Disbakterioz

Disbakterioz özünü allergiya, aclıq hissi, qıcqırma, diareya, qəbizlik, artıq çəki, baş ağrıları, depressiya və s. kimi əlamət və simptomlarla biruzə verir.
Disbakterioz zamanı bağırsaqda Candida cinsindən olan şərti-patogen göbələklər aktiv çoxalmağa başlayır.O, öz maya formasından göbələk formasına çevrilir.Bu formada kökəbənzər uzun substansiyalar inkişaf edir və həzm traktının selikli qişasının daxilinə keçir.Bunun nəticəsində həzm traktı ilə qan damarları arasında sərhəd pozulur və sonadək həzm olunmamış zülallar qana keçərək immun sisteminə təsir göstərir.Göstərilən səbəblər immun sistemini çoxlu miqdarda antitel sintez etməyə vadar edir.Bunun nəticəsində müxtəlif tip allergiyalar inkişaf edir.Belə halda müalicə patogen və şərti-patogen mikroorqanizmlərin eliminasiyası, obliqat mikrofloranın bərpası və nəhayət immun sisteminin güclənməsi istiqamətinə yönəldilməlidir.
Bioloji təbabətin tərkib hissəsi olan mikrobioloji təbabət bu halları aradan götürməyə imkan yaradır.Mikrobioloji terapiya həm immum reaksiyaların çatışmazlığı ilə əlaqədar yaranan xəstəliklərin (tənəffüs və həzm sisteminin infeksion və qeyri-infeksion xəstəlikləri), həm də immum reaksiyaların artması ilə əlaqədar yaranan xəstəliklərin (allergiyalar) müvəffəqiyyətli müalicəsində tətbiq olunur.Bu terapiya probiotiklərin köməyi ilə aparılır.
Probiotik-tərkibində canlı və ya inaktivləşdirilmiş mikroorqanizmlər, onların komponentləri və ya metabolizm məhsulları olan preparatlardır.Onları həm müalicə, həm də profilaktik məqsədlə istifadə etmək olar.Bu sayımızda “Symbiopharm” firmasının istehsal etdiyi probiotiklərlə tanış olacayıq.

