86.400 Saniyə

Bankda bir hesab sahibi olduğunu düşün, hesabına hər səhər 86.400 dollar pul yüklənir, lakin bu pulun hamısını axşama qədər xərcləmək məcburiyyətindəsən. Pulu istifadə etsən də istifadə etməsən da hesab hər axşam sıfırlanır.
Nə edərsən? Təbii ki hamısını xərcləməyə çalışarsan. Hamımız, Zaman adlı bu bankın müştəriləriyik.
  Hər səhər 86.400 saniyəyə sahib oluruq. Hər səhər hesabımız dolar, hər axşam boşalar. Geri dönüş yox, saniyələrini bu anı yaşayaraq xərclə, ən yaxşısı bunlara sərmayə qoy: Xoşbəxtlik, sağlamlıqmüvəffəqiyyət üçün Zaman qaçır. Hər gün üçün ən yaxşısını et.
  Bir ilin dəyərini anlamaq üçün onu  sinifdə qalmış bir şagirddən soruş.
  Bir ayın dəyərini anlamaq üçün, onu 8 aylıq bir körpə dünyaya gətirən anadan soruş.
  Bir həftənin dəyərini anlamaq üçün, onu həftəlik jurnal dərc edən bir zəhmətkeşdən soruş.
  Bir saatın dəyərini anlamaq üçün, onu qovuşmağı gözləyən sevgililərdən soruş.
  Bir dəqiqənin dəyərini anlamaq üçün, onu qatarın qaçıran sərnişindən soruş.
  Bir saniyənin dəyərini anlamaq üçün, onu bir qəzanın qarşısını ala bilməyən sürücüdən soruş.
  Bir saniyənin yüzdə birinin dəyərini anlamaq üçün, onu olimpiadalarda qaçış üzrə gümüş medal qazanan idmançıdan soruş.
  Hər anını qiymətləndir, hər dəqiqəni çox xüsusi biriylə paylaş. Zamanına ortaq edə biləcəyin qədər xüsusi biriylə.
  Unutma! Zaman heç kim üçün dayanmaz. Keçmiş zaman tarixdir. Gələcək zaman sirlər, məchullarla dolu.
  Yalnız bu an sənə verilən gerçək bir hədiyyədir! 

20 şərh

Medikamentoz
Zaman həyata aldanmaq  üçün bir yalanlamadır-desəm?!
_BUMERANQ_
Bəs, doğru olan nədir-soruşsam?!
Medikamentoz
Doğru olan odur ki,nə zaman var,nə məkan.Hər şey xəyaldır.Bunu onlaine izah edə bilmərəm.Sadəcə azca inanmaq  istəyirsinizsə 3D 7D filmləri izləyə bilərisiniz.
_BUMERANQ_
Mənimçün yeganə doğru olan Yaradandı. Əlhəmdülillah inamım tamdı. 
Bu mövzu ilə 3D, 7D filimlərin nə  əlaqəsi var?
Medikamentoz
Burada bəlkə də izah etməyim tam dolğunluq baxımından uyğun və mümkün deyil,amma inan ki,deyəcəklərim Səni daha səmimi bir şəkildə səcdəyə aparacaq və biləcəksən ki sən Kimin hüzurundasan!
asel
men bu yazını cox beyendim.
Medikamentoz
Mən bunu çoxdan oxumuşdum,«Gəncliyə yol kitabı»-nda.
asel
mene maraqlı geldi
Medikamentoz
Lap yaxşı,yeniliklər həmişə maraqlıdır.Kai Zen də olmaq üçün maraqlı olanların arxasınca düşəsən gərək.
asel
yeni nese oyrenmeye her zaman hazıram
Medikamentoz
Yenilik aşiqisinizsə mənim bloqum Sizə maraqlı olmalıdır :) 

burada baxa bilərsiniz.

https://www.facebook.com/Infopedias?ref=hl 

http://medikamentoz.wordpress.com/  
asel
facebookda yoxam.yene de sağ ol
Medikamentoz
wordpressi izləyə bilərsiniz.
asel
sizin tehsiliniz nedir? sirr deyilse
Medikamentoz
Tibb Universitetinin məzunuyam.
asel
memnun oldum.sağ ol
Medikamentoz
Qarşılıqlıdır.Buyurun.
Shabnam_Ilham
Amma çox təəssüf ki, heç vaxt düzgün istifadə etməmişəm vaxtdan… Tənbəlliyim ən böyük səbəbdi :/
Medikamentoz
Düşünürəm ki,vaxt sadəcə bizim onu dəyərləndirdiyimiz və yanaşdığımız dərəcədə mövcuddur,buna görə də şikayətlənməyə dəyməz,əgər ki,planlarımız varsa,deməli vaxtımız da var,yoxdursa əksinə...Zaman biz olduğumuz üçün mövcuddur.
Tural_Huseynov
Bu bənzətmə çox xoşuma gəldi. Bank faiz məsələsi.