Рейтинг
+21.39

İmmun sistemi

34 üzv, 47 topik

Bədəni təbii yollarla nəmləndirən 4 ərzaq

Alma
Alma bir çox detoksun tərkibində istifadə olunan ləzzətli meyvədir. Dərini nəmləndirmə baxımından mükəmməl olduğunu bilirsinizmi? Alma, dəridəki ölü hüceyrələrdən xilas olmağa kömək edəcək. Tərkibində 80%-su olduğu üçün nəmləndirməni təmin edir.

Gilas
Gilasın tünd qırmızı rəngi, tərkibindəki vitamin, mineralların göstəricisidir. Xərçəng kimi xəstəliklərin qarşısını alır və yaşlanmanı yavaşladır. Gilas, qaraciyərdə A vitamininə çevrilən kimyəvi maddə olan beta-karoten baxımından zəngindir. A vitamini, dərini sağlam saxlayan vitaminlə zəngindir.


Davamı →

Allergik uşaqlara bu qidaları vermək olmaz!

Son illər allergiyalı uşaqların sayı həddindən artıq çoxalıb. Bu isə onlarda bir çox narahatlıqlara və problemlərə səbəb olur. Xüsusilə də allergik uşaqların qidalanması zamanı valideynlər onları necə qidalandıracaqları ilə bağlı çətinlik çəkirlər. Bəs bu cür uşaqların menyusu necə təşkil olunmalıdır ki, hansısa allergik reaksiyaya səbəb olmasın?
Pediatr Günay Rəsulova bununla bağlı xüsusi menyu hazırlayıb.

Davamı →

QİÇS nədir

Bütün dünyanı narahat edən problem “SPİD” adlanır ki, bu dəhşətli xəstəliyin törənməsinə səbəb virusdur. AİDS isə xəstəliyin beynəlxalq işarəsidir.
Bu növ immun çatışmazlığı ilə müxtəlif yaş dövründə olan insanlar ya xəstəliklərin sonrakı nəticəsindən, yaxud bəzi müalicə üsullarının təsirindən sonra xəstələnirlər. QİÇS virusunun yaratdığı infeksiya uzunmüddətli gedişə malik olub, müxtəlif mərhələlərdən ibarətdir.
Davamı →

Normadan artıq şəkər istehlakının immun sisteminə mənfi təsiri

Qış – yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün düzgün, balanslı şəkildə qidalanmaq lazımdır.
Həddindən artıq şəkər istehlakı da immun sistemimizi zəiflədən faktordandır. Şəkərli içkilər, tortlar, kekslər, şirin unlu qidalar orqanizm üçün müvəqqəti enerjivermə qabiliyyətinə malikdir. Tez-tez bu məhsullarla qidalanan insanlarda C vitaminin miqdarı azalır. Nəticədə də leykositlər bədənə daxil olan bakteriya və virusların sadəcə 50 faizini təsirsiz hala gətirə bilir.
Davamı →

Qanazlığında qidalanma

Qanazlığı, anemiya, dəmir defisitli anemiya xəstədə diaqnoz olunduqdan sonra uyğun qidalanma rejiminə keçmək lazımdır. Bəzən menyunu həkim tərtib edir, bəzənsə bu iş xəstənin öhdəsində qalır.
Qanazlığında faydalı, lazımlı qidaların, qadağan olunmalı ərzaqların siyahısını və real menyu nümunəsini təqdim edir. Bunu uşaqıar və böyüklər üçün tətbiq edə bilərsiz.
Davamı →

İmmuniteti zəiflədən amillər

Dünya koronovirusun cənginə keçib. İndi insanlar sağlamlıqlarını qorumaq üçün müxtəlif üsullardan istifadə edirlər. Orqanizmin güclü immun sistemi insanın mikroblara, viruslara, xəstəliklərə yoluxmasında qoruyucu funksiya daşıyır. Buna görə də immun sistemin normal səviyyədə olması sağlamlıq üçün ən vacib şərtlərdəndir. Ancaq bəzi amillər var ki, onlar immunitetin zəifləməsinə səbəb olur.
Bu amillər hansılardır?

Davamı →

Qadınlarda insan papilloması virusu

PV (insan papilloması  virusu, papillomavirus, HPV) – cinsi yolla ötürülən ən geniş yayılmış infeksiyalardan biridir. İPV-nun əsas təhlükəsi bundadır ki, orqanizmdə uzun müddət olduqda, bu virusun bəzi tipləri xərçəngə səbəb ola bilir.İPV herpes virusundan və İİÇV-dan fərqli bir şeydir.Bütün bu infeksiyalar virus infeksiyaları olsa da və müdafiə olunmamış seks zamanı ötürülsə də, onlar müxtəlif simptomlara və müxtəlif nəticələrə səbəb olur.

Davamı →

İmmun sistemini möhkəmləndirmək üçün

Alman diyetoloq Eva-Mariya Fom Brux «Focu.de» portalına immun sistemini gücləndirən ideal məhsullar barədə danışıb.
İspanaq. A vitamini ilə zəngin olan bu məhsul viruslardan qorunmada vacib rol oynayan selikli qişaların sağlamlığını dəstəkləyir. Məhsulun tərkibində, həmçinin çox miqdarda dəmir var. Dəmir çatışmazlığı immun sisteminin zəifləməsinə gətirib çıxarır. 
Davamı →

İmmunitet harada yerləşir

Bir sıra reklamlardan biz belə bir məlumat eşidirik: "İnsan immunitetinin böyük bir hissəsi bağırsaqlarda yerləşmişdir". Həqiqətən bu belədirmi və bu sözlərin mənası nədən ibarətdir?
Məlumat üçün bildirmək istəyirik ki, insanın bağırsaqları özünün əsas həzmedici funksiyasından savayı, onun immunitetinin saxlanmasında da böyük rol oynayır. Burun-udlağın, bronxların selikli qişası kimi, bağırsaqların selikli qişası da çox vacib olan maneə funksiyasını da daşıyır. Nazik bağırsaqlarda yerləşmiş limfoid toxumalarının düyün şəklində olan yığınları – Peyer yığınları A və E immunoqlobulinlərin sintezində ən aktiv şəkildə iştirak edirlər.
Bağırsaqların normal mikroflorası, yəni bağırsaqlarda məskunlaşmış mikroorqanizmlər insanın sağlamlığının qorunmasında çox böyük rol oynayırlar.
Davamı →