Böyük Pyotr

Pyot­run ya­zı­sın­da çox­lu or­foq­ra­fik səhvlər olur­du
I PyotrRu­si­ya­nı əzə­mət­li döv­lə­tə çe­vi­rən ilk rus im­pe­ra­to­ru 1-ci Pyotr 1672-ci il iyu­nun 9-da Moskva­da ana­dan ol­muş­dur. Ro­ma­nov­lar sü­la­lə­si­nin da­vam­çı­sı olan 1-ci Pyot­run ana­sı Na­tal­ya Ki­ri­lov­na Na­rış­ki­na çar Alek­sandr Mi­xay­lo­vi­çin ikin­ci ar­va­dı idi. Pyot­ra ev mü­əl­lim­lə­ri və tər­bi­yə­çi­lər sa­vad ver­sə­lər də, o, öm­rü­nün axı­rı­na ki­mi sa­vad­lı yaz­ma­ğı öy­rən­mə­di, ya­zı­sın­da çox­lu or­foq­ra­fik səhvlər olur­du. Pyot­run əsas tər­bi­yə­çi­si Ni­ki­ta Zo­tov öm­rü­nün axı­rı­na ki­mi onun dos­tu ol­du. Spirtli iç­ki­yə də gənc ça­rı Zo­tov öy­rət­di və öm­rü­nün axı­rı­na ki­mi çar bu­nun əziy­yə­ti­ni çək­di.
Pyotr uşaq­lıq­da hər­bi iş­lə­rə, gə­mi­çi­li­yə meyl gös­tə­rir, göl­də və çay­da üzən ki­çik gə­mi­lər dü­zəl­dir­di.

1682-ci il­dən Pyotr for­mal ola­raq Ru­si­ya­nın ça­rı elan edil­di. Am­ma onun tax­ta çıx­ma­sı ba­cı­sı ça­ri­ça Sof­ya və bo­yar Mi­los­lavski tə­rə­fin­dən ha­zır­lan­mış qi­yam­la qar­şı­lan­dı. Nə­ti­cə­də tax­ta Pyotrla bir­lik­də çar Alek­se­yin Ma­ri­ya İva­nov­na Mi­los­lavski ilə bi­rin­ci ni­gah­dan olan oğ­lu, Pyot­run bö­yük qar­da­şı 5-ci İvan da də­vət edil­di. Ağıl­dan zə­if olan İva­na Sof­ya qəy­yam­luq edir­di. İvan 1689-cu il­də və­fat edə­nə qə­dər ha­ki­miy­yət­də ol­du. Onun və­fa­tın­dan son­ra Sof­ya taxtdan uzaq­laş­dı­rıl­dı və Pyotr çar ol­du. Hə­min il onu ka­sıb bo­yar nəs­lin­dən olan Yev­do­ki­ya Lo­pu­xi­na ilə ev­lən­dir­di­lər. Ev­lə­nə­nə qə­dər Pyot­run çox­lu say­dı mə­şu­qə­lə­ri var­dı. Bu ni­gah­dan on­la­rın Alek­sey ad­lı oğul­la­rı ol­du. Am­ma bu da Pyotrda ilk hə­yat yol­da­şı­na qar­şı sev­gi oyat­ma­dı.

