Pişiklərin bığları kəsilsə gəzə bilməzlər?

Mif: "Əgər bir pişiyin bığlarını kəssən qətiliklə yeriyə bilməz. Çünki bığlar pişiyin tarazlığını təmin etməsi üçündür.

Reallıq: Pişiklərin bığlarının gəzməkləri və tarazlığı ilə birbaşa heç bir əlaqəsi yoxdur. Aparılan sınaqlar, pişiklərin bığları olmayanda da gəzə bildikərini göstərir.

Məlumat 1: Pişiklərin bığları (Latınca: vibrissae) onların gəzməklərinə aidiyyatı olmasa da, çox əhəmiyyətli vəzifələr yerinə yetirən orqanlardır. Ancaq bu vəzifələr arasında, mifin içərisində keçən «tarazlıq » deyilən birşey yoxdu. Pişiklərin tarazlığı, demək olar hər məməli kimi daxili qulaqda olan orqanlarla təmin edilir.

Məlumat 2: Pişiklərin bığları, yalnız üzdə deyil, eyni zamanda bəzən əzalarında da ola bilər. Əsas vəzifəsi, pişiklərin cisimlərlə olan məsafəni qəbul etməsinə köməkçi olmaqdır. Xüsusilə pişiklər dar yerlərdən keçərkən, divarlar arası məsafəni bığlarından qəbul etdikləri titrəşmələr sayəsində ayırd edə bilirlər. Bu sayədə bığlara dəyən hər hansı bir cisim və hətta vibrasiya, pişiyə hər hansı bir vizual məlumatın olmadığı vəziyyətdə belə məlumat ötürə bilər.

Məlumat 3: Pişiklərin bığlarının eyni zamanda aşağı işıq konsentrasiyalarında yüksək ekoloji hiss təmin etdiyi ortaya çıxarılmışdır. Bu sayədə pişiklər və ümumiyyətlə pişikkimilər, qaranlıqda da ovlana bilir. Hər cür naviqasiya vəzifəsini yerinə yetirən bu bığlar, pişiklərin davası vaxtı da pişiyin qarşı tərəfi haradan dişləməsi lazım olduğunu anlamasına köməkçi olur.

Məlumat 4: Pişiklərin bığları müəyyən dövrlərdə tökülüb yenidən çıxa bilir. Ancaq bir pişiyin bığları, normal dövrün xaricində qətiliklə kəsilməməlidir. Bığları kəsilmiş bir pişik, mühitdən kafi məlumatı ala bilməyəcəyi üçün içinə qapana bilər və pişiklərdə psixoloji problemlərə rast gəlinə bilər.

0 şərh