Delfinlər haqqında qısa məlumat... | Heyvanlar aləmi | Kayzen 

Heyvanlar aləmi → Delfinlər haqqında qısa məlumat...

Delfinlərin əhliləşdirilməsinə 8 ay vaxt lazım olur. Bu ağıllı heyvan insanı çox tez başa düşmək qabiliyyətinə malikdir. Hovuzlarda bəslənən delfinlər az bir zamanda nimçədən səliqə ilə balıq götürüb yeməyi, yanan şamı üfləyib söndürməyi, voleybol oynmağı öyrənirlər.
Delfinlər balıqları ultrasəslə axtarıb tapır. Yarasalar kimi, delfinlər də şaqqıltılı səslər və ya ucadan qırıq- qırıq fit səsinə oxşar ultrasəslər buraxır və balıqlara toxunub qayıdan bu səsləri tutmaqla ovlarını tapırlar.
Delfinlərin bu cür səmtbilmə qabiliyyətinin çox yaxşı inkişaf etdiyini bir çox təcrübələr sübut etmişdir.
Məhşur Amerika fizioloqu Lilli əhliləşdirdiyi Elvar adlı delfinə öz əməkdaşı kimi baxır. Çünki Lillinin təcrübələrinin bir hissəsini Elvar özü apara bilər.
Delfinlərdən birinə bədbəxtlik üz verdikdə sürüdəki başqa delfinlər onun həyacan siqnallarını eşidən kimi köməyə gəlir. Suda batan adamları delfinlərin xilas etməsi halları da məlumdur.
Delfinlər suda doğur və doğulmuş bala suda üzə bilir. Delfin öz balasını suda əmizdirir, onun südü çox qatı və yağlı olur.

  • ?
  • 22 fevral 2011, 15:18
  • Xrizoberil


Şərhlər (0)

RSS qısalt / böyüt
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər səs verə bilər.