Attila
Hunlar Avropada III-IV əsrlərdə göründülər. Əvvəlcə alan tayfalarını əzdilər. Sonra qasırğa kimi Donla Dunay arasındakı qot qəbilələrini pərən-pərən saldılar. Hun sərkərdələrindən Uludin Bosfor çarlığını da istila edib nəhayət, 400-cü ildə Şərqi Roma imperiyasının magistri Qaynanı Dunay ətrafındakı döyüşdə əsir edib başını vurdurdu. O, imperiyanın bu ən böyük sərkərdəsinin kəlləsini duzlu suya saldırıb imperator Arkadiyə göndərdi.
V əsrdə Hunların qüdrəti elə bir həddə çatmışdı ki, at belində doğulub ox və qılınc sədaları altında yaşa dolan igidlər böyüyüb cəsurluğun və qəhrəmanlığın elə bir həddinə çatmışdılar ki, hər biri ayrılıqda böyük bir orduya sərkərdəlik edə bilərdi. Dünyaya hələ elə bir insan övladı gəlməmişdi ki, bu sərkərdələr ordusunu öz dəmir iradəsi altında birləşdirib hələ alınmamış ölkələr və qitələr üstünə aparsın.
Ardı →