Av­ro­pa­ya sə­ya­hət edən ilk rus ça­rı
1694-cü il­də Na­tal­ya Ki­ri­lov­na Na­rış­ki­na və­fat edə­nə qə­dər fak­ti­ki ola­raq ha­ki­miy­yə­ti o və qo­hum­la­rı bo­yar Na­rış­kin­lər ida­rə edir­di­lər. Onun öl­mün­dən son­ra Pyotr ha­ki­miy­yə­ti ta­ma­mi­lə əli­nə al­dı. Müs­tə­qil ida­rə­çi­li­yə baş­la­yan Pyot­run ilk işi Tür­ki­yə ilə mü­ha­ri­bə­yə baş­la­maq ol­du. Ru­si­ya­nı ti­ca­rət öl­kə­si­nə çe­vir­mək is­tə­yən Pyot­run məq­sə­di Qa­ra də­niz və Bal­tik də­ni­zi li­man­la­rı­nı zəbt et­mək idi. 1695-1696-ci il­lər­də türk hər­bi his­sə­lə­ri­nə hü­cum edən Pyotr Azov li­ma­nı­nı ələ ke­çir­di.
1697-1698-ci il­lər­də Pyotr Av­ro­pa öl­kə­lə­ri­nin sə­fir­lik­lə­ri­ni gəz­mə­yə baş­la­dı. O özü ilə 35 za­də­gan da gö­tür­müş­dü. Pyotr özü­nü "çar Pyotr Mi­xay­lo­vi­çin ur­yad­ni­ki" ki­mi təq­dim et­sə də, sə­fi­rin ət­ra­fı­nın 250 nə­fər­dən ar­tıq ol­ma­sı gös­tə­rir­di ki, çar da bu­ra­da ol­ma­lı­dır. Nü­ma­yən­də he­yə­ti Avstri­ya, Hol­lan­di­ya, İn­gil­tə­rə və sa­ir öl­kə­lə­rə baş çək­di. Əsas məq­səd Tur­ki­yə­yə qar­şı ko­a­li­si­ya təş­kil et­mək, də­niz ava­dan­lı­ğı al­maq, də­niz­çi­lər və gə­mi­dü­zəl­dən­lər gə­tir­mək, də­niz qüv­və­lə­ri ya­rat­maq idi. Pyotr həm də Av­ro­pa hə­yat tər­zi ilə ta­nış ol­maq is­tə­yir­di, ona qə­dər heç bir rus ça­rı Av­ro­pa­da ol­ma­mış­dı. Pyotr Av­ro­pa tip­li döv­lət və or­du ya­rat­maq is­tə­yir­di.

Pyotr Hol­lan­di­ya­nı ide­al döv­lət he­sab edir­di
Sə­fə­rə çıx­maz­dan əv­vəl Pyotr özü­nə üzük dü­zəltdir­miş­di və üzü­yə yaz­dır­mış­dı: «Mən şa­gir­dəm, özü­mə mü­əl­lim ax­ta­rı­ram».
Pyotr Hol­lan­di­ya­da Av­ro­pa­nın ən yax­şı də­niz­çi­lə­ri ara­sın­da özü­nü tap­dı. O, Hol­lan­di­ya­nı öm­rü­nün axı­rı­na ki­mi ide­al döv­lət nü­mu­nə­si he­sab edir­di və Ru­si­ya­nı da bu döv­lət ki­mi gör­mək is­tə­yir­di. Pyotr Prus­si­ya­da si­lah işi ilə ta­nış ol­du. Çar­la Av­ro­pa­ya ge­dən za­də­gan öv­lad­la­rı­nın ço­xu Av­ro­pa hə­yat tər­zi­ni sər­bəst və cəl­be­di­ci he­sab edə­rək Ru­si­ya­ya qa­yıt­ma­dı. Ru­si­ya­nın Av­ro­pa­ya qa­pı­sı açıl­dı 1697-ci il mar­tın 31-də Pyotr İs­veç kral­lı­ğı­nın tər­ki­bin­də olan Ri­qa­ya gəl­di. Bu­ra­da onu ça­ra la­yiq qar­şı­la­ma­dı­lar, Ri­qa qa­la­sı­nın içə­ri­si­nə bax­ma­ğa ica­zə ver­mə­di­lər. Bir qə­dər son­ra Pyotr İs­ve­çə mü­ha­ri­bə elan et­mək üçün bə­ha­nə tap­dı. Tür­ki­yə­yə qar­şı ko­a­li­si­ya uğur əl­də edə bil­mə­di. 1699-cu il­də Tür­ki­yə ilə mü­ha­ri­bə edən Avstri­ya, Pol­şa və baş­qa döv­lət­lər onun­la sülh bağ­la­yan­dan son­ra növ­bə­ti il­də Ru­si­ya Tür­ki­yə ilə Konstan­ti­no­pol sül­hü­nü bağ­la­dı. Bu mü­qa­vi­lə­yə əsa­sən Ru­si­ya Azo­vu, Ta­qan­ro­qu və Krım xan­lı­ğın­dan al­dı­ğı bir ne­çə ki­çik qa­la­nı sax­la­dı. Ru­si­ya­nın Av­ro­pa­ya qa­pı­sı açıl­dı. 1699-cu ilə İs­ve­çə qar­şı Pol­şa, Sak­so­ni­ya və Da­ni­mar­ka ilə Şi­mal İt­ti­fa­qı bağ­la­yan Pyotr il­də 11 rubl ma­aş ver­mək­lə əha­li­nin bü­tün tə­bə­qə­lə­rin­dən əs­gər top­la­dı və üç pi­ya­da di­vi­zi­ya­sı ya­rat­dı. 3 iyul 1700-cü il­də İs­ve­çə mü­ha­ri­bə elan edən Ru­si­ya 1700-cü ilin so­nun­da Nar­va ət­ra­fın­da məğ­lub ol­du. Məğ­lu­biy­yət­dən son­ra Pyotr güc­lü ar­til­le­ri­ya­sı olan ye­ni or­du ya­rat­dı və Pri­bal­ti­ka­da­kı bir ne­çə İs­veç qa­la­sı­nı, o cüm­lə­dən Nar­va­nı zəbt et­di.


