Qəbilə quruluşu

Qida aldə etmək, ümumi ocaq, birgə əmək, rabitəli nitq və yırtıcı heyvanlardan qorunmaq qədim insanları bir-birinə yaxinlaşdirırdı. "Ağıllıi insan "ların meydana gəlməsi ilə insan dəstələri daimi kollektivlərə çevrildi və qəbilə yarandı. Qəbilə birlikdə yaşayan və işləyən əmlakı ümumi olan qohumlar kollektivi idi.
Qəbilədə müxtəlif iş bölgüləri var idi:
Kişilər: ov edir, balıq tutur, gənclərə ovçuluq öyrədir və əmək alətləri hazır-layırdırlar.
Qadinlar: odu qoruyub saxlayır, dəridən paltar tikir, meyvə və bitki kökü yıgır, uşaqların qayğısına qalır və yemək hazırlayırdılar.
Ağsaqqallar: Qəbilənin idarəsinə, qidanın əldə edilməsinə, bölüşdürülməsi-nə və gənclərə ovçuluğun öyrədilməsinə nəzarət edirdilər.
Bir necə qohum qəbilə tayfanı təşkil edirdi. Tayfa uzvləri eyni dildə damşır və ümumi adətlərə malik idilər. Tayfada muhum məsələlər yiğın-caqda həll olunurdu. Tayfa ağsaqqallar tərəfindən idarə olunurdu.

Ağsaqqallar:

  • Qəbilələr üçün yaşayıs qayda - qanunlanrıı müəyyən edirdilər
  • Ov yerlərini qəbilələr arasında bölüş-dürürdülər
  • Qəbilələr arasında otlaq və əkin yer­lərini müəyyənləşdirirdilər
  • Qəbilə uzvləri arasındakı mübahisəli məsələləri həll edirdilər
  • Mühum məsələləri yığıncaqda həll edirdilər

Din

Ibtidai insanların təsərrüfat hayatı ilə baglı olaraq, onların dini görüşləri formalaşırdı. Qədim insanlar ağacdan və daşdan bütlər düzəldərək on-lara sitayiş edirdilər. İbtidai icma quruluşunun sonlarında qədim insanların ibtidai dini təsəvvürlərində müəyyən dəyişiklik baş verdi. Bu dəyişikliklər dəfn adətləri və qəbir abidələrində özünü göstərirdi. İbtidai icma quruluşunda asağıdakı dəfn adətləri və qəbir abidəlari mövcud olmuşdur:

  • inqumasiya (ölülərin olduğu kimi dəfn olunması)
  • Kremasiya (ölülərin yandırılaraq qəbrə qoyulması)
  • Kurqan (torpaq təpə)
  • Daş qutu (dörd tərəfi və üzəri sal daşlardan ibarət olan qəbir)
  • Katakomba (quyu qazılır, onun divarında qəbir oyuqlarına ölü qoyulurdu)

 

0 şərh