Nevrologiya 3

201) Aşağıda sadalananlardan hansı patologiya üçün görmə sinirləri diskləri ödeminin mövcudluğu səciyyəvi əlamətdir ?
 A) Miqren
 B) Parkinson xəstəliyi
 C) Xoşxəssəli kəllədaxili hipertenziya (pseudotumor cerebri)
 D) Yan amiotrofik skleroz
 E) Normotenziv hidrosefaliya

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 133

202) Göz qapağının retraksiyası ( yuxarı göz qapağının patolojı olaraq azca qaldırılmış vəziyyəti) hansı patologiya zamanı qeydə alına bilər?
 A) Miasteniya
 B) Horner sindromu
 C) Parino sindromu
 D) Uzaqlaşdırıcı sinirin zədələnməsi
 E) Gözün hərəki sinirinin zədələnməsi

Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-информ, 2004, стр. 193

203) Aşağıda sadalanan testlərdən hansı komatoz xəstədə beyin kötüyünün struktur patologiyasının olub-olmamasını müəyyənləşdirmək məqsədilə aparılır?
 A) Babinski refleksinin yoxlanılması
 B) Rinne sınağı
 C) Brudzinski simptomunun yoxlanılması
 D) Xortum refleksinin yoxlanılması
 E) Okulosefalik sınaq ( "kukla gözləri" sınağı)

Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-информ, 2004, стр. 481

204) Afferent bəbək defekti ("Markus-Qunn bəbəyi" )fenomeni nədən ibarətdir və nəyin nəticəsində yaranır?
 A) Zədələnmə tərəfində bəbəyin işığa qarşı düz reaksiyası onun müştərək reaksiyasından zəifdir; fenomen ipsilateral gormə sinirinin zədələnməsilə əlaqədardır
 B) Zədələnmə tərəfində bəbəyin işığa qarşı müştərək reaksiyası onun düz reaksiyasından zəifdir; fenomen ipsilateral gözün hərəki sinirinin zədələnməsilə əlaqədardır
 C) Zədələnmə tərəfində midriaz qeydə alınır; fenomen yuxarı boyun simpatik düyünü liflərinin zədələnməsi ilə əlaqədardır
 D) Zədələnmə tərəfində mioz qeydə alınır; fenomen yuxarı boyun simpatik düyünün liflərinin zədələnməsi ilə əlaqədardır
 E) Zədələnmə tərəfində bəbəyin isığa qarşı düz və müştərək reaksiyaları alınmır; fenomen ipsilateral gözün hərəki sinirinin zədələnməsilə əlaqədardır

Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-информ, 2004, стр. 191

205) "Quru punksiya" termini nə vaxt qəbul olunmazdır?
 A) Onurğa kanalının aşağı nahiyyəsində şişin mövcud olduğu halda
 B) Texniki olaraq qeyri-düzgün punksiyanın nəticəsi kimi
 C) Likvor təzyiqi yüksək olduğu halda
 D) Sadalanan halların hamısında
 E) Likvor təzyiqi aşağı olduğu halda

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 1995, стр. 22

206) "Trizm" nədir?
 A) Udlaq əzələlərinin tonik yığılması
 B) Gözün hərəki əzələlərinin tonik yığılması
 C) Sadalananlardan hamısı doğrudur
 D) Mimiki əzələlərin tonik yığılması
 E) Çeynəmə əzələlərinin tonik yığılması

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 1995, стр. 382

207) "Anosmiya" nədir?
 A) Müvazinətsizlik
 B) Görmə qabiliyyətinin itməsi
 C) Qoxubilmə hissiyyatının itməsi
 D) Eşitmə qabiliyyətinin itməsi
 E) Dadbilmə hissiyyatının itməsi

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 271

208) Lermitt simptomu nə ilə təzahür edir?
 A) Başı qabağa əydikdə boynun keyiməsindən
 B) Başı qabağa əydikdə başgicəllənmənin əmələ gəlməsindən
 C) Başı qabağa əydikdə qulaqlarda küyün əmələ gəlməsindən
 D) Başı qabağa əydikdə sifətin keyiməsindən
 E) Başı qabağa əydikdə kürəkdən (onurğa sütünundan) və ətraflardan elektrik cərəyanın keçdiyinin hiss olunmasından