Döv­lət ida­rə­çi­li­yin­də is­la­hat­lar
Döv­lət ida­rə­çi­li­yin­də ye­ni­lik­lər edən Pyotr 1720-ci il­də bir ne­çə üzvdən iba­rət olan 12 kol­le­giya (hər­bi, əd­liy­yə, ti­ca­rə və sa­ir) ya­rat­dı. Kol­le­qa­nın səd­ri olur­du və hər bir mə­sə­lə kol­le­giya­da mü­za­ki­rə olu­nur­du. 
Çar 1708-ci il­də yer­lər­də ida­rə­çi­lik sis­te­min­də is­la­hat­lar ke­çi­rə­rək Ru­si­ya­nı 8 qu­ber­ni­ya­ya böl­dü. Qu­ber­ni­ya­lar əya­lət­lə­rə, əya­lət­lər qə­za­la­ra bö­lü­nür­dü. Qu­ber­ni­ya­lar di­vi­zi­ya, əya­lət­lər polk sax­la­ma­lı idi. Ali nə­za­rət or­qa­nı olan se­nat və kil­sə ida­rə­çi­li­yi­nə nə­za­rət üçün si­nod ya­ra­dıl­dı. 1711-ci il­də ya­ra­dı­lan se­nat Pyotr yü­rüş­lə­rə ge­dən vaxt öl­kə­ni ida­rə edir­di.

İq­ti­sa­diy­ya­tın və el­min in­ki­şa­fı
Pyotr sə­na­ye­nin və ti­ca­rə­tin in­ki­şa­fı üçün hər cür im­kan­lar ya­ra­dır­dı. Onun ha­ki­miy­yə­ti­nin son il­lə­rin­də öl­kə­də 233 fab­rik və za­vod var­dı. O, ma­nu­fak­tu­ra­lar tik­mək üçün ta­cir­lə­rə və za­də­gan­la­ra kre­dit ve­rir­di.
Pyotr Ru­si­ya Elmlər Aka­de­mi­ya­sı­nı ya­rat­dı və xa­ric­dən ən yax­şı alim­lə­ri də­vət et­di. 1702-ci il­də Ru­si­ya­da ilk qə­zet olan «Ve­do­mos­ti» çap­dan çıx­dı. Hərbçi kadrla­rın ha­zır­lan­ma­sı üçün Na­vi­qa­si­ya mək­tə­bi və kor­pus aç­dı. Pyotr rus əlif­ba­sı­nı sa­də­ləş­dir­di, ərəb rə­qəm­lə­ri tət­biq et­di. Za­də­gan­la­rı və meş­şan­la­rı av­ro­pa­sa­ya­ğı ge­yin­mə­yə və yı­ğın­caq­la­ra ar­vad­la­rı ilə gəl­mə­yə məc­bur et­di. Kəndli­lər və din adam­la­rın­dan baş­qa ha­mı­ya saq­qal sax­la­ma­ğı qa­da­ğan et­di. Məhz Pyot­run vax­tın­da za­də­gan­lar və ta­cir­lər kəndli­lər­dən kəs­kin də­rə­cə­də fərqlən­mə­yə baş­la­dı­lar.

