Riyazi məntiq

Sizlərə indiyə qədər özümün də tapa bilmədiyim məntiqli bir sual ünvanlamaq istəyirəm.Daha doğrusu, bu sualın cavabını  bilsəm də, bir yaxınımdan öyrənmişəm.Sualın şərtləri bunlardır:

1.10 qızıl torbası var;

2.Hər torbanın içində 10 qızıl var;

3.Hər qızılın kütləsi 10 qramdır;

4.Yalnız bir torbadakı bütün qızıllar qəlpdir (saxtadır).Ona görə də, bu torbadakı qızılların hamısının kütləsi 9 qramdır;

5.Tərəzidən yalnız bir dəfə istifadə etməklə həmin saxta qızılların hansı torbada olduğunu müəyyənləşdirin.

Qeyd:Sual yalnız və yalnız riyaziyyata aiddir.

2 şərh

bayram-muradov

birinci torbanı bütöv,ikincidən 9,üçüncüdən 8 və beləliklə( azalan sıra ilə) lap axırıncıdan bir dənə qızıl qoymaq lazımdı sonra bunların cəmini ölçmək lazımdı.hamısı həqiqi olsaydı 1000 qram olardı. ona görə də əgər 10 qram əskik gəlsə demək birinci torbadır, 9 qram əskik gəlsə demək ikinci torbadır. 8 qram gəlsə demək üçüncü torbadır və ən nəhayət 1 qram əskik gəlsə deməli axırıncı içindən bir qızıl qoyduğumuz torbadırş

məncə belə olmalıdır.ola bilər aydın yazmamışam diqqətlə oxuyun

hard
bayram-muradov, birinci cümləni tamamilə düz yazmısınız.Amma hamısı həqiqi olsaydı 1000 q yox, 550 q gələrdi ((1+2+3+4+5+6+7+8+9)*10=550).Sonrakı cümləniz də tamamilə düzdür.Diqqətənizə və şərhinizə görə təşəkkürlər…