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2001, стр. 305

209) Aşağıda sadalanan kranial sinirlərdən hansının zədələnmə əlamətləri lümbal punksiyadan sonra daha tez-tez meydana çıxır?
 A) Uzaqlaşdırıcı sinirin
 B) Üçlü sinirin
 C) Qoxu sinirinin
 D) Əlavə sinirin
 E) Dil-udlaq sinirinin

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2001, стр. 376

210) Yuxunun və onun pozulmalarının obyektiv öyrənilməsi üçün aşağıda sadalanan müayinə üsullarından hansı tətbiq olunur?
 A) Polisomnoqrafiya
 B) Doppleroqrafiya
 C) Exoensefaloqrafiya
 D) Reoensefaloqrafiya
 E) Pozitron-emission tomoqrafiya

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2001, стр. 391

211) Polisomnoqrafiya müayinə üsulu nəyin tədqiqi üçün istifadə olunur?
 A) Baş beynin anatomik anomaliyalarının
 B) Yuxunun və onun pozulmalarının
 C) Onurğa beyninin anatomik anomaliyalarının
 D) Baş beynin damar anomaliyalarının
 E) Sinir-əzələ keçiriciliyinin pozulmalarının

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2001, стр. 391

212) Aşağıda sadalanan əlamətlərdən hansı parkinsonizm sindromuna daxil deyil?
 A) Atetoz
 B) Əzələ tonusunun plastik tipli artması
 C) Hipomimiya
 D) Bradikineziya
 E) Sakitlik tremoru

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 169

213) Lermitt simptomunun meydana çıxması onurğa beyninin hansı nahiyyəsinin zədələnməsi üçün səciyyəvidir?
 A) Yan sütunların
 B) Yan buynuzların
 C) Ön sütunlarının
 D) Ön buynuzların
 E) Arxa sütunların

Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 135

214) "Paresteziya" nədir?
 A) Hissiyyatın azalması
 B) Hissiyyatın itməsi
 C) Xarici qıcıq olmadan özü-özünə (spontan) meydana çıxan qeyri-normal hissiyyat (keyimə, gizilti hissiyyatı və s.)
 D) Qıcığın təhrif olunmuş şəkildə qəbul edilməsi
 E) Yandırıcı ağrılar

Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 59

215) "Opsoklonus" nədir?
 A) Yumşaq damaq miokloniyası
 B) Pəncənin klonusu
 C) Diz qapağının klonusu
 D) Əlin klonusu
 E) Göz almalarının hiperkinezi, hansı ki onların qeyri-iradi müştərək, cəld müntəzəm olmayan hərəkətlərinindən ibarətdir

Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн., 2001, стр. 77

216) Aşağıda sadalanan müayinə üsullarından hansı Kuhelberq-Velander spinal amiotrofiyasının Düşenn miodistrofiyası ilə differensial diaqnostikası məqsədi ilə tətbiq olunur?
 A) Elektromioqrafiya
 B) Ətrafların MRT-si
 C) Ətrafların KT-si
 D) Aşağı ətraf damarlarının doppleroqrafiyası
 E) Qanda kreatinin miqdarının müəyyənləşdirilməsi

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 590

217) Baş və onurğa beyninin rentqenoterapiyası zamanı hansı ağırlaşmalar yarana bilər?
 A) Hidrosefaliya
 B) Ağ maddənin nekrozu
 C) Astrositoma
 D) Meninqioma
 E) Ocaqlı qansızma

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.298

218) İlk dəfə dadbilməni müayinə edərkən hansı maddələrdən istifadə etmək lazım deyil?
 A) Şirin maddələrdən
 B) Duzlu maddələrdən
 C) Acı maddələrdən
 D) Turşulu maddələrdən
 E) Turş maddələrdən

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.261

219) Sarı ləkənin zədələnməsi nəticəsində görmənin itiliyi neçə faiz enir?
 A) 75%
 B) 40%
 C) 20%
 D) 95%
 E) 10%

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.237

220) Aşağıda sadalanan tiklərdən hansı mürəkkəb tiklərə aiddir?
 A) Gözlərin bərk yumulması
 B) Astaca öskürmə
 C) Başın dartılması
 D) Koprolaliya
 E) Çiyinlərin çəkilməsi

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 149

221) Aşağıda sadalanan tiklərdən hansı mürəkkəb tiklərə aid deyil?
 A) Palilaliya exolaliya
 B) Koprolaliya
 C) Exolaliya
 D) Exopraksiya
 E) Başın dartılması

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 148

222) Aşağıda sadalanan tiklərdən hansı mürəkkəb tiklərə aiddir?
 A) Astaca öskürmə
 B) Burnun çəkilməsi
 C) Qarnın dartılması
 D) Kopropraksiya
 E) İslıq (fit) çalınması

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр.

