ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
«ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ» BÖLMƏSİ HAQQINDA ÜMUMİ MƏLUMAT
«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi» bölməsi bu problemin hərtərəfli öyrənilməsinə imkan verən səkkiz əsas yarımbölmədən ibarətdir. Birinci yarımbölmə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının yönəldiyi və onun işğalçı müharibə yolu ilə Azərbaycandan qoparmağa cəhd etdiyi, Qarabağ bölgəsinin tarixinə həsr edilmişdir. Burada «Qarabağ» sözünün etimologiyası müəyyənləşdirildikdən sonra, Qarabağın tarixi, ərazisi və sərhədləri haqqında məlumat verilmiş, Azərbaycanın tarixi inkişafına uyğun olaraq Qarabağın tarixi dövrləşdirilmiş, əsas hadisələr şərh edilmişdir. Qarabağın tarixi inkişafının öyrənilməsi sübut edir ki, bütün tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, Azərbaycanın tarixinə uyğun inkişaf etmişdir. Ermənistanın Qarabağa ərazi iddialarının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri faktlarla göstərilmişdir.
İkinci yarımbölmə «Qarabağ problemi və erməni məsələsi»nin əlaqəsi və onun təzahür formalarına həsr edilmişdir. Erməni xislətinin daha dərindən dərk edilməsi üçün bu yarımbölmədə dünyanın qabaqcıl fikir xadimlərinin ermənilər haqqında tənqidi mülahizələri və ermənilərin özləri haqqında baxış prizmaları verilmişdir.
Ardı →