Kantın ədalətə yanaşması: Həqiqət özlüyündə həqiqətdir.


Mişel Sandel (Michael Sandel) “Ədalət” adlı kitabında ədalətə üç yanaşmanı təqdim etmişdir. Birinci yanaşma utilitarian baxışdır, hansı ki, ədaləti xoşbəxtliyin maksimallaşdırılmasında görür. Utilitarianlara görə bir hərəkət o zaman düzgün hesab edilə bilər ki, o hamının rifahını artırsın. Ikinci baxış libertarian yanaşmadır. Bu yanaşmaya görə, ədalət insanın seçim azadlığına əsaslanır. Azad seçimlər ədalətə aparır. Üçüncü yanaşmaya görə, ədalət insanlara mənəvi layiq olduqlarını verməkdir. Bunu Aristotel bele izah edirdi: ən yaxşı fleyta ən yaxşı fleyta ustasına verilməlidir, çünki o, buna layiqdir.
Kant (1724-1804) birinci və sonuncu yanaşmaları inkar edir. O bildirir ki, ədalət nə həzzlərin maksimallaşdırılması, nə də layiq olmaq məsələsidir. Həqiqət özlüyündə həqiqətdir. Ədaləti maraq və məqsədlərlə bağlamaq onun mahiyyətini korlamış olur. Digər tərəfədən, güclü olmaq hər zaman ədalətə layiq olmaq demek deyil. Kanta görə, ədalətin mahiyyəti daha da fərqlidir. Kant ədaləti azadlıqla əlaqələndirirdi. İnsanlar düşünə bilən varlıqlar olduqları üçün azad seçim etmək hüququna malikdirlər. Ədalətin mahiyyəti də burdan qaynaqlanır. Hər bir fərd özü üçün ədalətli olanı və layiq olduğunu daha yaxşı bilir.
 
Bəs Kant azadlığı necə izah edirdi? Kant deyirdi ki, insan öz istək və arzularının qulu olanda onun heyvandan ele bir fərqi olmur. Məsələn, bizə iki növ dondurma təklif olunur moruqlu və şokaladlı. Biz seçimimizi ağız dadımıza, zövqümüzə əsasən edəcəyik. Moruqlunu seviriksə moruqlunu, şokaladlını üstün tuturuqsa onu seçəcəyik. Kant bununla izah etməyə çalışır ki, biz bu zaman azad davranmadıq. Özümüz özümüzə tabe olduq. Digər bir situasiyanı da gözdən keçirək. Əgər dostumuz da bizimlə eyni dondurma zövqünü paylaşırsa, o zaman biz ona sevdiyi dondurmanı verib-verməməkdə azadıq. Bu zaman biz mühakimə edirik və əgər dostumuz üçün özümüzdən keçə biliriksə, ədalətli və doğru davranmış oluruq.
Bəs ədalət nədir? Kant ədaləti müəyyən etmək üçün onun mahiyyətinə (motivinə) diqqət etməli olduğumuzu deyir. Kant yazırdı:
 
Doğru nəyəsə təsir etdiyi və ya nəyisə tamamladığı üçün doğru deyildir. Doğru özlüyündə doğrudur. Hətta əgər bu doğru mənzilə çatmasına səlahiyyəti olmasa belə, əgər o, heç bir şeyə nail olmasa belə, hətta o zaman o özlüyündə həqiqət işığı kimi parlyacaqdır.
 

Bunu Kant dükan sahibi misalında izah edir. Dükan sahibi hər gün ondan çörək və süd almağa gələn balaca uşağın saflığından iki səbəbdən istifadə etməyə bilər. Birincisi, o pulun üstünü qaytarmaqla onun güvənini qazanacaq və gələcəkdə də uşağın dükana gəlməsini təmin edəcəkdir. Amma bu ədalətli hərəkət olmazdı. Ikinci halda isə, o bunu düzgünlük və vicdan prizmasından yanaşmaqla edər və bu zaman Kanta görə ədalətli davranmış olar. Müasir dövrümüzdə bir sıra biznes mərkəzləri “düzgünlük ən yaxşı siyastdir” şüarını səsləndirilər. Kant onların bununla nəyi ifadə etməsinə baxardı. Əgər onlar da dükan sahibi izahındakı kimi birinci səbəbdən bunu edirlərsə, bu ədalətli addım deyildir. Yox əgər həqiqəti üstün tuturlarsa, o zaman bu ədalətin özüdür.
 Müəllif: Günay Quliyeva
 

0 şərh