Çaylar

Quru suları (çay, göl, buzlaq, bataqlıq, yeraltı su) hidrosferin 3,5%-ni əhatə edir. Suyun böyük dövranı nəticəsində yaranır. Iqlim və relyef qurunun səth sularının qeyri-bərabər paylanmasına təsir göstərən əsas amillərdir.
Qurunun səthində açdığı yataq üzrə daimi axan suya çay deyilir. Çayın başlandığı yerə mənbə deyilir. O okean səviyyəsindən hündürdə olur. Mənbə – bulaq, buzlaq, bataqlıq, göl ola bilər. Çayın töküldüyü yerə isə mənsəb deyilir. Mənbə mənsəbdən həmişə hündürdə olur. Bulaq və buzlaqdan başqa bütün su hövzələri mənsəb ola bilər. Mənsəbinə görə çaylar 3 qrupa bölünür:
1. Mənsəbdə delta yaradan çaylar. Çay aşağı axarda sürətini zəiflədir. Suyun gətirdiyi çöküntülər mənsəbdə yığılaraq xırda adalara çevrilir və çay xırda qollara ayrılır: Nil, Lena, Volqa, Missisipi, Kür və s. Dünyada ən böyük delta 3 çayın – Qanq, Braxmaputra və Meqxinqin deltalarının birləşməsindən yaranır.
2. Mənsəbdə delta yaratmayan çaylar (estuari, ob, quba və s. yarana bilər). Mənsəbdən əks istiqamətdə (çay yuxarı) daralan, dərin, sahilləri dik olan çay mənsəbləri estuari adlanır. Dünyanın ən iri estuarisi Ob çayının mənsəbidir. Amazon, Yenisey, Parana, Müqəddəs Lavrenti, Zambezi , San-Fransisko, Konqo kimi çaylarının mənsəblərində də estuari yaranır. Mənsəbdə delta yaranmamasının 3 səbəbi ola bilər:
a) Çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi böyük olduqda, çay sürətlə axır və gətirdiyi materialları mənsəbdə çökdürə bilməyərək birbaşa okeana axıdır.
b) Bəzi düzənlik çaylarında axın zəif olsa da, delta yaranmır. Çünki mənsəbdə güclü qabarma olduqda, okeandakı su çay yatağına soxularaq mənsəbi toplanan süxurlardan daim təmizləyir.
c) mənsəbdə güclü okean cərəyanı olduqda, onlar çayların mənsəbinə daxil olaraq buranı süxurlardan təmizləyir.
3. Mənsəbi olmayan (kor) çaylar. Mənsəbdə su keçirən süxurlar olduqda, və ya güclü buxarlanma olduqda çay «itir». Belə çaylara krik çaylar deyilir və əsasən Avstraliyada yayılıb.
Çayın mənbəyindən mənsəbinə doğru uzanmış çökəkliyə çay dərəsi deyilir. Orta və aşağı axınlarda çay dərəsi bəzən genişlənərək çay vadisinə çevrilir. Çay dərəsində suyun daimi axdığı dərinliyə çay yatağı (məcrası) deyilir. Çay yatağı çayların dağıdıcı fəaliyyəti olan çay eroziyası nəticəsində yaranır. Düzənlik çaylarında mənbə mənsəbdən az hündürdə olduğundan çay sakit axır. Nəticədə çay yatağı eninə genişlənərək terraslar (pilləvari dərələr) yaradır. Dağ çaylarında isə mənbə mənsəbdən çox hündürdə olduğundan çay sürətlə axır. Nəticədə çay yatağı dərininə genişlənərək kanyonlar yaradır. Məsələn: Kolumbiya və Kolarada çaylarında. Eroziya nəticəsində çayın axarına gətirlib çökdürülmüş süxurlara allüvi deyilir. Beləliklə çay dərələrinin müxtəlif formalarının yaranması - relyef və iqlim şəraitindən, süxurların tərkibindən asılıdır.