Se­nat Pyot­run oğ­lu şah­za­də Alek­se­yə edam hök­mü çı­xar­dı
Pyot­run Yev­do­ki­ya Fyo­do­rov­na Lo­pu­xi­na ilə ni­ga­hı uğur­suz alın­dı. O, al­man An­na Monsla ev­lən­di və Lo­pu­xi­na­nı mo­nastra gön­dər­di. Pyot­run oğ­lu şah­za­də Alek­sey ana­sı­na gö­rə in­ci­di­yi üçün ata­sı­nı sev­mir­di, onun rus mə­i­şə­tin­də et­di­yi ra­di­kal də­yi­şik­lik­lə­ri qə­bul et­mir­di. Pyotr lif­lan­di­ya­lı pal­tar­yu­yan Mar­ta Skav­ronska­ya ilə ev­lə­nən­dən son­ra Alek­sey xa­ri­cə qaç­dı və Avstri­ya im­pe­ri­ya­sın­da sı­ğı­na­caq al­dı. Pyotr Andre­ye­viç Tolstoy va­si­tə­si­lə oğ­lu­nu Ru­si­ya­ya qay­ta­ran çar onu se­na­tın mü­ha­ki­mə­si­nə ver­di. Se­nat ona edam hök­mü çı­xartdı. La­kin hökm ic­ra olun­ma­dı. Alek­sey həbsxa­na­da iş­gən­cə nə­ti­cə­sin­də öl­dü. Bə­zi ver­si­ya­la­ra gö­rə, Pyotr oğ­lu­nu özü öl­dürtdür­dü ki, çar ai­lə­si­nin üz­vü edam edil­mə­sin.

Pal­tar­yu­yan Mar­ta im­pe­rat­ri­ça Ye­ka­te­ri­na ol­du
Mar­ta Skva­ronska­ya ilə Pyotr 1703-cü il­də ta­nış ol­du. Bu qa­dın Ma­rin­bur­qa yü­rüş za­ma­nı Bo­ris Pet­ro­viç Şe­re­met­ye­vin əs­gər­lə­ri tə­rə­fin­dən əsir gö­tü­rül­müş­dü. O əv­vəl­cə feldmar­şal Şe­re­met­ye­vin mə­şu­qə­si ol­muş, son­ra­dan Şe­re­metyev onu ça­rın ya­xı­nı Alek­sandr Da­ni­lo­viç Men­şi­ko­va ver­miş­di. Men­şi­kov da öz növ­bə­sin­də Pyot­ra gü­zəş­tə get­miş­di. 1711-ci il­də Pyotr Mar­ta­nı hə­yat yol­da­şı elan edib, 1712-ci il­də onun­la ev­lən­miş­dir. Pra­vos­lav­lı­ğı qə­bul edən Mar­ta Ye­ka­te­ri­na ol­du və Pyotr tə­rə­fin­dən im­pe­rat­ri­ça ti­tu­lu­nu al­dı. Pyotrla Ye­ka­te­ri­na­nın 11 uşa­ğı ol­du, on­lar­dan yal­nız iki­si (An­na və Yel­ti­za­ve­ta) sağ qal­dı. Ye­li­za­ve­ta son­ra­dan im­pe­rat­ri­ça ol­du və onun qı­zı 2-ci Ye­ka­te­ri­na Ru­si­ya­nın gör­kəm­li çar­la­rın­dan ol­du. Ye­ka­te­ri­na ilə ni­gah da Pyot­ru də­yiş­mə­di, ye­nə də onun çox­lu say­da mə­şu­qə­lə­ri var­dı.

dahi PyotrPyotr in­san­la­rı işi­nə gö­rə qiy­mət­lən­di­rir­di
Pyotr İs­veç mo­de­li əsa­sın­da hər­bi ni­zam­na­mə yaz­dı. Pyot­run və­fa­tı­na ya­xın ka­zak­lar da­xil ol­ma­dan 210 min nə­fər­lik rus or­du­su var­dı. Or­du rus za­vod­la­rın­da bu­ra­xı­lan top­lar­la təc­hiz olun­muş­du. Bun­dan əla­və də­niz qüv­və­lə­rin­də 28 min adam xid­mət edir­di. Də­niz qüv­və­lə­ri­nin 48 iri, 787 ki­çik gə­mi­si var­dı. 
Pyotr in­san­la­rı sin­fi mən­su­biy­yə­ti­nə gö­rə yox, işi­nə gö­rə qiy­mət­lən­di­rir­di. Onun vax­tın­da çox­la­rı "çir­kab­dan knyaz­lı­ğa" yük­səl­di­lər. Ata­sı pi­roq al­ve­ri edən A.D.Men­şi­kov da be­lə­lə­rin­dən idi.

