İnformatikanin təməlləri

1) Kompyuterin normal işləməsi üçün hansı cihazlar olmalıdır?

A) Printer və klaviatura

B) Monitor, klaviatura və siçan

C) Monitor və klaviatura

D) Sistem bloku, printer və klaviatura

E) Sistemə giriş, informasiyanın yenilənməsi, informasiyanın qorunması və onun çıxarılması üçün lazım olan cihazlar

 

2) İnformasiya miqdarının vahidi nədir?

A) Meqahers

B) Bit

C) Müəyyən vaxt anında aparılan operasiya miqdarı

D) Dyuym

E) Amper

 

3) Hansı personal kompyuter sistemlərini tanıyırsınız?

A) Microsoft Word

B) Norton

C) Lexicon

D) İnternet

E) Microsoft Windows

 

4) Personal kompyuterdə informasiyanın saxlanması hansı vasitələrlə həyata keçirilir?

A) İnformasiya monitorda saxlanılır

B) İnformasiya siçan köməyi ilə saxlanılır

C) İnformasiya printerdə çap olunub saxlanılır

D) Klaviaturanın köməyi ilə saxlanılır

E) İnformasiya bərk diskdə saxlanılır

 

5) Ancaq oxumaq yaddaşlı kompakt disk (CD ROM) hansı həcmli informasiyanı qısalmamıs şəkildə saxlaya bilər?

A) 10 Mb

B) 0.5 Mb

C) 1.44 Mb

D) 5 Mb

E) 650 Mb

 

6) Hansı cihazın köməyi ilə rentgen şəkillərinin nüsxələrini əldə etmək olar?

A) Sistem bloku

B) Matrisa printi

C) Monitor

D) Skaner

E) Lazerli printer

 

7) Alqoritm nədir?

A) Printerə olan əmr

B) Məsələnin həll olunma qaydası

C) Monitorun ekranında şəkil

D) İnformasiyanın çıxarılma cihazı

E) Kompüterdə məlumatların saxlanması

 

8) Lif-optik əlaqə xəttinin istifadəsi ilə rentgen şəklini uzaq məsafəyə göndərmək üçün nə qədər vaxt sərf olunmalıdır?

A) Bir neçə dəqiqə

B) Bir neçə saniyə

C) Bir saat

D) Bir neçə saat

E) 30 dəqiqədən çox

 

9) Televizion tibb nədir?

A) Maqnit diskə yazılmış tibbi informasiyanın vizualizasiyası

B) Virtual tibb

C) Televiziyada veriliş

D) Tibbi məlumatların nəticələrinin televiziya ekranında əks olunması

E) Tibbi məlumatların elmi və texniki aspektlərinin uzaq məsafələrə ötürülməsi

 

10) Həkim-rentgenoloqun monitorun ekranındakı şəklin ölçülərinin avtomatlı iş rejimindən istifadə edərək dəyişdirməsi mümkündürmü?

A) Nadir hallarda mümkündür

B) Avtomatlı iş rejiminə əlavə olunmuş mürəkkəb elektron avadanlıq vasitəsi ilə mümkündür

C) Mümkün deyil

D) Düzgün cavab yoxdur

E) Həmişə mümkündür

2 şərh

arslan
sualların cavablarına haradan baxmaq olar ?? 
Medikamentoz
İnformatika kitabından :)