İnad

İnadçı insanların bəzi xüsusiyyətləri

Bəzən yaxşı tərəfləri olsa da, ümumilikdə, inad insanların başına bəladan başqa bir şey gətirmir

Sadəcə inadçı insanların anlayacağı və özlərinə çox tanış gələcək 9 vəziyyət (status).


1. Hər zaman haqlısınız
Həyatınızın heç bir dövründə səhv etdiyiniz görülməmişdir. Hər kəsin də bunu bilməsini istəyirsiniz.


2. Daima son sözü siz söyləyərsiniz
Sözünüzün üstünə söz deyilməsi sizi dəli edər.


3. Mübahisələrdə əsla məğlub olan tərəf olmazsınız
Əksəriyyət sizin haqsız olduğunuzu düşünsə belə.. Hətta qəbul etmək kimi bir vərdişiniz yoxdur.

4. Özünüzü inad deyil, prinsip sahibi olaraq görürsünüz
Ya da, özünüzü bu cür aldatmaq daha çox marağınıza uyğundur.


5. "Üzr istəyirəm", «Bağışla» kimi ifadələr sizin lüğətinizdə yoxdur
Səhv heç nə etməmisiniz ki, üzüləsiniz də.


6. Əsla kömək etməz və kömək almazsınız
Kömək istəmək acizlikdir, sizə görə.


7. Hər zaman bir çıxış yolu taparsınız?
İnadçılığınızın bəlkə də ən müsbət tərəfidir ki, problemlər qarşısında əlləşib-vuruşub, çətin də olsa, özünüzü xilas edirsiniz.


8. Zəifləyən münasibətlərdə ilk addımı əsla siz atmazsınız
Bəlkə tək sözünüzlə dostunuz və ya sevgilinizlə barışmağı təmin edəcəksiniz, ancaq bunu etməzsiniz. İlk həmlə qarşınızdakından gəlməlidir, çünki sizə görə haqsız olan odur.

9. Həddindən artıq qürurlusunuz

Bu qürur bəzən gözünüzü kor edər. Bəzən, sadəcə, qürürünuz üzündən dəfələrlə
xoşbəxtlik şansını qaçırmısınız...

Oxşar məqalələr

 

10 şərh

BaRLeLiTa
Tam mənnən bəhs edən məqalədi, oxuduqca özümü tapırdım elə bil :) 
Ferbara
Tərs, inadçı adamlar üçün gözəl güzgüdü. :) Yaxşı ki, ətraflarındakı səbrli insanlar onların qayğısına qalırlar. Bir az səbrlilərin yanında durub müqayisə eləsinlər «boylarını». Onda nə qədər uşaq kimi tərs olduqlarının fərqinə varacaqlar. Yəqin ki. :)
Ferbara
Bu arada… Pascal, səni saytda təkrar görməyimə çox şadam. :) Maraqlı topiklə xoş gəldin. Davamını gözləyirik. :)
pascal
Çox sağ ol, Ferbara. :)
azadmamedov90
Hamını görmək mənim üçün də şadlıq hissi olardı real həyatda. )
İnadçılıqdan çox Eqoist və təkəbbürlük haqqındadır sanki. Zənnimcə bəzən belə olmaq çox lazımdır.
istorik_c
Günəş hayandan doğub.
pascal
:)
azadmamedov90
Günəş Şərqdən doğub, ama səhifə niyə belə doğulub?)) Mikroblog yoxa çıxıb.
Gülnar
:)Tersliyin ucbatindan zulm çeken biri kimi deyim ki, komek etmek almaq ve ilk addimla bagli yazilanlar o qeder de duz deyil. 
pascal
9-da 2. + Bir bəndə də (7-ci bənd) müsbət xarakter kimi vurğulanıb. Deməli, 9-da 3. Hələ ki, 50%-i keçmədiyinə görə, inadçı sayılırsız, Gülnar xanım. Və bir də, ola bilsin ki, sizdə o xüsusiyyətlər olmasın. Amma başqa inadçıl insanlarda var. İlk şərhdəki xanımın təsdiqinə baxın. :)
Etirazınız qəbul olunur, amma… bəlkə o biri statusdakı məslələr haqqında düşünək. ;) ))