Ümumi immunologiya 8

350) Tozcuq bronxial astmasının fəsli kəskinləşməsi zamanı hansını tətbiq etmək olmaz?

A) Etilendiamin törəmələri
B) Sadalananların hamısı
C) Adrenergik reseptorların ß-blokatorları
D) Fenotiazin cərgəsi preparatları
E) Adrenergik reseptorların ß-stimulyatorları

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486

351) Dərinin qabarıq dermoqrafizmi zamanı dəri sınaqları etmək nə dərəcədə məqsədəuyğundur?

A) Qarında etmək olar
B) Əldə qoymaq olar
C) Bazuda
D) Ümumiyyətlə etmək olmaz
E) Kürəkdə etmək olar

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418

352) Pollinozlu xəstənin dəri testini nədən başlamaq lazımdır?

A) Sadalananların heç biri
B) Prik -testdən
C) Skarifikasiyalı dəri sınağından
D) Damcılı dəri sınağından
E) Dəridaxili sınaqdan

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г, стр.419

353) Pollinozlu xəstələrə nə zaman dəridaxili sınaq qoyulur?

A) Müsbət anamnez və skarifikasiya sınağının yalançı-müsbət nəticələri olduqda
B) Müsbət anamnez və skarifikasiya sınağının mənfi nəticələri olduqda
C) Müsbət anamnez və skarifikasiya sınağının şübhəli nəticələri olduqda
D) Müsbət anamnez və skarifikasiya sınağının inandırıcı nəticələri olduqda
E) Mənfi anamnez və skarifikasiya sınağının mənfi nəticələri olduqda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.420

354) Pollinoz zamanı provakasion allergik sınaqlar nə zaman tövsiyə olunur?

A) Müsbət skarifikasiya və mənfi dəridaxili sınaqlar zamanı
B) Anamnez və dəri sınağı nəticələri üst-üstə düşmədikdə
C) Dəri sınağı nəticələrindən asılı olmadan
D) Mənfi skarifikasiya və müsbət dəridaxili sınaqlar zamanı
E) Anamnez və kliniki nəticələr dəri sınağı ilə üst-üstə düşdükdə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421

355) Provakasion konyuktival testi aparmaq nə zaman məqsədəuyğundur?

A) Qabarıq şəkildə tozcuq riniti olduqda
B) Rinokonyuktival sindrom zamanı
C) Tozcuq astması təcrid olunduğu zaman
D) Tozcuq konyuktiviti təcrid olunduğu zaman
E) Tozcuq riniti olduğu zaman

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421

356) Tozcuq allergenləri ilə provakasion konyuktival test hansı qatılıqda aparılır?

A) Allergeni 4 dəfə durulaşdırdıqda
B) Allergeni 10 dəfə durulaşdırdıqda
C) Quru tozcuqla
D) Allergeni 8 dəfə durulaşdırdıqda
E) Allergeni 2-qat durulaşdırdıqda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421

357) Provakasion nazal testləri nə zaman aparmaq məqsədəuyğundur?

A) Tozcuq astması təcrid olunduğu zaman
B) Tozcuq konyuktiviti təcrid olunduğu zaman
C) Sadalananların hamısı
D) Rinokonyuktival sindrom zamanı
E) Atrofik rinit zamanı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421

358) Tozcuq allergenləri ilə provakasion inqalyasiya testlərini aparmaq nə zaman məqsədəuyğundur?

A) Bronxial astma ilə rinokonyuktival sindrom uyğun gəldikdə
B) Tozcuq bronxial astması təcrid olunduğu zaman
C) Rinitin istənilən kliniki variantında
D) Rinokonyuktival sindrom zamanı
E) Pollinozun istənilən kliniki variantında

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421

359) Pollinoz zamanı spesifik terapiya nəyə təsir edir?

A) Patogenezin immunoloji mərhələsinə
B) Patogenezin patokimyəvi mərhələsinə
C) Sensibilizasiya dövrünə
D) Patogenezin patofizioloji mərhələsinə
E) Patogenezin patokimyəvi və patofizioloji mərhələsinə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

360) Pollinozların spesifik terapiyası necə həyata keçir?

A) Qlükokortikosteroidlərlə
B) Allergenlərin ekstraktları ilə
C) İltihabəleyhinə medikamentlərlə
D) Histaminlə
E) Antihistamin preparatlarla

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

361) Pollinozun spesifik müalicəsi zamanı bunlardan hansı yerli allergik reaksiyaya aiddir?