Dünyanın ən böyük çayları
Çay öz yatağını eroziya bazisinə qədər yuya və dərinləşdirə bilər. Eroziya bazisi - çayın ən alçaq yeri olub. dənizə, gölə və başqa çaya töküldüyü yerə deyilir. Eroziya bazisinin enməsi çayın sürətinin artmasına və dərinlik eroziyasının güclənməsinə səbəb olur. Eroziya bazisinin qalxması çayın sürətinin azalmasına və yan eroziyanın güclənməsinə səbəb olur. Nəticədə çay dərəsi genişlənir və meandrlar (çay yatagında olan əyriliklər) əmələ gəlir.
Çayın sağ və sol qolları olur. Çayın axını istiqamətində hərəkət edilsə, ona sağ tərəfdən tökülən qollar sağ, sol tərəfdən tökülən qollar sol qollar olacaq. Cay qolları ilə birlikdə çay sistemi əmələ gətirir.
Müəyyən ərazi daxilində çay və onun qollarının uzunluqları cəmi çay şəbəkəsi adlanır. Çay şəbəkəsinin sıxlığı ərazinin iqlimindən (rütubətdən), relyefdən (meylliliyin çoxluğundan), süxurların tərkibindən, buxarlanmadan asılıdır. Çay şəbəkəsinin sıxlığı, əsas çayla onun qollarının uzunluqları cəminin əraziyə olan nisbətidir.
Çay şəbəkəsi ekvatorial, subekvatorial və mülayim iqlim qurşaqlarında daha sıx: tropik, subarktik, arktik iqlim qurşaqlarında isə çox seyrəkdir. Rusiya, Braziliya, Konqo çox sıx çay şəbəkəsinə malik olan ölkələrdir.
Çayın qolları ilə birlikdə əmələ gətirdiyi su toplayıcı sahəyə çay hövzəsi deyilir. Ən iri hövzə Amazon çayına mənsubdur (7 mln. km2). Ən bol sulu çay hövzələri ekvatorial və subekvatorial iqlim qurşaqlarında yerləşir. Çay hövzələri bir-birindən su ayrıcılar (sıra dağlar) vasitəsi ilə ayrılır. Bəzən aşınma nəticəsində su ayrıcı yuyularaq, 2 çay sistemi birləşir. Bu proses çayların bifurkassiyasi adlanır.
Çay dərəsinin daşqın zamanı su ilə örtülən hissəsinə subasar deyilir. Subasarın sahəsi çayın rejimindən, su sərfindən, meyllikdən asılıdır. Çayın sürəti isə relyefdən asılıdır.

Yüksəklik fərqinə görə çay axınları 3 hissəyə ayrılır:
1. Yuxarı axında çay dağlıq ərazidən axdığından meylliyi, düşməsi və sürəti çox, dərələri dar, yamacları dik, sıldırım, dib eroziyasi intensiv olur. Bu hissədə astana və şəlalələr çoxdur.
2. Orta axında çay dərələri genişlənir, çoxlu qolların birləşməsi nəticəsində çayın suyu artır. Çayların dağıdıcı fəaliyyəti çox olur.
3. Aşağı axında çaylar düzənliyə çıxır. Bu zaman çayın meylliyi, düşməsi və axın sürəti azalır, yan eroziya gücləndiyindən çay dərəsi genişlənir. Düzən çaylarında meandr və axmaz göllər yaranır. Bu cür proses Kür, Volqa kimi düzən çaylarında sürətlə gedir. Allüvial mənşəli çökmə süxurların təsiri nəticəsində düzən çaylarda delta və gətirmə konusları yaranır. Gətirmə konusları dağ çaylarının düzənliyə çıxdığı yerdə, delta isə çayların mənsəbində formalaşır.


