İtlər niyə sahibini yalayır?

Adətən itlər sizi, digər itləri, özlərini, əşyaları, ağlınıza gələn hər şeyi yalayırlar. Mütəxəssislərin fikrincə, bunun müəyyən səbəbləri var.

İtlər niyə üzünüzü yalayır?
İtlər nəyisə yaladıqda endorfin istehsal edirlər. Bu da onlara xoşbəxtlik və rahatlıq verir. İnsanların stresslərini azaltmaq üçün fiziki məşqlərə bənzəyir. Bu hərəkətin daha məntiqli səbəbi isə üzünüzdəki bir çörək qırıntısı və ya yemək qoxusu ola bilər.

İtlər niyə ayaqlarınızı yalayır?
Hamamdan çıxdıqda ayaqlarınızı yalayırsa, bunun səbəbi onların islaq olması ola bilər. Başqa bir səbəbi isə dərinizdəki duzdur. Xüsusən tərli olduğunuz zaman daha çox yalamaq istəyirlər. Ayağınızın qoxusunun itinizə cazibədar gəlməsi isə sizin qoxunuz olmasından qaynaqlanır.

İtlər niyə əlinizi yalayır?
Ayaqlarınızı yalaması ilə eyni səbəbdən. Əllərinizi yalayır, çünki sizi sevir. Sevgi dolu əllərinizlə ona qulluq edir, sığallayır, çimizdirirsiniz.

İtlər niyə havanı yalayır?
İtlər arasında çox yayğın bir durum deyil, ancaq itlərin ağızlarında ilanlardakı kimi, qoxulara əlavə bir duyğu orqanları var. İtiniz havanı yalayırsa, böyük ehtimalla ayırd edə bilmədiyi və ya marağını çəkən bir qoxunu tapmağa çalışır.

İtlər niyə ayaqlarının altını yalayır?
Əgər ayaqlarının altında bir şey yoxdursa, itlərin ayaqlarını yalaması üçün heç bir səbəb yoxdur. Bu, eynilə corabınıza nəyinsə yapışması kimi bir hissdir. Ayağının altı ilə bağlı onu narahat edən bir şey ola bilər. Allergiyası, ya da infeksiya ola bilər.

İtlər niyə qıçını yalayır?
Bunun səbəbi tualetini etdikdən sonra təmizlənmə ehtiyacıdır. Eyni zamanda itinizin tibbi yardıma da ehtiyacı ola bilər. Sidik yolu infeksiyası da bir başqa ehtimaldır.

İtlər niyə bir-birlərini yalayırlar?
Eynilə bizdəki salamlaşma və qucaqlaşma kimi, itlər də bir-birlərini yalayaraq salamlayır. Küçüklər analarının ağız çevrəsini yalayırlar. Bunun səbəbi analarının onları qidalandırmasıdır. İt sürülərində isə yalamaq itaət anlamını verir. İtlərin danlandıqdan sonra sizi yalaması da bunun göstəricisidir. Onlar bəzən bir-birlərinin yaralarını yalayırlar. Bəzi insanlar itlərin ağzında yaraların sağalmasını təmin edən bir bakteriya olduğuna inanırlar. Ancaq mütəxəssislər bu fikrin doğru olmadığını söyləyir. İtlərin yaranı yalaması infeksiyanın yayılmasına səbəb olur.

Viktoria Stivellin
 

0 şərh