A) Allergik konyuktivit
B) Arterial təzyiqin qalxması
C) Arterial təzyiqin düşməsi
D) Temperaturun artması
E) Suluq və allergenin yeridildiyi yerdə eritema

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

362) Pollinozun qeyri-spesifik terapiya üsulu hansıdır?

A) Antihistamin preparatlarının təyini
B) Allergenin tamamilə eliminasiyası
C) Allergen ekstraktlarının yeridilməsi
D) Allergenin qismən eliminasiyası
E) Histamin preparatlarının təyini

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

363) Pollinozların qeyri-spesifik terapiyası nəyə yönəlmişdir?

A) Patogenezin patofizioloji mərhələsinə
B) Patogenezin patokimyəvi mərhələsinə
C) Patogenezin immunoloji mərhələsinə
D) Sensibilizasiya dövrünə
E) Patogenezin eyni zamanda bütün mərhələlərinə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

364) Qida allergiyasının inkişafına hansı endogen faktor meyilli deyildir?

A) Sadalananların heç biri
B) Həzm traktının fermentlər sisteminin çatışmazlığı
C) Tranzitor immundefisit
D) Atopiyaya irsi meyillik
E) Həzm orqanlarının xroniki xəstəlikləri

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188

365) Qida allergiyasına daha çox nə vaxt rast gəlinir?

A) Qoca yaşlarında
B) Doğulduqdan sonra ilk aylarda və illərdə
C) Ahıl yaşlarında
D) Yeniyetmə yaşlarında
E) Yetkin yaşda

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407

366) Uşaqlarda qida allergiyasının inkişafına hansı faktor meyilli deyil?

A) Mədə-bağırsaq traktının fermentlər sisteminin çatışmazlığı
B) Süni qidalanmanın artım tezliyi
C) Uzun müddət döşlə əmizdirmə
D) Sadalananların heç biri
E) Atopiyaya genetik meyillik

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407

367) Qida allergiyasının əsasında hansı immunoloji reaksiya durmur?

A) Tez tipli reaksiya
B) İmmunkompleks reaksiyası
C) Sitotoksik reaksiya
D) İmmunoqlobulinlərin təyini reaksiyası
E) Ləng tipli reaksiya

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407

368) Sekretor immunoqlobulin A qida allergiyasının inkişafında hansı rola malikdir?

A) Qida allergenlərinə allergik reaksiyanın inkişaf etməsinin qarşısını alır
B) Qida allergenlərinə ləng allergik reaksiyanın inkişaf etməsinin qarşısını alır
C) Qida allergenlərinə ləng allergik reaksiyanın inkişafını induksiya edir
D) Qida allergenlərinə tez allergik reaksiyanın inkişafını induksiya edir
E) Qida allergenlərinə allergik reaksiya törədir

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.106

369) Qida allergiyasının daha çox tipik kliniki təzahürü hansıdır?

A) Həzm traktının və ürək-damar sisteminin zədələnməsi
B) Tənəffüs orqanlarının zədələnməsi və miqrenəbənzər baş ağrıları
C) LOR-orqanları və tənəffüs orqanlarının zədələnməsi
D) Həzm traktının zədələnməsi və dəri təzahürləri
E) Dəri təzahürləri və miqrenəbənzər baş ağrıları

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.413

370) Qida allergiyası zamanı mədə-bağırsaq yolunun zədələnməsinin birbaşa simptomu bunlardan hansı deyil?

A) Diareya
B) Ürəkbulanma və qusma
C) Qarnın köpməsi
D) Zülal itkisi ilə enteropatiya
E) Qarında ağrılar

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il. səh.166

371) Qida allergiyası zamanı dəri təzahürlərindən hansı tipikdir?

A) Sadalananların heç biri
B) Dermatit
C) Övrə
D) Dəri gicişməsi
E) Sadalananların hamısı

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il. səh.168

372) Bunlardan hansı qida allergiyasının spesifik diaqnostika üsulu deyil?

A) Allerqoloji anamnez
B) Qida gündəliyinin aparılması
C) Leykopenik və trombositopenik testlər
D) Eliminasiya sınağı və provakasion test
E) Dəri sınağı

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il. səh.168

373) Qida allergiyasının diaqnostikasının spesifik laborator üsulu hansıdır?

