Reytinq
22.39
səs: 5

Bloq haqda

Heyvanlar haqqında maraqlı məlumatlar,zoologiya elmi. Müxtəlif heyvanlar haqda faktlar.

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (17)

Xrizoberil Samir012 kulturoloq Nailə Qasarayeva luminat ORIGINAL yravil Someone cahandar Rene Mysteryo AykaJackson Aristotel Aysel218 Abdulyar SÜSən_Mehrəliyeva Ali_Aliyev

Dəvələr

Şərq ölkələrində «səhra gəmisi» adlandırılan dəvə bütün digər heyvanlardan özünəməxsus xüsusiyyətlərilə seçilir. Allahın diqqət çəkdiyi bu canlı barəsində hətta «Qurani-Kərim»in müxtəlif ayələrində də bəhs olunur. Dəvə barəsində Azərbaycan folklorunda da ibrətamiz kəlamlar çoxdur. «Övladda nəvə, dövlətdə dəvə», «Dəvə kimi kinli», «Dəvədən böyük fil də var» kimi atalar sözlərini buna misal göstərmək olar.  

Xüsusiyyətləri
Hindistan, Pakistan, Əfqanıstan, İran, Suriya, Ərəbistan, bəzi Afrika və Orta Asiya ölkələri dəvəçiliyin ən çox inkişaf etdiyi regionlar sayılır. Təkcə Afrikada 20-dək dəvə cinsi yetişdirilir. Qeyd edək ki, heyvanların ən ağıllısı sayılan dəvələr üç cür olur: birhörgüçlü (dromoder), ikihörgüçlü (bakterian) və hörgüçsüz. Hörgüçsüz dəvə birhörgüçlü ilə ikihörgüçlünün törəməsidir. Bakterian ətlik, dromoder isə südlük cins sayılır.

Ardı

Bayquş

Bayquş insanların pis münasibət bəslədiyi uçan canlılardan birincisidir. Bunun əsas səbəbi onun uğursuzluq əlaməti hesab edilməsi və xarabalıqlarda yuva qurmasından irəli gəlir. Əsrlər boyu xalq inanclarında bayquşun ulaması həmişə pis tərəfə yozulub. Bəzən onu hətta ölüm quşu da adlandırırlar. Bayquşa əsasən Afrika və Asiya ölkələrində, müsəlman aləmində mənfi münasibət bəslənilir.

Ardı

Həşəratlardakı üstün üçma sistemləri

Canlılardakı bir çox möcüzəvi xüsusiyyət dövrümüzdə Allahın bəşəriyyətə bəxş etdiyi bilik və texnologiya ilə tədqiq olunmasına baxmayaraq, hələ də tam aşkar edilməmişdir. Allahın yaratdığı hər şeydə olduğu kimi, milçəyin bədənində də imanlı insanın Allaha olan dərin sevgisini və bağlılığını artıran üstün elm vardır. Elm adamlarının milçəklərin və kiçik həşəratların uçma sistemləri üzərində apardığı araşdırmaların bir qismi aşağıda verilmişdir. Bu araşdırmaiardan belə nəticə çıxır ki, Allahdan başqa heç bir varlıq və ya güc bir milçək belə yarada bilməz.

Ardı

Canavar

Canavar- canlı təbiətin bir hissəsi olub, ağıllı və cəsarətli yırtıcı heyvandır. Bir çox əsatirlərdə onun faydalı və ziyankar olduğu göstərilir.
Hələ min illər bundan əvvəl insanlar əkinçilik və heyvandarlıqla məşğul olmamışdan qabaqcanavarla yaxın əlaqədə olmuşlar.

Ardı

Sürətli heyvanlar

Vəhşi heyvanların yaşamaq üçün ən çox ehtiyac hiss etdikləri şey qaçmaqdır. Bu, bəzən onlara ovçularından xilas olmaq,
bəzən də ovlarını əldə etmək üçün lazımdır. Ancaq hər iki halda məqsəq eynidir: yaşamaq. Elə isə dünyanın ən sürətli heyvanları
hansılardır? Aşağıda onlardan bir neçəsini sizə təqdim edirəm...

1. GepardPişik ailəsinin bir üzvü olan gepard dünyanın ən sürətli məməli heyvanı kimi ilk yeri tutur. Çünki gepardların sürəti nə az,
nə çox, düz 120 kilometrə çata bilir. Ən qəribə məqam isə onun bu sürətə 3 saniyədə çatmasıdır.


