Reytinq
17.94
səs: 9

Bloq haqda

tanınmış sərkərdələr, hərbi xadimlər haqda.

qədim yunan, türk sərkərdələrindən tutmuş müasir generallara qədər tarixdə ən məşhur ordu başçıları

qədim yunan, german, fransız, Azərbaycan,türk,ərəb sərkərdələri

Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı əsasında

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (14)

papatürk tutmos IDEAL sabit_b bahar luminat yravil Qiyasli Mysteryo AykaJackson Aristotel Aysel218 Abdulyar SÜSən_Mehrəliyeva

Georgi Jukov

Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr 1896 — 18 iyun 1974) — XX əsrin dahi sərkərdələrindən biri, Sovet İttifaqı Marşalı, 1955-1957-ci illərdə SSRİ Müdafiə naziri, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı.


Böyük Vətən Müharibəsindən əvvəl


1918-ci ildən Qırmızı Ordunun tərkibində I Dünya müharibəsinin iştirakçısı. Vətəndaş müharibəsi illərində hərbi hissə, daha sonra isə Çarıçin ətrafında Kazaklar, Denikin və Vrangelin hərbi hissələrinə qarşı vuruşan eskadron rəisi. Antonov və Tambovşində qalxan üsyanın yatırılmasında iştirak etmiş və yaralanmışdır, Qırmızı Bayraq ordeninə (орден Красного Знамени) layiq görülmüşdür.
Vətəndaş müharibəsindən sonra kavaleriya polkuna, briqadasına rəhbəlik etmiş, daha sonra diviziya, korpus, komandiri kimi fəaliyyət göstərmişdir.



Ardı

Şeyx Şamil

Şeyx Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Atası Qafqazın qədim xalqlarından olan avarlara mənsub Məhəmməddir. Şamil 15 yaşına çatdığı zaman artıq at minməkdə, qılınc oynatmaqda çox mahir idi. 20 yaşına isə 2 metr boyu ilə tullanma, odlu silahdan istifadə, qılınc oynatma kimi keyfiyyətlərdə çox mahir idi.
Şamil şeyx seçildiyi 1834-cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyünə və hərbi qüdrətinə baxmayaraq usanmadan müharibəni davam etdirdi. Özündən əvvəlki 2 imamın dövründə də 10 il müharibədə iştirak etdiyindən bütövlükdə dayanmadan cihad etdiyi müddət tam 35 ildir. Bu vaxt ərzində Rus ordusuna böyük zərbələr vurmuşdu. Bununla bərabər özünün də məhdud olan əsgəri qüvvəsi də gündən-günə azalmışdı.

Ardı

İvao Oyama

Yaponiyanın 1904-1905-ci il rus imperiyası üzərində fenomenal qələbəsində dəniz müharibələrində əgər əsasən Toqo qalibiyyətli sərkərdə sayılırsa, quru qələbələrində bu şərəfə markiz marşal Oyama layiqdir. Hərçənd ki, general Maresuke Noqi və xüsusilə feldmarşal Talesada Kurokinin və baron Yakosato Okunun adlarını xatırlamamaq da insafsızlıq və ədalətsizlik olardı.
Oyama(1842 — 1916) markiz və marşal idi. Yaşı 60-ı keçsə də, onun sərkərdəlik dühası 1904-1905-ci il rus-yapon müharibəsində özünü parlaq surətdə əks etdirdi. Oyama 1885-96-cı illərdə Yaponiyanın hərbi naziri idi. Müharibə başlayanda o, Mancuriya və Lyaodun yarımadasında quru qoşunların baş komandanı təyin olundu.



Ardı

Yozef Pilsudski

Polyak marşalı Pilsudski (1867 — 1935) Litvada anadan olmuşdu. Onlar əslən litvalı olsalar da çoxdan polyaklaşmışdılar. Ailə çoxmillətli olduğundan Yozef uşaqlıqdan beş dil bilirdi. O, Peterburqda gimnaziya bitirib tibb universitetinə daxil olmuşdu. Amma inqilabi hərəkata qoşulduğu üçün həbs edilir, sonra isə Sibirə sürgün olunur. Ancaq inqilabi fəaliyyətini burada da davam etdirir. 1892-ci ildə doğma Vilno şəhərinə qayıdır. Onun bütün varlığı ilə Rusiyaya nifrət etməsi anlaşılandır. Çünki onun vətəni daim rus işğalına məruz qalmışdı və ümumiyyətlə bu ölkənin tarixi, xalqının xarakteri ilə tanış olduqda ruslara və Rusiyaya nifrət etməmək qeyri-mümkündür. Bu ölkədə ermənilərdən və gürcülərdən başqa hələ heç bir xalqa xeyir dəyməyib.



Ardı

Haynts Vilhelm Quderian

Prussiya zabiti ailəsində doğulan Xaynts kadet korpusunu bitirmiş, 20 yaşından sonra hərbi qulluğa başlayıb leytenant rütbəsi almışdı. Bu illərdə gənc zabit daim necə sürətlə Avropanı və Rusiyanı diz çökdürmək yollarını fikirləşir və öz hərbi konsepsiyasını yaratmaq istəyirdi. O, nəhayət belə bir konsepsiya düşünüb tapdı. Bu elə bir konsepsiya idi ki, düşmənlər müqavimət göstərə bilməyəcəkdilər. Daha doğrusu, buna imkanları olmayacaqdı. Bu fikrə o, ingilis hərb nəzəriyyəçisi Con Füllerin «Tanklar böyük müharibədə» adlı kitabı ilə tanış olandan sonra gəlmişdi. O əmindi ki, nəzəriyyəsi praktikada parlaq nəticə verəcək,

Ardı

Xiyaxiro Toqo

Yapon admiralı Toqo(1848 — 1934) hərbçi ailəsində anadan olmuşdu. O, dənizçiliyi sevib 1871-ci ildə yapon imperator donanmasında qulluğa girmiş, sonra İngiltərə donanmasında təcrübə keçmişdi. Burada riyaziyyatla, gəmiqayırma ilə yaxından tanış olmuşdu. Toqo (Tōgō Heihachirō) Vətəninə qayıdıb uzun illər müxtəlif gəmilərdə xidmət edərək dəniz döyüşlərində qələbə çalmağın bütün incəliklərini öyrənmişdi.