Av­ro­pa­da İs­ve­çin ye­ri­ni hə­mi­şə­lik Ru­si­ya tut­du
1709-cu il­də Pyot­run baş­çı­lı­ğı al­tın­da rus or­du­su İs­veç kra­lı 12-ci Kar­la qa­lib gəl­di. Karl Pyot­ra xə­ya­nət et­miş müt­tə­fi­qi Uk­ray­na get­ma­nı İvan Ma­ze­pa ilə bir­lik­də Tür­ki­yə qa­la­la­rı Ben­der­də və Bes­sa­ra­bi­ya­da xi­las yo­lu ax­tar­ma­ğa məc­bur ol­du. 23 min is­veç­li əsir düş­dü, on­la­rın yal­nız 4 mi­ni öl­kə­si­nə qa­yıt­dı. Karl və Ma­ze­pa ilə bir­lik­də cə­mi 1300 is­veç­li və uk­ray­na­lı Tür­ki­yə­yə get­di. Kar­lın Av­ro­pa yü­rüş­lə­rin­də əl­də et­di­yi sər­vət­lər Pyot­ra qal­dı. Əzə­mət­li İs­veç döv­lə­ti hə­mi­şə­lik ta­rix­də qal­dı. Av­ro­pa­da onun ye­ri­ni Ru­si­ya tut­du.

Pyotr «xal­qın ata­sı» ti­tu­lu­nu qə­bul et­mə­di
Pyotr qo­hum­la­rı­nın uşaq­la­rı­nın və öz uşaq­la­rı­nın Av­ro­pa öl­kə­lə­ri­nin hökmdar­la­rı ilə ni­ga­ha gir­mə­si­nə na­il ol­du.
1710-cu il­də Tür­ki­yə ilə ye­ni­dən mü­ha­ri­bə baş­la­dı. Müt­tə­fiq­lə­ri­nin heç bi­ri Pyot­ra cid­di kö­mək et­mə­di. Güc­lü türk or­du­su ilə əha­tə olun­muş Pyotr türk nü­ma­yən­də­lə­ri­nə bö­yük həcmdə rüş­vət ver­mək gü­cü­nə Konstan­ti­no­pol sül­hü za­ma­nı əl­də et­di­yi əra­zi­lə­ri, Ta­qan­ro­qu və Za­po­roj­ye­nin bö­yük bir his­sə­si­ni ver­mə­mək­lə sülh bağ­la­dı. Baş və­zir Konstan­ti­no­po­la qa­yı­dan­dan son­ra yün­gül şərtlər­lə sülh bağ­la­dı­ğı üçün xə­ya­nət­də it­ti­ham olu­na­raq edam edil­di. 1721-ci il­də Pyot­run mü­ha­ri­bə­lər­də qə­lə­bə­lə­ri he­sa­bı­na ar­tıq Ru­si­ya bö­yük əra­zi­lər əl­də et­miş­di, Bal­tik­ya­nı əra­zi­nin şərq his­sə­si­nə tam nə­za­rət edir­di. 1721-ci il 31 oktyabrda se­nat Pyot­ra «xal­qın ata­sı» və "ümum­ru­si­ya im­pe­ra­to­ru" ti­tu­lu­nu ver­di. Pyotr yal­nız Ru­si­ya­nın nü­fu­zu­nu ar­tı­ra­caq im­pe­ra­tor ti­tu­lu­nu qə­bul et­di. Ölü­mün­dan son­ra ona «Bö­yük Pyotr» de­yil­mə­yə baş­lan­dı.

