Bağırsaqların normal mikroflorası

İnsanın daxilində milyonlarla mikroskopik canlılar yaşayır — bakteriayalar, göbələklər, viruslar və s. Bu canlıların bir hissəsi bizim üçün təhlükəli ola bilər, digərləri isə, əksinə, çox xeyirlidir.

Bağırsaqların normal sağlam mikroflorası insanın səhhətində böyük rol oynayır. Normal sağlam mikroflora dedikdə, biz, əsasən, lakto- və bifidobakteriyaları nəzərdə tuturuq. Bunların digər adı «probiotiklər»dir.

Probiotiklər bizim orqanizmdə çox vacib funksiyaları yerinə yetirir:

— bağırsaqları müxtəlif zərərli mikroblardan, infeksiyalarda, allergenlərdən qoruyur,

— həzm posesində iştirak edir, bağırsaqların peristaltikasını (hərəkətlilik) stimullaşdırır,

— bəzi vitaminləri sintez edir — K vitamini, B qrupu vitaminləri, fol, nikotin, askorbin turşusları, tiamin, biotin və s.

— bəzi fermentlərin, bioloji aktiv maddələrin, hormonların sintezində iştirak edir,

— mikroelementlərin və vitaminlərin daha yaxşı mənimsənilməsinə kömək edir.

Beləliklə, bağırsaqların normal mikroflorası orqanizmimiz üşün həyatı vacibdir. Məhz bu səbəbdən həkimlər normal mikrofloranı orqanizmin ən mühüm sistemlərdən biri kimi qəbul edirlər.

Lakin bağırsaq mikroflorası çox zəif bir sistemdir və istənilən mənfi faktorlar onun normal fəaliyyətini poza bilər. Bunun nəticəsində isə insanın müxtəlif sistemlərində (immun, həzm sistemləri) pozulmalar baş verir, avitaminoz inkişaf edir.

Bu mənfi faktorların arasında:

— stress,
— düzgün olmayan qidalanma (xüsusilə rasionda karbohidratların — şəkər, ağ çörək, müxtəlif şirniyyatlar, tort, bulka və s. — miqdarı lazım olandan çox olduqda), keyfiyyətsiz qidaların qəbulu, fast-fud və s.
— antibakterial preparatların qəbulu,
— azhərəkətli həyat tərzi,
— xroniki qəbizlik və s.

Bağırsaqların normal mikroflorasını saxlamaq istəyən insan gündəlik qida rasionuna süd məhsulları (kefir, qatıq, asidofilin, «diri» yoqurtlar və s.) daxil etməlidir. Bundan əlavə bağırsaq mikrofloranı tərkibində pektin olan məhsullar da yaxşılaşdırır. Bu məhsulların arasında — çuğundur, alma, kələm, müxtəlif yarmalar (xüsusilə yulaf yarması)

saglamolun.az

 

0 şərh