A) Sadalananların hamısı
B) Leykopenik test
C) Trombositopenik test
D) Sadalananların heç biri
E) Radioimmun və immunferment üsulu ilə qida allergeninə spesifik anticismin təyini

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il. səh.303

374) Bunlardan hansı qida allergiyasının profilaktikasına aid deyil?

A) Sadalananların hamısı
B) Hipoallergen pəhrizdən istifadə
C) Mədə-bağırsaq traktı xəstəliklərinin korreksiyası
D) İmmunoloji pozulmaların korreksiyası
E) Uuzun müddət uşağı döşlə əmizdirmə

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il. səh169

375) Dərman allergiyasında hansı səciyyəvidir?

A) Eyni zamanda bir neçə orqan və sistemlər zədələnir
B) Yalnız dəri təzahürləri qeyd olunur
C) Dəri və tənəffüs sisteminin zədələnməsi xarakterdir
D) Dəri və ürək-damar sisteminin zədələnməsi xarakterdir
E) Dəri və selikli qişanın zədələnməsi xarakterdir

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194

376) Fiksə olunan dermatitlər daha çox hansını tətbiq etdikdə baş verir?

A) A qrupu vitaminlərini
B) B qrupu vitaminlərini
C) Penisillini
D) Sulfanilamidləri
E) Asetilsalisil turşusunu

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.186

377) Dərman allergiyası zamanı hansı urtikar elementlər olur?

A) Göynəmə ilə müşayiət olur
B) Ağrı ilə müşayiət olur
C) Gicişmə ilə müşayiət olur
D) Subyektiv hisslər törətmir
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194

378) Dəridə urtikar elementlər nə zaman mövcud olur?

A) 5 gün
B) 10 gün
C) 1-2 gün
D) 9 gün
E) 7 gün

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194

379) Övrə zamanı ilkin elementlər hansıdır?

A) Daima suluq verir
B) İz qoymadan ötüb keçir
C) Qabıq və piqmentasiya olur
D) Qabıq verir
E) Möhkəm piqmentasiya qalır

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.552

380) Dərman allergiyası zamanı düyünlü eritema harada lokalizə olur?

A) Kürəkdə
B) Selikli qişalarda
C) Qarında
D) Sinədə və qarında
E) Üzdə və ətraflarda

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195

381) Çox formalı ekssudativ eritema zamanı ilkin elementlər hansıdır?

A) Sadalananların hamısı
B) Papula, vezikula, ləkə
C) Qaşınma
D) Qabıqvermə
E) Göynəmə

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195

382) Stivens-Conson sindromu necə səciyyələndirilir?

A) Ağız boşluğunun selikli qişasının təcrid olunan zədələnməsi
B) Yalnız burnun selikli qişasının zədələnməsi
C) Dərinin , gözün selikli qişasının, ağız boşluğu,burun,cinsiyyət orqanlarının zədələnməsi
D) Gözün selikli qişasının təcrid olunan zədələnməsi
E) Yalnız dərinin zədələnməsi

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195

383) Stivens-Conson sindromu adətən necə başlayır?

A) Xroniki olur
B) Müxtəlif variantlarda olur
C) Qusma ilə başlayır
D) Kəskin başlayır
E) Yarımkəskin başlayır

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195

384) Eritrodermiya necə xarakterizə olunur?

A) Səpginin polimorfizmi
B) Sadalananların hamısı
C) Sadalananların heç biri
D) Selikli qişanın zədələnməsi
E) Hiperemiya və dərinin ödemi

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.212

385) Eritrodermiya üçün hansı xarakterdir?

A) Sadalananların hamısı
B) Sadalananların heç biri
C) Lövhəli qabıqvermə
D) Yüngül piqmentasiya
E) Qabarıq şəkildə piqmentasiya

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.212

386) Fiksə olan dermatitlərin elementləri hansıdır?

A) Göynəmə ilə müşayiət olunur
B) Suluq və gicişmələrlə müşayiət olunur
C) Suluqlar olur
D) Güclü gicişmə ilə müşayiət olunur
E) Mötədil gicişmə ilə müşayiət olunur

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.212

387) Layella sindromu necə xarakterizə olunur?

A) Sadalananların hamısı
B) Yarımkəskin başlanğıcla
C) Xroniki gedişi ilə
D) Sadalananların heç biri
E) Kəskin, qaynar başlanğıcla

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195

388) Layella sindromunun ağırlaşması hansı ola bilər?