Ardı

İşıldaquş

Yaz gecələrinin qaranlığında otların arasında və ya havada uçarkən parıldayan, yanıb sönərək sarı-yaşıl işıq verən bir böcəyi görmüsünüz. Yanına yaxınlaşıldığında işığını söndürən, gecə qaranlığında izini itirən bu böcəyin adı işıldaquşdur. Əslində bu böcəyin verdiyi işığın odla da, istiliklə də bir əlaqəsi yoxdur. Bunun elmi adı 'soyuq işıqdır ki günümüzün texnologiyası bu işığı hələ süni olaraq yaratmağı bacara bilməmişdir.

Ardı

Zürafə | Ən uzun boyunlu heyvan

Bəlkədə onları dünyanın en qəribə heyvanı saymaq olar. Zürafələr haqqında çoxlu məlumatlar olsada onlar haqqında tam dəqiq məlumat almaq çətindir. Onlar haqqında ən çox bilinən xüsusiyyətlər verilşişdir. Qeyd etmək yerinə düşər ki, zürafələrin olduqca heyrətamiz xüsusiyyətləri var. Bunlardan biri o qədər uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə 7 fəqərə vasitəsilə daşına bilməsidir. Heyrətamiz digər bir xüsusiyyətləri də vücudlarının uzun boyunlarının üzərində olan beyinlərinə qan çatdırmada çətinlik çəkməmələridir. Bir az düşünüldüyü zaman o qədər uzağa qanın verilməsinin nə dərəcədə çətin olduğunu görə bilərik. Ancaq zürafələr bu mövzuda çox çətinlik çəkmirlər, çünki ürəkləri qanı lazım olduğu qədər uzağa apara bilən xüsusiyyətlərə sahibdir. Bu da onların rahat yaşayışlarını davam etdirə bilmələrinə imkan yaradır.

Ardı

Tırtıldan Kəpənəyə

Belə bir sual ortaya çıxır. Görəsən sizin 450-500 sayda yumurtanız olsa və bunları bayırda bütün təhlükələrə mühafizə etmək lazım gəlsə nə edər bilərdiniz? Onların külək kimi təbii şəraitin təsiri ilə açılıb dağılmalarının və korlanmamasının qarşısını ala bilən bir tədbir görməyiniz şübhəsiz ki, ən ağıllı olandır. Dünyada bir dəfəyə ən çox yumurta qoyan canlılardan biri olan ipəkqurdu (450-500), yumurtalarını qorumaq üçün çox ağıllı üsuldan istifadə edir: Yumurtaları ifraz etdikləri yapışqan maddə ilə (iplə) bir-birinə bağlayaraq ətrafa dağılmalarına mane olur.Yumurtadan çıxan tırtıllar ilk iş olaraq özlərinə münasib budaq tapır və daha sonra da eyni iplə oraya bağlanırlar.

Ardı

Australopithecuslar | Nəsli kəsilmiş meymunlar

Bəlkə hələdə çoxlarına məlum olmayan bu nəsil artıq nəsli kəsilmişdir. Təkamülçülərin müqayisəli iddiasına görə Australopithecuslar əslində elə indiki insanların ən ibtidai əcdadlarıdır. Bunlar üz və kəllə quruluşları bugünkü meymunlara bənzəyən, beyin həcmi müasir meymunlarınkından daha kiçik olan qədim növdür. Ancaq təkamülçülərin iddialarına görə bu varlıqların insanların əcdadı olmasını təmin edən çox mühüm xüsusiyyətləri aşkar olunmuşdur: iki ayaqlı olmaları.  Meymunlarla insanların hərəkət forması tamamilə fərqlənir. İnsanlar həqiqi mənada iki ayaqları ilə dik hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud hərəkət qabiliyyətinə malikdirlər və nəticədə əyrı onurğaya malikdirlər.


Ardı

Atın təkamülü əfsanəsi və mərhələləri

Məməlilərin mənşəyi məsələsində mühüm yer tutan başlıq uzun zamandan bər təkamülçü mənbələri baş tacına çevirdikləri «atın təkamülü» əfsanəsidir. Bu, bir əfsanədir, çünki elmi kəşflərə deyil, təxəyyül gücünə əsaslanır. «Atın təkamülü»nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir.

Ardı