Gözlərlə bağlı ən vacib xəbərdarlıq!

Göz sağlamlığı ilə bağlı ciddi əhəmiyyət daşıyan və  gözləriniz haqqında bilməniz gərəkənlər:

Başqasının göz yaşını silmək zərərlidirmi?

Saatlarla kompüter oyunları oynamaq hansı xəstəliklərə yol açır?

Gözümüzə yad cisimciklər düşərsə, nə etməliyik?.

Körpənizin gözü ilə bağlı heç bir şikayəti olmasa da, 1 yaşında mütləq göz müayinəsinə aparın. Bu, göz bəbəyi tənbəlliyinin qarşısını almağa kömək edəcək.

Kompüter qarşısında uzun müddət əyləşib oyunlar oynamaq kirpik dibi iltihabı, gözlərdə allergiya və quruluğa səbəb olur. Eyni zamanda uzaqgörməylə bağlı qüsur yaradır.

Gözdə sulanma, qaşınma, qızartı, kitab oxuyarkən ağrı, gözləri qıyaraq, başı əyərək oxumaq, baş və gözlərdə ağrı, diqqət pozğunluğu problemləri göz xəstəliklərinin əlamətidir.

İş otağında sarı yüngül tonda işıqdan istifadə edin. Şəkər xəstəsisinizsə və idmanla məşğul olursunuzsa, göz müayinəsinə laqeyd yanaşmayın.

Makiyaj ləvazimatlarını ortaq istifadə etməyin. Göz xəstəlikləri göz linzasının, makiyaj ləvazimatlarının ortaq istifadəsi nəticəsində yoluxa bilər.

Əsasən rəngli gözlü insanlar günəş işığına qarşı daha həssas olurlar. Buna görə onlarda qızartı daha çox olur və onların günəş eynəyindən istifadə etmələri daha vacibdir.

Günəş işıqlarına çox məruz qalmaq göz linzasında qalınlaşma, katarakt və görmə nöqtəsində həssaslıq yaradır. Günəşə qarşı həmişə günəş eynəkləri stifadə edin.

Kompüter qarşısında işləyənlər gözlərindən daha çox şikayət edər. Buna görə arada istirahət etmək və gözü qırpmaq lazımdır.

Göz zərbə aldığnda, yaxud yad cisimcik düşüdüyündə əlinizlə ovxalamayın. Göz damcısı, ya da su ilə yaxalayıb həkimə gedin.

 Başqa birinin göz yaşını silməyin. Əgər həmin insanın gözündə qızartı, qapaq şişkinliyi və sulanma varsa, bu, yoluxucu ola bilər. Əgər təmas etmisinizsə, sabunla əlinizi yaxşı yuyun. 

 
Mənbə: Ailem.az

0 şərh