Ardı

Ervin Rommel (1891-1944)

Almaniyanın Ulma yaxınlığındakı Hendenheym şəhərində müəllim ailəsində anadan olmuş, 1910-cu ildə 124-cü piyada diviziyasına kadet kimi daxil olmuşdur. Sonra hərbi məktəbi bitirib leytenant rütbəsində qulluğa başlamışdır. 24-25 yaşında ikən Birinci Dünya müharibəsində göstərdiyi hünərə görə bu kiçik zabit I dərəcəli dəmir xaç ordeni ilə təltif olunmuş, iki yüz nəfərlik bir dəstə ilə italyan şəhərlərindən birinə hücum edib, doqquz min düşmən əsgərini əsir almışdı. Müharibədən sonra bir sıra hərbi vəzifələr daşıyıb, 1937ci ildə Hitlerin şəxsi qoruyucularının komandiri olmuşdur. Bu dövrdə artıq briqada generalı olan Rommel Hitler hərbi ştabının üzvü kimi alman dövlətinin «Blitskriq» hərbi doktrinası ilə tanış olandan sonra ona valeh oldu.

Ardı

Attila

Hunlar Avropada III-IV əsrlərdə göründülər. Əvvəlcə alan tayfalarını əzdilər. Sonra qasırğa kimi Donla Dunay arasındakı qot qəbilələrini pərən-pərən saldılar. Hun sərkərdələrindən Uludin Bosfor çarlığını da istila edib nəhayət, 400-cü ildə Şərqi Roma imperiyasının magistri Qaynanı Dunay ətrafındakı döyüşdə əsir edib başını vurdurdu. O, imperiyanın bu ən böyük sərkərdəsinin kəlləsini duzlu suya saldırıb imperator Arkadiyə göndərdi.
V əsrdə Hunların qüdrəti elə bir həddə çatmışdı ki, at belində doğulub ox və qılınc sədaları altında yaşa dolan igidlər böyüyüb cəsurluğun və qəhrəmanlığın elə bir həddinə çatmışdılar ki, hər biri ayrılıqda böyük bir orduya sərkərdəlik edə bilərdi. Dünyaya hələ elə bir insan övladı gəlməmişdi ki, bu sərkərdələr ordusunu öz dəmir iradəsi altında birləşdirib hələ alınmamış ölkələr və qitələr üstünə aparsın.



Ardı

Yuli Sezar

Qədim Roma deyən kimi o dəqiqə Yuli Sezar(e.ə.100-44) yada düşür. Ona görə yox ki, Romada ondan başqa heç kim tarixdə iz qoymayıb. Yox. Qədim Roma dövləti cəmi bir şəhərdən ibarət olub və bu şəhər əsrlər boyunca Avrasiyanın əksər ölkələrinə hökmranlıq edib.
Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılır. Təkcə qılıncı və qələbələrinə görə yox, ağlına, idrakına görə də onun tayı-bərabəri olmayıb. Təsadüfi deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz «yoldaşlarından» biri də İsgəndərin kiçik mərmər büstü imiş…



Ardı

Adolf Hitler (1889 - 1945)

Adolf HitlerHitler dünya tarixinin mərkəzi fiqurlarından biri olmaqla heç şübhəsiz ki, dünya hərb tarixinin də titanlarından biridir. Çünki Amerika hərb tarixçisi Lenninqin yazdığı kimi heç Çingiz xan da bu qədər qısa bir müddətdə bu qədər çox ölkə fəth etməmişdi. O, İngiltərə istisna olmaqla demək olar ki, bütün Avropanı almışdı. Türkiyə, İtaliya və İsveçrə kimi işğal olunmayan ölkələr də onun iradəsi altında idi. Bütün bu ölkələr isə heç də hərbi-texniki və iqtisadi potensial cəhətdən Almaniyadan geridə qalmırdı. Üstəlik SSRİ və bəzi Afrika ölkələrini də bura qatsaq (əlbəttə, 46 dərəcəli şaxta və İngiltərə-ABŞ basqınları olmasaydı), onda bu fatehliyin miqyası fantastik şəkil alar. Bəs, yoxsul bir Avstriya kəndlisinin oğlu necə oldu ki, bu qədər böyük əməllərin sahibi oldu? Bunun kökünü əlbəttə, ambisiya ilə daxili əzəmətin uyğunluğunda axtarmaq lazımdır. Dünyanı öz ayaqları altında görmək istəyən siyasi və hərbi liderlər dünyada doludur. Amma yalnız milyonlardan birinə belə bir əzəmət qismət olur. Bəs bu əzəmət və böyüklük nədən yaranır? Onun mahiyyəti nədir? Hər cür ortabablığa, riyakarlığa, yalana, mənfurluğa, miskinliyə, qorxaqlığa nifrət və əksinə, ədalətə, həqiqətə, böyüklüyə, alicənablığa və ləyaqətə məhəbbət! Bəli, köksündə bu cür hisslər çağlayan gənc heç şübhəsiz ki, hansı sahədə olursa-olsun həyatda xariqələr yaradacaq və xariqə yaradanların bütü olacaq. Gənc Adolf da belə idi.



Ardı