım… Əziyyət çəkərək torpaqdan çıxarardım çörəyimi, daha oğraşlara möhtac olmaz idim...
kurdamir
Nəsə Əlaqəsi var bu topiklə?
azadmamedov90
Hə var! )) Oturaq iş görüb kimlərinsə cibini doldururuq- Bunu heç düşünməmisiz ki?! Heç heyif deməmisiz bu sözləri ki, nə vaxt istirahət edəcəyəm normal olaraq?? Yoxsa sizlər işləmirsiz?
kurdamir
Yəni oturaq iş görərək biz heç nə qazanmırıq?? (İşləmirəm)
azadmamedov90
Bizim qazancımız yalnızca görülən işə görə deyil, sadəcə oturduğun yerə görədir. İşləyəndə anlayarsan. İş görənlər də var, XİN, DİN, nə bilim Mədəniyyət, İdman, çox yerlər var, həm özəl həm də dövlət təşkilatları, Hansında işləyənlər öz yerlərindən razıdırlar? Bir ətrafına bax gör kim razılıq edir? elə məsələ heç də 300 500almaq deyilki.!
kurdamir
Dediyiniz O narazı işçılər ata.ana arzusuna görə Day-day hesbına oxuyub,işləyənlərdir.Məndə sevmədiyim peşəni seçsəm razı qalmayacam təbii ki. Xoşbəxt olmaq üçün 300-500 man.maaş almaq vacib deyil
Bir də belə fikirləşək: Nə oldu elə Hər kəs Hamıdan,Hər şeydən narazı qaldı.Demək nəsə var da,.
azadmamedov90
Insanın daxilindədir narazılığı, bu heç. Ama məhz maaş və ya iş məsələsinə görədirsə, ətrafa baxın, pəncərələrimizin «reşotka»larını söküb bir baxın görün harda kim nədən razıdır? Nə bilim, inanmıram ki bankda işləyən işçilərdən tutmuş, lap yuxarılarda olanlar belə işlərindən lazımınca fərəhlənsinlər. Sevmədiyin iş bu gün səni ayaqda saxlayır və ətrafındakılara və də ailəvə yardımçılıq edir, ama sevdiyin ama işləyə bilmədiyin arzu olan «iş» isə sənin öz rahatlığıvı saxlayar.