Çay hündür qayalardan aşağı tökülərək şəlalə əmələ gətirir. Şəlalələrin yaranması üçün bərk süxurların səthə çıxması vacib şərtdir. Dünyada ən hündür şəlalə Anhel (1054 m) Cənubi Amerikada yerləşir. Ən enli və nəhəng şəlalələr isə Afrikadakı Viktoriya və Şimali Amerikadakı Niaqara şəlalələridir.
Çayın dibindəki bərk su keçirməyən süxurlar çay yatağının qarşısını kəsərək astana yaradır. Bu gəmilər üçün təhlükəli olduğundan çayda bənd tikməklə çayın səviyyəsi bir neçə metr qaldırılır. Şərqi Afrika və Braziliya yaylaları astana və şəlalələrlə zəngindir. Qidalanmasına görə çaylar 3 qrupa bölünür:
1. Mənbəyini yüksək dağlıq ərazilərdən götürən çaylar qar və buzlaqlarla qidalanır. Məsələn: Amudərya, Sırdərya, Samur və s.
2. Mənbəyi ekvatora yaxın ərazilərdə olan çayların bir çoxu yağışla qidalanır: Parana, Orinoko, Konqo, Amazon, Cənub-Şərqi Asiyanın və subekvatorial qurşağın çayları da yayda yağan bol yağış suları ilə qidalanır: Amur, Yansızı, Xuanxe, Hind, Qanq.
3. Yeraltı sularla qidalanan çaylar ilboyu eyni səviyyədə olur. Çünki mənbəyini bulaqdan götürür.
Əslində bütün çaylar qarışıq qidalanır. Belə ki, düzənlik çayları qışda yeraltı sular, yazda qar suları, yayda isə yağış suları ilə qidalanır. Dağ çaylarının qidası isə əsasən dağlardakı qar və buzlaqların əriməsindən yaranan sulardır. Lakin çayda suyun səviyyəsinin kəskin artmasına səbəb olan mənbə onun əsas qidası sayılır. Hansı qida mənbəyinin üstünlük təşkil etməsini müəyyənləşdirmək üçün çay axımının hidroqrafı qurulur.
Çayların su səviyyəsinin, sululuğunun sürətinin zamana görə dəyişməsinə çayın su rejimi deyilir. Rejiminə görə çaylar aşağıdakı qruplara ayrılır:
1. Yazda daşan - yağış və qarla qidalanan çaylar;
2. Yayda daşan – buzlaqla, subekvatorial və musson iqlim ərazilərindəki çaylar;
3. Qəfil daşan - yağışla qidalanan çaylar;
4. Səviyyəsi dəyişməyən - yeraltı su, bataqlıq, göllə qidalanan və ekvatorial qurşaqdakı çaylar.
Daşqın qısa müddətli leysan yağışları və qışda havalar mülayimləşdikdə şiddətli qar əriməsi zamanı suyun səviyyəsinin artması və tez də azalmasıdır. Daşqın zamanı su ilə birgə bərk material - sülb axını gəlir. Süxurların yuyulması güclənərsə sel yaranır. Çayların üzərində su anbarı tikməklə çay tənzimlənir. Daşqın və selin qarşısı alınır. Axımı tənzimlənən çaylara Kür, Araz, Volqa, Kolumbiya və s. çaylar aiddir.
Çayın düşməsi - mənbə ilə mənsəb arasında olan hündürlük fərqinə deyilir.
Çayın meylliyi - çayın düşməsinin çayın uzunluğuna olan nisbətidir. Çayın orta meylliyi relyefi əks etdirir, süxurların tərkibini göstərir. Çayın orta meylliyi böyük olduqda, bu çayın yüksək axın sürətinə və dib eroziyasının intensiv inkişafına səbəb olur.
Çayın su sərfi - 1 saniyədə çayın en kəsiyindən keçən suyun həcminə deyilir və Q=W * V m3/san. ilə ifadə olunur (Q-su sərfi, W- en kəsiyi , V-sürəti). Çayın su sərfi qidalanmadan asılıdır və daşqın zamanı daha çox olur. O, suyun səviyyəsini, sürətini, daşınmaq qabiliyyətini göstərir. Ekvatorial ərazidə, məsələn: Mərkəzi Afrikadakı çaylarda su sərfi ilboyu çox az, qalan ərazilərdə isə çox dəyişir.
Çayın il ərzində axıtdığı suyun həcmi illik axım adlanır. Axımın miqdarı ilk növbədə iqlimdən asılıdır. Axımın miqdarına həm də geoloji quruluş, relyef, torpaq və bitki örtüyü də təsir edir. Çayın yaranması üçün ilk növbədə su keçirməyən süxur, meylli ərazi və yağıntı tələb olunur. Çay öz ərazisinin rütubətlik əmsalını göstərir. Dünyanın ən iri çayları ekvatorial, subekvatorial və mülayim qurşaqdadır.
Uzunluğuna görə – Nil, Amazon, Missisipi.
Suyun bolluluğuna görə Amazon, Konqo, Qanq, Missisipi, Yansizi. Dünya çayları 5 hövzəyə aiddir:
1. Sakit okean hövzəsi – Amur, Xuanxe, Yansızı, Mekonq (Asiyada), Kolorado, Kolumbiya, Yukon (Şimali Amerikada):
2. Atlantik okeanı hövzəsi - Konqo, Narıncı, Niger, Nil, Seneqal (Afrikada), Missisipi, Reo-Qrande, Müqəddəs Lavrenti (Şimali Amerikada), Dunay, Dnepr, Don, Dnestr, Reyn, Qərbi Dvina, Sena, Elba. Visla, Oder, Neva (Avropada), Çorox, Məndərəs, Ceyhan (Asiyada), Amazon, Orinoko, Parana (Cənubi Amerikada):
3. Hind okeanı hövzəsi - Zambezi, Limpopo (Afrikada), Murrey (Avstraliyada), lravadi, Qanq, Hind, Dəclə, Fərat, Brahmaputra (Asiyada);
4. Şimal Buzlu okeanı hövzəsi – Ob, Yenisey, Lena, Indigirka (Asiyada), Peçora, Şimali Dvina (Avropada), Makkenzi, Nelson (Şimali Amerikada);
5. Daxili axarsız hövzə – Afrika, Avrasiya və Avstraliyada geniş sahə tutur. Avstraliyada Eyrikrik (Eyr gölünə), Avropada Volqa, Ural (Xəzərə), Asiyada – Emba, Kür, Atrek, Samur, Terek (Xəzərə), Amudərya, Sırdərya (Arala).

