Robin Şarma "Həyatın 200 dərsi"

"Həyatın 200 dərsi"

1. Az yatın. Bu, həyatınızı daha tam və məhsuldar etməyə kömək edəcək. Əksər insanlar üçün gündə 6 saat yuxu sağlamlıq üçün kifayətdir. 21 gün ərzində bir saat tez durmağı sınayın və bu sizdə adətə çevriləcək. Yadda saxlayın: yuxunun kəmiyyəti deyil, keyfiyyəti əsasdır. Təsəvvür edin ki, sizin həqiqətən də vacib olan əlavə 30 saatınız meydana çıxacaq.

2. Səhər bir saatınızı özünüzü təkmilləşdirməyə sərf edin. Ruhlandırıcı mətnlər oxuyun, ilhamverici yazılara qulaq asın və ya məşhur kitabları oxuyun. Bunları sakit vaxtda edin ki, ruhunuzu sizi gözləyən ağır gün üçün lazım olan güc və enerji ilə zənginləşdirəsiniz. Günə yaxşı başlamaq özünü bərpa etməyin, yeniləşdirməyin effektiv üsuludur.

3. Xırda, əhəmiyyətsiz şeylərin sizi vacib işlərdən uzaqlaşdırmasına imkan verməyin. Özünüzdən soruşun: "Mən öz vaxtımı və enerjimi daha yaxşı istifadə edirəmmi?" Vaxtın idarə olunması - həyatın idarə olunmasıdır. Buna görə də öz vaxtınıza qayğı ilə yanaşın.

4. Ağlınızı həyatınızın ən müsbət elementlərinə cəmləşdirməkdən ötrü rezin lent metodundan istifadə edin. Biləyinizə rezin lent geyinin. Hər dəfə beyninizə mənfi fikirlər gəldikdə rezin lenti sıxın. Beyniniz mənfi düşüncələrlə ağrı arasında əlaqə yaradacaq və tezliklə ağılın güclü müsbət xarakteri formalaşacaq.

5. Həmişə telefon zənglərinə səsinizdə entuziazm hiss etdirməklə cavab verin və zəng edənə öz hörmətinizi ifadə edin. Yaxşı telefon maneraları çox vacibdir. Zəng edənin sizin hörmətinizi hiss etməsi üçün ayağa qalxın. Bu səsinizə inandırıcılıq verəcək.

6. Gün ərzində beynimizə ruhlandırıcı əla ideyalar gəlir. Öz dəftərçənizdə bu ideyaları qeyd etmək üçün kiçik kartoçkalar və qələm saxlayın. Evə gəldikdə isə həmin kartoçkaları görünən bir yerə qoyun və zaman-zaman onlara nəzər yetirin. Oliver Uendell Holmsun qeyd etdiyi kimi "Yeni ideyalarla artan insan ağlı heç vaxt əvvəlki ölçülərinə qayıtmır".

7. Bazar gününün axşamını özünüzə həsr edin və bunu güclü vərdişə çevirin. Bu vaxtı yeni həftənin planlaşdırılmasına sərf edin, sizi gözləyən görüşləri və bu görüşlərdən nə əldə etmək istədiyinizi təsəvvür edin, yeni materiallar və kitablar oxuyun, həzin və sakitləşdirici musiqi dinləyin. Bu vərdiş sizin bütün gələn həftə ərzində konsentrasiya olunmuş, motivə edilmiş və effektiv olmağınıza kömək edəcəkdir.

8. Həmişə əsas prinsipi xatırlayın, hansı ki, həyatınızın keyfiyyəti - ünsiyyətinizin keyfiyyətidir. Bu sizin digər insanlarla ünsiyyətiniz və daha vacib olan sizin öz-özünüzlə ünsiyyətinizdir. Siz nəyə yönəlib cəmləşmisinizsə, onu da əldə edəcəksiniz. Əgər müsbət şeylər axtarırsınızsa, onları da əldə edəcəksiniz. Bu həyatın əsas qanunudur.

9. Nəticəyə deyil, məqsədə yönəlin. Başqa sözlə, işi ona görə edin ki, onu etmək sizin xoşunuza gəlir və ya bu kiməsə kömək edəcək və yaxud da bu çəx dəyərli tapşırıqdır. Bunu pulun və şöhrətin xatirinə etməyin. Bunlar öz-özünə gələcəklər. Dünya belə qurulmuşdur.

10. Hər səhər güzgünün önündə beş dəqiqə gülümsəyin. Stiv Martin də belə edir. Gülüş orqanizminizdə bir çox vacib elementləri aktivləşdirir. Gülüş həmçinin orqanizmin tarazlı vəziyyətini bərpa edir. Gülüşlə terapiya müxtəlif xəstəliklərin müalicəsində müntəzəm olaraq istifadə edilir və həyati problemlərin qəribə dərmanı hesab edilir. 4 yaşlı uşaq orta hesabla gün ərzində 500 dəfə, yaşlılar isə ancaq 15 dəfə gülürlər. Gülmək adətini canlandırın və sizin həyatınız daha canlı olacaq.

11. Axşamlar oxuyan zaman işıqları yandırın. Bu son dərəcə sakitləşdirici atmosfer yaradır. Öz evinizi dünyadan tədric olunmuş vahəyə çevirin. Onu gözəl musiqi, əla kitablar və gözəl dostlarla bəzəyin.

