Рейтинг
+1.38

Hərb

14 üzv, 33 topik

Güllələnmiş generallar

  • Hərb
Doğrusu bilirəm ki, mənim məzarım bir vaxt gül dəstələrilə bəzənməyə layiqdir ya yox. Lakin siz, mənim məzarım üzərinə qılınc qoymalısınız. Çünki mən, bəşəriyyətin azadlığı uğrunda mübarizədə cəsur bir əsgər olmuşam.
Henrix Heyne, məşhur Alman şairi (1797-1856)

Davamı →

Birinci Dünya müharibəsi və Azərbaycan

  • Hərb
Bütün ictimаi-siyаsi nəticələrinə, dövrün ziddiyyətlərinin kəskinləşməsinə, хаlqın həyаtındа аğır izlər burахmаsınа bахmаyаrаq, I Dünyа mühаribəsi аzərbаycаnlı hərbçilərin fоrmаlаşmаsındа dаhа bir sınаq mеydаnı оldu.
Mühаribənin əsаs əməliyyаtlаrı Аvrоpаdа cərəyаn еtsə də, əslində, Аzərbаycаn dа cəbhə bölgəsinə dахil оlаn ərаzilərdən idi. Çünki 1914-cü ilin оktyаbrındа yаrаdılmış оlаn Qаfqаz cəbhəsi Qаrа dənizin cənubundаn bаşlаyаrаq Türkiyə və İrаndаn kеçməklə Хəzər dənizinin cənubunа qədər uzаnırdı. Cəbhə хəttinə bu qədər yахın оlmаsı Аzərbаycаn хаlqının üzərinə düşən çətinlikləri dаhа dа аrtırmışdı.

Davamı →

Yuli Sezar həqiqətən hərbi dahi idi?

  • Hərb
İki min ildən sonra az adamın adları rezonans doğurur, çünki bu, olduqca uzun müddətdir. Və hələ də “Sezar” adının səsi ilə hər kəs kimin olduğunu və nə etdiyini bilir. Dəhşətli, əzəmətli, əsgər, general, natiq, idarəçi, müəllif — dövründə o qədər böyük idi ki, hələ də bizim içimizdə gəzir.
Yuli Sezar kimdir? Bu suala onun erkən həyatındakı iki epizodla cavab vermək olar. Hələ bir gənc ikən ona Roma diktatoru Sulla tərəfindən həyat yoldaşı Korneliyadan boşanmaq əmri verildi. Sezar rədd etdi. Sulla Sezarın sərvətini ələ keçirdi və onu ölümə məhkum etdi. Üsyankar gənc qaçaraq orduya qoşuldu.

Davamı →

Əbədi qardaşlıq nümunəsi

  • Hərb
Barbinka və Lvovdakı həbs düşərgəsindən Polşaya, oradan Almaniyaya, daha sonra Fransaya yola salınan hərbi əsirlərdən bir qrupunu Daxau ölüm düşərgəsinə göndərirlər. Onları burada qaz kamerasına salırlar. Bir müddət sonra nəzarətçilər əsirlərin meyitlərini kameradan çıxaranda yalnız bir nəfərin sağ qaldığını görürlər. Bu sonralar adı dillərdə əzbər olan qəhrəman həmyerlimiz Əhmədiyyə Cəbrayılov idi.

Davamı →

Qərb cəbhəsində Milad bayramı var

  • Hərb
Hələ də davam edən müharibə ab-havası və bir neçə gün əvvəl katoliklərin qeyd etdiyi Milad bayramı yadıma 1914-cü ilin “Milad atəşkəsini” saldı. Birinci Dünya Müharibəsində hər şeyə rəğmən, birinci və axırıncı dəfə birgə qeyd edilmişdi bu bayram. Müharibəyə başlayan imperiyaların planı əslində 1914-cü ilin dekabr ayına qədər idi, yəni dekabr ayında müharibə yekunlaşacaqdı. Fəqət, heç kim bu müharibənin dörd il davam edəcək bir cahan savaşına dönəcəyini və 25 milyon insanın həyatını itirməsinə səbəb olacağını fikirləşməmişdi. Müharibənin başladığı il Qərb cəbhəsində ilk Milad bayramını tərəflər qısa müddətlik, ancaq rəsmi olmayan bir atəşkəs ilə qeyd etməyi qərara aldılar və bu bəlkə də, çoxlarının həyatında sonuncu Milad bayramı olacaqdı.