Çayların əhəmiyyəti - şirin su və elektrik enerjisi mənbəyidir; gəmiçilikdə, balıqçılıqda, suvarmada geniş istifadə olunur. Bəzi çaylar suvarmada istifadə olunmurlar. Bunun 2 səbəbi ola bilər:
1. Axdığı ərazidə ifrat rütubətlənmə olduğundan - Amazon, Konqo və s.:
2. Əkinçilik üçün yararsız sərt soyuq iqlim şəraitində yerləşdiyindən - Makkenzi, Peçoro, Lena, Yenisey və Şimal Buzlu okean hövzəsinə aid olan digər çaylar.

1.

Еkvаtоriаl

Yаğış

İlbоyu

Аmаzоn, Kоnqо

2.

Subеkvаtоriаl və mussоn

Yаğış

Yаy

Sеnеqаl, Nigеr, Şаri, Nil, Zаmbеzi, Оkаvаnqо, Qаnq, Brахmаputrа, İrаvаdi, Sаluin, Mеkоnq, Yаnszı, Хuаnхе, Аmur, Pаrаnа, Оrinоkо

3.

Trоpik

Yаğış, yеrаltı

Yаydа dаşqınlı

Dаrlinq, Kupеrs-Krik, Dаyаmаntinа,
Bəхr-əl-Qəzəl

4.

Subtrоpik

Yаğış, qаr

Yаz

Tахо, Еbrо, Pо, Kızıl-Irmаk, Dəclə, Fərаt, Kür, Аrаz, Sırdəryа, Аmudəryа, Tаrim, İli, Hind, Kоlоrаdо,
Riо-Qrаndе, Murrеy

5.

Dəniz mülаyim və mülаyim  kоntinеntаl

Yаğış, qаr

Yаz

Tеmzа, Sеnа, Rеyn, Оdrа, Vislа,
Qərbi Dvinа, Dunаy, Dnеpr, Dоn, Vоlqа, Kаmа, Urаl, Kоlumbiyа, Müqəddəs Lаvrеnti

6.

