Adenoviruslar

Adenoviruslar xarici qişası olmayan ,təqribən 70-90 nm diametrli sadə quruluşlu viruslardır.252 kapsomerdən ibarətdir. Onların 240-ı hekson formada olur, onlar virionun səthində tillər əmələ gətirir. Kapsomerlərin12-si penton formada olur, virionun səthində vertikallar  əmələ gətirən bu pentonlardan xaricə doğru fibrillər uzanır.Adenovirusların genomu struktur  və qeyri-struktur zülalları kodlaşdıran xətti ikisaplı DNT molekulundan ibarət olub, zülallarla birləşərək virusun özək hissəsini əmələ gətirir. Hekson və penton  kapsomerləri virionun əsas səthi zülalları təşkil edir.  Bu zülallardaqrup və tip spesifikliyinə malik antigenlər vardır.Penton kapomerləri və onlardan uzanan fibrllər antigen cəhətdən müxtəlifdir. Hemaqqlütinin xassəsinə malik olan fibrillər tip spesifikliyinə malikdir, onların əsasında adenoviruslar serotiplərə bölünür.
Virusların ilk reproduksiyası tənəffüs yollarının ,konyuktivanın,bağırsaqların selikli qişalarında və regional limfa vəzlərinin  limfoid toxumasında baş verir və adətən onların hüdudlarından kənara çıxmır. C qrupundan olan adenoviruslar ilkin yoluxmadan sonra adenoidlərdə və udlaq badamcıqlarında  illərlə persistensiya edir.Bəzi adenoviruslar  fekal-oral yoluxmadan sonra  bağırsaq  epitelində replikasiya  olunaraq nəcislə aylarla ifraz olunur, lakin daha çox subklinik infeksiyalar törədir.
Həssas hüceyrələrin zədələnmə xarakterinə görə infeksiyanın produktiv, abortiv və persistensiyalı  tipləri ayırd edilir. Produktiv infeksiya virion populayasiyasının  azad olunması  və sahib hüceyrələrin ölümü ilə müşaiyət olunur. Abortiv infeksiya zəif həssaslığa malik hüceyrələrin yoluxması hallarında müşahidə edilir, bu zaman  virionların hüceyrədən çıxması  ümumiyətlə müşahidə olunmur. Virusun reprodiksiya sürətini  zəifləməsi  zamanı persistensiyalı infeksiya müşahidə olunur. Belə infeksiya xroniki və simptomsuz gedişə malik olur.

Xəstəliyin klinik formasından asılı olaraq müayinə materialı kimi burun – udlaq, əsnək, konyuktiva ifrazatı, nəcis və sidik götürülə bilər. Adenovirusları insan embrionu böyrək epiteli kulturalarında əldə etmək mümkündür.Hüceyrə kulturasında virusları sitopatik təsirin xarakterinə görə induksiya etmək və  İFR, İFA, HALR, NR vasitəsilə identifikasiya etmək mümkündür. Toxuma nümunələrində, eləcə də bioloji mayelərdə adenovirusları ZPR vasitəsilə aşkar etmək olar.
Xəstələrin qan zərdabında adenovirusların qrup antigenlərinə qarşı anticisimləri KBR vasitəsilə aşkar etmək mümkündür. Xəstəliyin kəskin və rekonvalesensiya dövrlərində götürülmüş qoşa zərdablarda  anticisimlərin titrinin 4 dəfə, yaxud daha çox artması keçirilmiş xəstəliyi göstərir.Adenovirus infeksiyalarının spesifik müalicəsi yoxdur, simptomatik müalicə aparılır.

Adenovirus infeksiyalarının  qeyri-spesifik profilakikası  şəxsi gigyena qaydalarına riayət etmək ( əllərin diqqətlə yuyulması, fərdi dəsmallardan istifadə və s.). Əşyaların dezinfeksiyası üçün kalium hipoxlorit tətbiq edilə bilər. Üzgüçülük hovuzlarının suyu xlorlaşdırılır.Adenovirusların 4 və 7-ci tiplərindən  hazırlanmış peroral vaksin ABŞ-da 1971-ci ildən başlayaraq tətbiq edilmişdir. Vaksinasiyadan sonra viruslar bağırsaq epitelində çoxalmaqla virusneytrallaşdırıcı anticisimlər induksiya edir. Yüksək effektə malik olan bu vaksinin  istehsalı adenovirusların onkogenlik xassələrinə görə 1999-cu ildən etibarən dayandırılmışdır.
 

0 şərh