Bağırsaqlar üçün faydalı 5 məhsul

İnsanın ümumi sağlamlığında bağırsaqların sağlamlığı böyük rol oynayır. Bağırsaqlarda orqanizmə daxil olan qidalı maddələrin sovrulması prosesi baş verir. Orqanizmin normal fəaliyyəti üçün ona çoxlu sayda müxtəlif maddələr lazımdır — zülallar, karbohidratlar, vitaminlər, minerallar və s. Bu maddələrin çatışmamazlığı bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir.

Buğda kəpəyi
Bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.

Çuğundur
Bu tərəvəz bağırsaqlar üçün ən faydalı sayılır. Bərk qidalı liflərlə zəngin olan çuğundur bağırsaqları təmizləyır, disbakteriozu müalicə etməyə kömək edir.

Qoz
Yeni elmi araşdırmalar göstərib ki, qoz düz bağırsağın xərçəng xəstəliyinin riskini azaldır.

Kefir
Bu məhsul bağırsaqlarda çürümə proseslərini azaldır, mikrofloranın bərpasına kömək edir.

Bal
Güclü iltihab və mikrob əleyhinə, yarasağaldan təsirə malik olan bal bağırsaqların selikli qişasına müsbət təsir edir.
 

0 şərh