Kоntinеntаl mülаyim və subаrktik

Qаr, yаğış

Yаz-yаy

Şimаli Dvinа, Pеçоrа, Оb, İrtış, Yеnisеy, Аnqаrа, Lеnа, Kоlımа, Yukоn, Mаkkеnzi, Аtаbаskа, Sаskаçеvаn, Nеlsоn

Qеyd: Missisipi çаyının sоl qоllаrı (Оhаyо, Tеnnеsi) mussоn rеjimli, sаğ qоllаrı isə (Missuri, Аrkаnzаs) subtrоpik və mülаyim kоntinеntаl rеjimli оlduqlаrı üçün sistеmin əsаs çаyındа bоlsululuq yаz-yаy  аylаrınа düşür.

ÇАYLАRIN MАTЕRİKLƏRƏ VƏ ОKЕАN HÖVZƏLƏRİNƏ GÖRƏ TƏSNİFАTI

АVRАSİYА

Аtlаntik оkеаnı

Hind оkеаnı

Sаkit оkеаnı

Şimаl Buzlu оkеаnı

Dахili hövzə

Pо, Tахо, Еbrо, Sеnа, Tеmzа, Rеyn, Оdrа, Vislа, Qərbi Dvinа, Dunаy, Dnеpr, Dоn, Kızıl-Irmаk

Dəclə, Fərаt,
Hind, Qаnq, Brахmаputrа, İrаvаdi, Sаluin

Mеkоnq, Yаnszı, Хuаnхе, Аmur

Şimаli Dvinа, Pеçоrа, Оb, Yеnisеy, Lеnа, Kоlımа

Vоlqа, Urаl, Еmbа, Kür, Tеrеk, Аtrеk, Аmudəryа, Sırdəryа, İli, Tаrim

 

АFRİKА

Аtlаntik оkеаnı

Hind оkеаnı

Dахili hövzə

Nil, Sеnеqаl, Nigеr, Kоnqо, Nаrıncı

Zаmbеzi, Limpоpо

Şаri, Оkаvаnqо

 

ŞİMАLİ АMЕRİKА

Аtlаntik оkеаnı

Sаkit оkеаnı

Şimаl Buzlu оkеаnı

Dахili hövzə

Riо-Qrаndе, Missisipi, Müqəddəs Lаvrеnti

Yukоn, Kоlumbiyа, Kоlоrаdо

Mаkkеnzi, Nеlsоn

Əhəmiyyətli çаy yохdur

 

CƏNUBİ АMЕRİKА

Аtlаntik оkеаnı

Sаkit оkеаnı

Dахili hövzə

Аmаzоn, Pаrаnа, Оrinоkо

Əhəmiyyətli çаy yохdur

Əhəmiyyətli çаy yохdur

 

АVSTRАLİYА

Hind оkеаnı

Sаkit оkеаnı

Dахili hövzə

Murrеy, Dаrlinq

Əhəmiyyətli çаy yохdur

Kupеrs-Krik, Dаyаmаntinа

Cədvəllər coğrafiya müəllimi Yaşar Seyidəliyev tərəfindən hazırlanıb- http://yasharaz.narod.ru

 

 
 

5 şərh

Ferbara
Yaxşı ki, Kür dünyanın ən böyük çaylarından biri deyil. Yoxsa bütün Azərbaycan su altında qalardı.
Magicboy
Kür onsuzda Azərbaycanın ucqar qərbindən ucqar şərqinə kimi olan ərazilərdən keçir. Dünyanın ən böyük çay olmağının bura dəxli nədir? Bəlkə izah edəsiz məntiqinizi. Kür lap Amazon da olsa, yenə Azərbaycan su altında qalmaz...
Ferbara
Mən bu sözümü indiki daşqına görə dedim. Yəni böyük çay olsaydı, indiki daşqın Azərbaycanı basardı.
Natali
tskler cox aydin bir metndir.
Zahid_GDMLI
Bizim vaxtımızda belə cədvəllər yox idi yoxsa daha çox bal yiğardim :), belə daha asan yadda qalir.