Çar sa­bit­li­yin yo­lu­nu giz­li po­lis və do­nos­lar­da gö­rür­dü
Pyotr mə­mur­la­ra az ma­aş ve­rir­di, rus mə­mur­la­rı rüş­vət he­sa­bı­na ya­şa­yır­dı­lar. Pyotr rüş­vət­xor­luq­da həd­di­ni aşan mə­mur­la­rı cə­za­lan­dı­rır­dı, am­ma kor­rup­si­ya bir dam­la be­lə azal­mır­dı. Öl­kə­də sa­bit­lik ya­rat­ma­ğın çı­xış yo­lu­nu Pyotr giz­li po­lis ya­rat­maq­da və do­nos­lar­da gö­rür­dü. Pyotr do­nos­çu­la­rı mü­ka­fat­lan­dı­rır­dı, bil­dik­lə­ri ba­rə­də do­nos ver­mə­yən­lə­ri isə cə­za­lan­dı­rır­dı. Onun ha­ki­miy­yə­ti döv­rün­də Astra­xan­da əs­gər­lə­rin və şə­hər­li­lə­rin, Don­da Kon­dar­ti Bu­la­vi­nin rəh­bər­li­yi ilə ka­zak­la­rın üs­yan­la­rı ol­du. Uk­ray­na və Po­voljye­də də ki­çik qi­yam­lar ol­du. 1703-cü il­də Pyotr ye­ni pay­taxt olan Sankt-Pe­ter­burq şə­hə­ri­nin əsa­sı­nı qoy­du.
1725-ci il­də və­fat edən Pyotr özü­nə va­ris tə­yin et­mə­miş­di. Onu hə­yat yol­da­şı Ye­ka­te­ri­na əvəz et­di.
V.O.Klyu­çevski ya­zır ki, Pyotrdan son­ra döv­lət güc­lü ol­du, am­ma xalq ka­sıb idi. Ha­ki­miy­yə­ti döv­rün­də 4 min sə­rən­cam ve­rən Pyotr döv­lət büd­cə­si­nin 78-83 fa­i­zi­ni hər­bi iş­lə­rə yö­nəl­dir­di. Bu da verglə­rin yük­səl­mə­si­nə sə­bəb olur­du.  

 

 

9 şərh

Diamonds
Ümumiyyətlə.müharibəyə qarşıyam.Hər şeyin sülh yolu ilə həll olunmasının tərəfdarıyam.Pyotrun adını eşitdiyimdən bəri haqqında yaxşı şey eşitməmişəm.Bəlkə də yaxşı cəhətləri olub.Mən ərazi zəbt edib dövlətin ərazisini böyüdən hökmdara qüdrətli hökmdar kimi baxmıram.Əsas onun xalqıyla münasibətidir(məncə).
Bahar_Huseynova
siyasetden hec xosum gelmir,liderlerdende,ancaq bir necesi xaric.
Abdulezizov_Mehemmed
metnde kicik bir sehv var.Konstantinopol yox Istanbul sulh muqavilesi.Muharibeni sevmemeye geldikde ise «yalniz doyusken milletler oz tarixleri ile ve ozleri ile fexr ede bilerler».Pyotra geldikde ise ola bilsin ruslar ucun boyuk adamdir lakin ermenileri Azerbaycanda meskunlasdiran da o olub ona gore Azerbaycan ucun axmaq qesbkardan basqa bir sey olmamalidir(sohbet 1724-cu ilin 1 noyabr fermenindan gedir).
 
istorik_c
Azərbaycan üçün Pyotr axmaq yox ağıllı qəsbkar olmuşdur ki, hələ də onun tədbirindən biz əziyyət çəkirik
pascal
Pyotrun özündən sonrakı işğalçı hakimiyyət varislərinə qoyduğu tezis:
«Parçala və hökm sür!»  
istorik_c
Məlumatları dəqiqləşdirin. II Yekaterina I Pyotrun qızı impretariça Yelizavetanın qızı yox gəlini olmuşdur. II Yekaterina alman əsilli zadəgan qızı olub. Pyotrun nəvəsi III Pyotrun arvadı kimi tanınır
pascal
istorik_c, nikindən də bəlli olur ki, tarixlə maraqlanır, tarixi biliklərə yaxşı hakimsən, bəlkə də tarixçisən — bilmirəm. Bəs niyə tarixə aid topiklər yerləşdirmirsən və ya başqa mövzuda. Vaxtınmı yoxdur? Amma mən izləyirəm, tarixlə bağlı səhv məlumat gedəndə tez fikrini bildirirsən. Bu çox yaxşıdır. Bir də topik yerləşdirsən, əla olar. :)
istorik_c
Bəli Azərbaycanın Yeni və Ən Yeni tarixi ixtisası üzrə magistrəm. Yaxşı məqalələrim var. Sadəcə vaxtım olmur. Şərhimin yazıldığı saata baxın yəqin başa düşərsiz
pascal
Bildim. :) Sizə təhsildə və həyatınızda uğurlar, istorik_c.