223) Aşağıda sadalanan tiklərdən hansı sadə tiklərə aid deyil?
 A) Gözlərin bərk yumulması
 B) Exolaliya
 C) Çiyinlərin çəkilməsi
 D) Astaca öskürmə
 E) Başın dartılması (подергивание головой)

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 149

224) "Koprolaliya" adlanan tik nə ilə təzahür edir?
 A) Özgənin jestlərinin qeyri-iradi təkrarı ilə
 B) Burnun çəkilməsi ilə
 C) Ədəbsiz sözlərin qeyri-iradi deyilməsi ilə
 D) Özgənin sözlərinin qeyri-iradi təkrarı ilə
 E) Ədəbsiz jestlərin qeyri-iradi edilməsi ilə

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 149

225) "Exolaliya" adlanan tik nə ilə təzahür edir?
 A) Yad ağızdan eşidilən sözlərin nəzarət olunmayan avtomatik təkrarı ilə
 B) Dil çıxarılması ilə
 C) İslıq (fit) çalmaqla
 D) Özgənin jestlərinin qeyri-iradi təkrarı ilə
 E) Ədəbsiz sözlərin qeyri-iradi deyilməsi ilə

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 149

226) "Exopraksiya" adlanan tik nə ilə təzahür edir?
 A) Özgənin sözlərinin qeyri-iradi təkrarı ilə
 B) Burnun çəkilməsi ilə
 C) Ədəbsiz sözlərin qeyri-iradi deyilməsi ilə
 D) Özgənin hərəkətlərinin qeyri-iradi təkrarı ilə
 E) Gözlərin qeyri-iradi bərk yumulması ilə

Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., Левин О.С.- M., 2001, стр. 251

227) "Kopropraksiya" adlanan tik nə ilə təzahür edir?
 A) Özgənin jestlərinin qeyri-iradi təkrarı ilə
 B) Gözlərin qeyri-iradi bərk yumulması ilə
 C) Ədəbsiz sözlərin qeyri-iradi deyilməsi ilə
 D) Özgənin sözlərinin qeyri-iradi təkrarı ilə
 E) Ədəbsiz jestlərin qeyri-iradi edilməsi ilə

Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., Левин О.С.- M., 2001, стр. 251

228) Alının ortasına səslənən kamertonu qoymaqla nə öyrənə bilərik?
 A) Hansı qulaq geniş diapazonlu tezlikləri qəbul edə bilər
 B) Hansı qulaqda keçiriçiliyin və ya neyrosensor eşitmənin enməsi qeydə alınır
 C) Hansı qulaq aşağıda yerləşir
 D) Hansı qulağın eşitmə borusunun uzunluğu ən böyükdür
 E) Hansı qulağın xarici eşitmə keçidi daha genişdir

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.13

229) Hansı xəstəliyi pasientə demək nevroloq üçün çətin olur?
 A) Dağınıq sklerozu
 B) Yan amiotrofik sklerozu
 C) Sadalanan xəstəliklərin hamısını
 D) Baş beynin şişini
 E) Epilepsiyanı

Ədəbiyyat: Секреты неврологии.Лоран А.Ролак.2008,перевод О.С.Левина,стр.554

230) Beyin ödeminin hansı növləri mövcuddur?
 A) Sitotoksik
 B) Sadalananların hamısı doğrudur
 C) Osmotik
 D) İnterstisial
 E) Vazoqen

Ədəbiyyat: Справочник практического врача по неврологии.Д.Р.Штульман,О.С.Левин.2001, стр. 129

231) "Qanlı tər" sindromu nə ilə xarakterizə olunur?
 A) Burundan qanaxmaya meyillik ilə
 B) Alında və göz qapağında qırmızı rəngdə tərin yaranmasıyla
 C) Endokrin-veqetativ pozulmalarla
 D) Sadalananlardan hamısıyla
 E) Hipertermiya ilə

Ədəbiyyat: Редкие синдромы и заболевания нервной системы.Б.Йорданов, Я.Янков, 1981.стр. 118