12. Konsentrasiyanızı artırmaq üçün yeridiyiniz zaman addımlarınızı sayın. Bu çox effektiv metoddur. Nəfəsinizi alaraq altı addım atın, növbəti altı addım zamanı nəfəsinizi saxlayın, sonra isə növbəti altı addım zamanı nəfəsinizi buraxın. Əgər altı addım sizin üçün çoxdursa, bunu sizə uyğun hesabda edin. Bu çalışmadan sonra özünüzü daxilən daha sakit və konsentrasiya olunmuş hesab edəcəksiniz. İnsanlar çox tez-tez beyinlərini boş-boş cəfəngiyyatlarla dolmağa izn verirlər. Öz bacarıqlarının zirvəsində işləyən insanlar daima mühüm məsələlərə konsantra olunmuş sakit beyinin gücünü qiymətləndirirlər.

13. Effektiv şəkildə meditasiya etmeyi öyrənin. Ağıl təbiətcə bir mövzudan digərinə keçmək istəyən çox səs-küylü maşındır. Nəyəsə əhəmiyyətli bir şeyə nail olmaq istəyirsinizsə, öz şüurunu məhdudlaşdırmaq və disiplinə salmağı oyrənmək lazımdır. 6 ay ərzində müntəzəm olaraq səhərlər və axşamlar 20 deqiqe meditasiya etmək sizə əhəmiyyətli nəticələr verəcək. Artıq 5000 ildir ki, Şərqin müdrik alimləri tərəfindən meditasiyanın çoxsaylı üstünlüklərini təbliğ olunur.

14. Sakit olmağı oyrənin. İnsan orta hesabla ay ərzində 30 dəqiqədən az müddəti tam səssiz və sakit vəziyyətdə keçirir. Gündə heç olmasa 10 dəqiqə səssiz oturub və sakitlikdən həzz almaq vərdişinə yiyələnin. Sadəcə həyatda sizə vacib olan şey haqqında düşünün. Missiyanız barədə dərindən düşünün. Susmaq həqiqətən də qızıldır. Bir vaxtlar Ustad Zenin dediyi kimi bu, qəfəsi saxlayan barmaqlıqlar arasındakı məkandır.

Robin Sharma

 

18 şərh

2ral
Bu yazıya plyus  verməmək günahdır. hətta şəriət də bunu təsdiq edir:-))
Robin Şarmanın qalan məsləhətləri də yerləşdirilsə lap yaxşı olar. Bu sayt yaradılmasında(ideyası) R.Şarmanın da rolu var.
Dronqo
Qalan məsləhətlər əlavə olunmuş faylda yerləşdirilmişdir.  
Arzt
Əla Dronqo,sən mənim yazdığım əsərin qəhramanısan.Bundan əskik olmayacaq ki:-)
fidan
Belə çıəxır ki,sən Çingiz Abdullayevsən?:-)) Heç bilmirdim ki,onun bir adı həm də Pərvizdir)
Yazmalıydın ki,sən mənim saytda əsərini yerləşdirdiyim müəllifin qəhrəmanısan)
Dronqo

Mənim fanatlarım arasında Tibb Universitetinin tələbələri də çoxluq təşkil edir :))) Xeyir ola gələcəyin həkimlərində detektivə olan belə maraq? :)))

Arzt
Uzun müddətdən sonra oxunan ilk əsərdi.Yazıçı da əla yazır.Deyəsən mən çox şey itirmişəm bu vaxta qədər.Oxumağın vaxtı çoxdan çatıbmış…
Dior
Az yatın. Bu, həyatınızı daha tam və məhsuldar etməyə kömək edəcək. Əksər insanlar üçün gündə 6 saat yuxu sağlamlıq üçün kifayətdir. 21 gün ərzində bir saat tez durmağı sınayın və bu sizdə adətə çevriləcək. Yadda saxlayın: yuxunun kəmiyyəti deyil, keyfiyyəti əsasdır. Təsəvvür edin ki, sizin həqiqətən də vacib olan əlavə 30 saatınız meydana çıxacaq.

Maraqlıdır.Amma mən esitdiyimə görə normal yuxu 8 saat olmalıdır.
Silen_ce
Çox sağ olun. Çox gözəl tərcümə olunub. Bir sözlə, çox maraqlıdır :)
P.S. Heyif ki, səsvermə müddəti bitib :(
2ral
Problem yoxdur.Rəşadın şəxsi profilində səs vermək imkanı var:)
Silen_ce
səs verdim :)
Dronqo
Təşəkkür edirəm :)))
Silen_ce
Mən sizə təşəkkür edirəm ki, bu cür maraqlı kitabı mənə tanıtdırmısınız :)
Yucin
Maraqlıdır. Yəqin ki, ardı var…
azadmamedov90
çox təəssüf ki, bu 3 il öncə yazılıb, elə bil ölmüş birinin yanında xatirələrin canlanır, nə şərh yazanlar var indi burda nə də ki bunu yazan.
pascal
Həə...Hərdən mən də çox təəssüflənirəm ki, onlar indi burda yoxdurlar. :(
istorik_c
Maraqlıdır bu üzvlər indi niyə iştirak etmirlər. Amma məqalə əladır
pascal
Müddətləri bitib, ya da kayzeni bəyənmirlər daha. ;) :) 
leylashka55
bes diger melumatlari nece oxuyaq?