Səndədir qəzəli

Səndədir

Ey özündən bixəbər, gəl haqqı tanı, səndədir,
Gəl vicdan şəhrinə seyr et, gör anı səndədir.

Qandadır deyü nə sərgərdan gəzərsən zənn ilən,
Gəzməgil hər mənzili çün can məkanı səndədir.

Mən nə vəch ilən deyəm haqqı ki, səndən ayrıdır,
Çün gözümlə görmüşəm haqqın nişanı səndədir.

Bülbüli-qüdsi isən ayrı gülüstan gözləmə,
Seyrə çıx, ruhul-əminin gülüstanı səndədir.

Yeddi müshəfdir yüzün, iştə qiraətlən tamam,
Alim ol ol səbadan, çün səbagani səndədir.

Sürətü nitqin kəlami-layəzali ta əbəd,
Xalqa təfsir eylə çün şəhru bəyanı səndədir.

Ey Nəsimi, məntiqut-teyrin bəyanın eylə kim,
Bilələr simurği-Qafın aşiyanı səndədir.


Kitab: İmadəddin Nəsimi

Mən bu cahana sığmazam.
 

3 şərh

Berdan

Nəsimini görmək mənə qismət olsaydi bunu deyərdim


Qeleminlə məni sindirma icazə ver bir misra urək parcamdan sənin süfrene qoyum

Arzt
Nəsimi bu təklifinə soyuq baxmazdı.
Berdan

Baxrdi mən kiməm ki onun süfrəsinə ürək parçamı qoyum


Mən onun uçün başımı qoyardım yeri gəlsə