Davamı →

Günəş adam - Albert Aqarunov

  • Hərb
Albert Bakının Əmircan kəndində, sadə bir ailədə doğulmuşdu. Valideynləri əslən yəhudi idi. Ancaq Albert həmişə özünü azərbaycanlı hiss edirdi. Onun fikrincə, insan ayaq basdığı torpaqların oğluydu.
Tək arzusu var idi Albertin. Qanadlanıb Günəşə doğru uçmaq istəyirdi. Hər gün Günəşə baxır, qəribə bir həzz alırdı. Utandığından arzusunu heç kimə demirdi. Düşünürdü ki, onu dəli hesab edərlər. Çünki Günəşə doğru uçmaq insan arzusunu da aşırdı. Ancaq Albert öz arzusunu aşmır, nədənsə, inanırdı ki, bir gün Günəşə doğru qanadlanacaq.

Davamı →

Rövşən Talıbov - Zəngilanın qəhrəman oğlu

  • Hərb
Zəngilanın işğalı günündə çox böyük qəhrəmanlıq göstərmiş Rövşən Talıbovu yad etməmək günah olardı məncə. Dostların çoxu bilir ki, Rövşən Talıbov çox sevdiyimiz və dəyər verdiyimiz Esmira xanımın atasıdır. Müəyyən səbəblərdən Esmira xanımla əlaqəni itirsəm də, ümid edirəm özü bir gün məni tapacaq. (Rövşən Talıbov şəkildə soldan birincidir.)

Davamı →

General-mayor Polad Həşimov

  • Hərb
“Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi”.
Bu sözləri jurnalist Seymur Kazımov Tovuz istiqamətində gedən döyüşlərində həlak olmuş general-mayor Polad Həşimov haqqında deyir. Polad Həşimov illər əvvəl N saylı hərbi hissədə jurnalist Seymur Kazımovun qərargah rəisi olub. Jurnalist general-mayoru “çox dəyərli vətəndaş və zabit” olaraq yad edir.

Davamı →

Ələsgər Əliyev - qəhrəman Azərbaycan əsgəri

  • Hərb
Əliyev Ələsgər Sərhəd oğlu, 1960-cı ildə Sabirabad rayonunun Talış kəndində anadan olub.1977-ci il orta məktəbi bitirdikdən sonra Peterburq Texnologiya İnstitutuna daxil olmuş və 1982-ci ildə orani bitirib təyinatla Bakı məişət kondisionerləri zavoduna gəlmişdi.
1993-cü il oktyabrın 27-də könüllü olaraq Suraxanı batalyonunun tərkibində cəbhəyə yollanıb.İlk döyüşə Füzuli bölgəsində batalyon komandirinin müavini kimi başlayıb.Elə ilk gündən səngərlərin qazılmasında,yeraltı qazmaların tikilməsində Ələsgər özünü bacarıqlı zabit kimi göstərib.
Davamı →

Azərbaycan Ordusu Qarabağ cəbhəsində

  • Hərb
İmperiyalar şüarlarla deyil, ordularla qurulur. Dünya tarixinə üç böyük imperiya bəxş etmiş Azərbaycan türkləri bu işi güclü orduların, hərb sənətinin dahiləri olan görkəmli sərkərdələrin sayəsində bacarmışdılar. Ancaq Rusiya işğalından sonra müsəlman-türk əhalinin yüz il boyunca hərbi xidmətə götürülməməsi, təbii ki, xalqın döyüş vərdişlərinin yetərincə zəifləməsinə səbəb olmuşdu. Bu siyasətin ən mənfi cəhətlərindən biri xalqın nəinki öz milli hərbi qüvvələrindən, həm də milli zabitlərindən məhrum olması idi.

Davamı →