Symbiolact comp. Lactobacillus acidophilus, Lactobacillus casei, Lactobacillus lactis, Lactobacillus salivarius, Bifidobacterium bifidum, Bifidobacterium lactis kimi mikroflora ştammlarından təşkil olunmuşdur.Bir paketin tərkibində olan mikroflora 109 KƏV/q aktivliyindədir. Symbiolact comp.-da olan ştammlar həm nazik bağırsaqlara, həm də yoğun bağırsaqlara aiddir.
Bifido- və laktobakteriyalar orqanizmi patogen və şərti-patogen mikroorqanizmlərdən qoruyur və bunu bir neçə yolla həyata keçirir.Belə ki, bifido- və laktobakteriyalar öz divarında olan qlikolipidlər hesabına bağırsağın selikli qişası üzərində qoruyucu örtük əmələ gətirirlər.Bağırsaqların dezinfeksiyasını təmin edən H2O2 –in sintezində iştirak edirlər. Bu bakteriyalar qısa zəncirli yağ turşuları və süd turşusu sintez etməklə özləri üçün əlverişli, patogen və şərti-patogen flora üçün qeyri-əlverişli şərait yaradırlar.
Symbiolact comp.-un üstünlüklərindən biri də laktoza və qlütein saxlamamasıdır.Hansı ki, bununla heç bir allergik reaksiya törətmir, əksinə allergik xəstəliklərin profilaktikasında tətbiq olunur.Məhz bunun üçün onun təsir spektri daha geniş olur.
Symbiolact comp-un tərkibində olan ştammlar antibiotiklərə tolerant olduğu üçün antibiotiklərdən sonra qəbul etməklə onların mənfi təsirlərinin qarşısını almaq olar.
Symbiolact comp.həm də ginekologiyada tətbiq edilir.Belə ki,ondan hazırlanan tamponlar uşaqlıq yolunun mikroflorasını balansda saxlayır.
Bundan başqa bifido- və laktobakteriyalar vitaminlər (B12, K, fol turşusu) sintezində, su-elektrolit balansını tarazlıqda saxlamaqla, orqanizmin mübadilə və metabolik proseslərdə iştirak edirlər. Symbiolact comp-un paket formada olması onun səyahətdə olarkən belə, xüsusən səyahətçilərin diareyası zamanı istifadəsini asanlaşdırır.
3 yaşadək uşaqlara gündə bir dəfə ½ paketi bir qədər suya və ya uşağın qidasına qarışdırmaqla, 3 yaşdan yuxarı uşaqlara və böyüklərə 1 paketi gündə 1-2 dəfə ½ suda həll etməklə əsas yemək vaxtı qəbul edirlər.
Mikrobioloji terapiyanın ayrılmaz bölməsi olan immun sistemini aktivləşdirmək üçün “Symbioflor” sırasının preparatlarından olan tibbi probiotiklər istifadə olunur.Symbioflor preparatları və Symbiolact comp.-dan kompleks istifadə etməklə uzunmüddətli immunomodulyasiya effekti almaq olur.
Prosymbioflor inaktivləşdirilmiş Esherichia coli və enterococcus faecalis autolizatından ibarətdir.O, inaktivləşdirilmiş bakteriyalardan təşkil olunduğu üçün immun sistemini az stimulə edir və kiçik immun cavab yaradır. Prosymbioflor interleykin-1B və interleykin-6-nı ingibə edir, eyni zamanda interleykin-2 və γ-interferonun sintezini stimulə etməklə dəri və selikli qişalarda yaranan iltihabi proseslərin qarşısını alır.Tərkibində E.coli kimi bakteriyaların autolizatının belə olmasına baxmayaraq dozalanma dəqiq olmalıdır.Yenidoğulmuş və uşaqlara gündə 2 dəfə 1-2 damcı, böyüklərə isə gündə 2 dəfə 5 damcıdan başlayaraq hər gün 1-2 damcı artırmaqla individual tolerantlıq həddinə çatdırmaq lazımdır.
Sonra terapiya Symbioflor 1-lə davam etdirilir. Symbioflor 1 məhlulu 1ml-də 1,5-4,5∙107 miqdarında enterococcus faecalis hüceyrə və autolizatı saxlayır.Enterokokklar Jg A sintezində iştirak edir.Bu interleykin-1B və interleykin-6-nın stimulyasiyası ilə həyata keçirilir.Yaranan Jg A bağırsağın selikli qişasının səthini örtərək qoruyucu qat əmələ gətirir.Bütün selikli qişalarla assosiyasiyalaşmış immun sistemlə əlaqəli bütün selikli qişalarda yəni, gözün, yuxarı tənəffüs sistemi yollarının, sidik-cinsiyyət yollarının selikli qişasında Jg A sintezi artır.Bununla bütün orqanizmi patogen mikrofloradan qoruyur.Ona görə Symbioflor 1 tək per os deyil, burun, göz, qulaq damcısı kimi istifadə edilir.Profilaktik məqsədlə Symbioflor 1 Symbiolact comp.la birgə ginekologiyada tampon formasında uşaqlıq yolunda qoruyucu təbəqə yaratmaq məqsədilə və mastitlərin profilaktikasında Symbioflor 1-i giləyə sürtməklə istifadə olunur.
2-ci fazada müalicəyə Symbioflor-2 əlavə olunur.Symbioflor-2 1 ml-də 1,5-4,5∙107 miqdarında E.coli bakteriya və autolizatından ibarətdir.Per os qəbulu zamanı bağırsağın selikli qişası üzərində β-defensin hasilatını gücləndirir. β-defensin isə orqanizmin hasil etdiyi təbii “antibiotik”dir. Symbioflor-2-nin təsiri Th1 və Th2 hüceyrələri arasında balans yaradır.Bu da interleykin-1B və interleykin-6 sintezinin stimullaşması və bununla əlaqədar JgA, sJgA,və JgG-nin artması ilə bağlıdır.
Symbioflor-2-nin təyini zamanı tərkibində E.coli olduğu üçün dozalanmaya diqqət yetirmək lazımdır. Uşaqlara gündə 2 dəfə 1-2 damcı per os və tədricən gündə 2 dəfə 5 damcıya çatdırmaqla, böyüklərə isə gündə 2 dəfə 5 damcıdan başlayaraq hər gün 1-2 damcı artırmaqla gündə 2 dəfə 15 damcıya çatdırmaq lazımdır.
Symbiflor 2-nin qəbulu kəskin xolesistit, kəskin pankreatit, bağırsaq keçməməzliyi, üzülmə, yüksək temperaturla keçən xəstəliklərdə qısa müddətli dayandırılmalıdır, yəni əks göstərişdir.
Ümumiyyətlə, Symbioflor preparatlarını qəbul edərkən abdominal ağrı və köp, baş ağrısı, ürəkbulanma, ağızda quruluq kimi əlamətlər baş verərsə narahatçılığa səbəb yoxdur.Sadəcə damcıların sayını 1-2 damcı azaltmaqla əlamətlərin keçməsini gözləmək, sonra yenidən tədricən artırmaqla individual tolerantlıq səviyyəsinə çatdırmaq lazımdır.

0 şərh