A) Dəri və selikli qişalara irinli infeksiyanın birləşməsi
B) Böyrək çatışmazlığı
C) Sadalananların hamısı
D) Sadalananların heç biri
E) Pnevmoniya

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195

389) Layella sindromu üçün hansı xarakterdir?

A) Sadalananların hamısı
B) Kəpəkşəkilli qabıqvermə
C) Lövhəli qabıqvermə
D) Epidermal nekroliz
E) Sadalananların heç biri

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195

390) Layella sindromu zamanı hansının zədələnməsi ola bilər?

A) Sadalananların hamısı
B) Sadalananların heç birinin
C) Ürək-damar sisteminin
D) Mədə-bağırsaq traktının
E) Mərkəzi sinir sisteminin

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195

391) Allergik kontakt dermatitin diaqnostikası üçün hansından istifadə edirlər?

A) Applikasiya testi
B) Skarifikasiya testi
C) Sadalananların hamısı
D) Prik- test
E) Dəridaxili test

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.212

392) Allergik kontakt dermatit nə zaman formalaşır?

A) Sadalananların heç biri
B) Medikamentləri venadaxili vuran zaman
C) Medikamentlərin daxilə qəbulu zamanı
D) İstənilən preparatın tətbiqi zamanı
E) Maddələrin dəri ilə bilavasitə kontaktı zamanı

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.212

393) Dərman allergiyasının ilk simptomları zamanı nə etmək lazımdır?

A) Müalicəni davam etdirmək, preparatın dozasını azaltmaq
B) Xəstə qəbul etdiyi preparatları dayandırmalıdır
C) Daha çox ehtimal olunan "günahkar" preparatı dayandırmaq
D) Müalicəni davam etdirmək, preparatın dozasını artırmaq
E) Antihistamin preparatları təyin etmək

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433

394) Dərman allergiyası zamanı ürək-damar sistemində hansı dəyişiklik baş vermir?

A) ST seqmentinin azalması
B) Bradikardiya
C) Nəbzin sürətlənməsi
D) Taxikardiya
E) Ritmin pozulması

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433

395) Bunlardan hansı mədə-bağırsaq traktının daha çox dərmanla allergik zədələnməsidir?

A) Enterit
B) Qastroenterokolit
C) Qastrit
D) Sadalananların heç biri
E) Kolit

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433

396) Dərman allergiyasının spesifik-diaqnostik mərhələsi hansıdır?

A) Provakasion testin aparılması
B) Allerqoloji anamnezin toplanması
C) Dəri testinin aparılması
D) Sadalananların hamısı
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.433

397) Zərdab xəstəliyi zərdabı ilk dəfə vurduqdan sonra nə vaxt inkişaf edir?

A) Zərdab vurulduqdan 12 saat sonra
B) Zərdab vurulduqdan 3-5 gün sonra
C) Zərdab vurulduqdan 6 saat sonra
D) Zərdab vurulduqdan 15-20 dəqiqə sonra
E) Zərdab vurulduqdan 8-10 gün sonra

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.75

398) Zərdab xəstəliyi zərdabı təkrar vurduqdan sonra nə vaxt inkişaf edir?

A) Zərdab vurulduqdan 8-10 gün sonra
B) Zərdab vurulduqdan 2-6 saat sonra
C) Zərdab vurulduqdan 12 saat sonra
D) Zərdab vurulduqdan 20 dəqiqə sonra
E) Zərdab vurulduqdan 3-5 gün sonra

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.75

399) Zərdab xəstəliyinin yüngül kliniki variantında çox vaxt hansı baş verir?

A) Qlomerulonefrit
B) Qızdırma
C) Hepatit
D) Miokardit
E) Polilimfoadenopatiya

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.155

400) Zərdab xəstəliyinin orta-ağır gedişatı necə xarakterizə olur?

A) Parenximatoz orqanların zədələnməsi ilə qızdırma və dəri təzahürlərinin uyğunluğu xarakterdir
B) Yalnız dəri təzahürləri və qızdırma olur
C) Heç vaxt parenximatoz orqanların zədələnməsinə rast gəlinmir
D) Yalnız qızdırma xarakterdir
E) Yalnız dəri təzahürləri xarakterdir

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.155
 

0 şərh