232) Pasient aşağıya baxan zaman ikigörmənin mövcudluğundan şikayət edir. Yuxarıya, sağa və sola baxanda ikigörmə yoxdur. Göz almalarının hərəkətləri: horizontal istiqamətlərdə tamdır, yuxarıya baxış zamanı məhdudluq yoxdur, aşağıya baxış zamanı birtərəfli hərəkət məhdudluğu qeydə alınır.Sadalanan əlamətlər hansı kranial sinirin zədələnməsi üçün səciyyəvidir?
 A) Göz sinirinin
 B) Uzaqlaşdırıcı sinirin
 C) Gözün hərəki sinirin
 D) Üz sinirinin
 E) Blokabənzər sinirin

Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 46

233) "Akatiziya" nədir?
 A) Patolojı yuxululuq
 B) Aleksiya növü
 C) Dözülməz daxili gərginlik hissini azaltmaq üçün qarşısıalınmaz hərəkət etmək tələbatı ilə xarakterizə olunan hal
 D) Postural müvazinətsizlik
 E) Nitq pozulmalarının növü

Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., Левин О.С.- M., 2001, стр. 143

234) Aşağıda sadalananlardan hansı patologiya üçün kranial sinirlərin 8-ci cütlüyünün zədələnməsi səciyyəvidir?
 A) Yalnız körpü-beyincik bucağının meningioması
 B) Yalnız 2-ci tip neyrofibromatoz
 C) Sadalananların hamısı
 D) Yalnız Ramsey-Xant sindromu (dizcik düyününün (ganglion geniculi) qanqlioniti)
 E) Yalnız gicgah sümüyü piramidasının sınığı

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 544

235) Aşağıda sadalananlardan hansı patologiya üçün oftalmoplegiyanın təzahür etməsi səciyyəvi deyil?
 A) Vernike ensefalopatiyası
 B) Erkən (otiatrik) mərhələdə olan dəhliz-eşitmə sinirinin nevrinoması
 C) Kavernoz sinusun trombozu
 D) Fişer sindromu (Miller Fişer sindromu)
 E) Yuxarı göz yarığı nahiyyəsində olan şiş

Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 46
 Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е из

236) Aşağıda sadalananlardan hansı patologiya üçün oftalmoplegiyanın təzahür etməsi səciyyəvidir?
 A) Yalnız yuxarı göz yarığı nahiyyəsində olan şiş
 B) Yalnız Fişer sindromu (Miller Fişer sindromu)
 C) Sadalananların hamısı
 D) Yalnız Vernike ensefalopatiyası
 E) Yalnız Tolosa-Xant sindromu (kavernoz sinus nahiyyəsində idiopatik qranulematoz iltihab)

Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 46

237) Yuxarı göz yarığı sindromu kranial sinirlərin hansı cütlüklərinin zədələnmə əlamətlərindən ibarətdir?
 A) Yalnız 3-cü, 4-cü, 6-cı
 B) Yalnız 3-cü, 4-cü cütlüklərinin və 5-ci cütlüyünün 1-ci şaxəsinin
 C) 2-ci, 5-ci
 D) 5-ci, 7-ci
 E) 3-cü, 4-cü, 6-cı cütlüklərinin və 5-ci cütlüyünün 1-ci şaxəsinin

Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 46

238) Kavernoz sinusun bayır divarı sindromu kranial sinirlərin hansı cütlüklərinin zədələnmə əlamətlərindən ibarətdir?
 A) 3-cü, 4-cü, 6-cı cütlüklərinin və 5-ci cütlüyünün 1-ci şaxəsinin
 B) Yalnız 3-cü, 4-cü, 6-cı
 C) 2-ci, 5-ci
 D) Yalnız 3-cü, 4-cü cütlüklərinin və 5-ci cütlüyünün 1-ci şaxəsinin
 E) 5-ci, 7-ci

Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 212

239) Kranial sinirlərin 3-cü, 4-cü, 6-cı cütlüklərinin və 5-ci cütlüyünün 1-ci şaxəsinin eyni vaxtda zədələnməsi hansı sindromu təşkil edir?
 A) Daxili qulaq dəliyi sindromunu
 B) Vidaci dəlik sindromunu
 C) Yuxarı göz yarığı sindromunu
 D) Psevdobulbar sindromu
 E) Körpü-beyincik bucağı sindromunu

Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 46

240) Yuxarı göz yarığı sindromuna kranial sinirlərin hansı cütlüyünün zədələnmə əlamətləri daxil deyil?
 A) 4-cü
 B) 5-ci cütlüyünün 1-ci şaxəsinin
 C) 1-ci
 D) 3-cü
 E) 6-cı

Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 46

241) "Həqiqi porensefaliya" nədir?
 A) Baş beyində maye ilə dolu olan beyin mədəcikləri ilə ya da subaraxnoidal boşluq ilə əlaqələnməyən bir və ya bir neçə boşluğun olması
 B) Baş beyində maye ilə dolu olan beyin mədəcikləri ilə ya da subaraxnoidal boşluq ilə əlaqələnən bir və ya bir neçə boşluğun olması
 C) Baş beynin ölçülərinin normadan kiçik olması
 D) Baş beyində maye ilə dolu olan beyin mədəcikləri ilə ya da subaraxnoidal boşluq ilə əlaqələnməyən bir və ya bir neçə boşluğun olması
 E) Baş beynin ölçülərinin normadan böyük olması

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 15

242) "Titubasiya" nədir?
 A) Başın, ətrafların proksimal nahiyyələrinin və gövdənin beyincik zədələnmələri üçün səciyyəvi olan aşağı tezlikli postural tremoru
 B) Tiklərin növlərindən biri
 C) Demensiyanın növü
 D) Afaziyanın növü
 E) Epileptik tutmanın növü

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 109

243) "Tortikollis" nədir?
 A) Başın qeyri-iradi geriyə qatlanılması
 B) Başın qeyri-iradi irəli əyilməsi
 C) Başın qeyri-iradi çiyinə doğru əyilməsi
 D) Başın qeyri-iradi olaraq irəli-geri hərəkəti
 E) Başın qeyri-iradi kənara dönməsi

Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 99

244) Aşağıda sadalananlardan hansı huşun (şüurun) itməsi ilə müşayiət olunmur?
 A) Generalizə olunmuş epileptik tutma
 B) Drop-həmlə
 C) Kəllə-beyin travması- baş beynin əzilməsi
 D) Baş beynin qlobal işemiyası
 E) Bayılma

Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 418

245) Aşağıda sadalananlardan hansı beyincik tremorunun növüdür?
 A) Ballizm
 B) Titubasiya
 C) Akayriya
 D) Tortikollis
 E) Akatiziya

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 109

246) Sağlam böyük yaşlı passiv-oyaq halda olan adamda EEQ-da baş beynin ənsə-təpə nahiyyələrində dominant ritm hansıdır?
 A) Delta-ritm
 B) Alfa-ritm
 C) Betta-ritm
 D) Tetta-ritm
 E) Tetta və delta dalğalar

Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 486

247) Aşağıda sadalananlardan hansı patologiya bulbar sindromu ilə təzahür olunur?
 A) Hamısı
 B) Yalnız Qiyyen-Barre sindromu
 C) Yalnız botulizm
 D) Yalnız miasteniya (myasthenia gravis)
 E) Yalnız sirinqobulbiya

Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., Левин О.С.- M., 2001, стр. 102

248) Aşağıda sadalananlardan hansı patologiya bulbar sindromu ilə təzahür olunur?
 A) Yalnız poliomielit
 B) Hamısı
 C) Yalnız kraniospinal şiş
 D) Yalnız arxa aşağı beyincik arteriyası hövzəsində infarkt
 E) Yalnız yan amiotrofik skleroz

Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., Левин О.С.- M., 2001, стр. 102

249) Aşağıda sadalananlardan hansı patologiyanın klinik şəklində bulbar sindromu müşahidə olunmur?
 A) Verdniq-Hoffmann bədxassəli spinal amiotrofiyası
 B) Poliomielit
 C) Botulizm
 D) Giyyen-Barre sindromu
 E) Landau-Kleffner sindromu (uşaq dövrünün qazanılmış afaziyası)

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 228

250) İnternuklear oftalmoplegiya aşağıda sadalananlardan hansı patologiya zamanı meydana çıxa bilir?
 A) Miasteniya (myasthenia gravis)
 B) Gözün hərəki sinirinin mononeyropatiyası
 C) Dağınıq skleroz
 D) Botulizm
 E) Yuxarı göz yarığı nahiyyəsində şiş

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 449

251) Aşağıda sadalananlardan nə dəhliz-ibliz sinirinin vestibulyar hissəsinin (pars vestibularis) zədələnməsi zamanı qeydə alınmır?
 A) Nistaqm
 B) İntension tremor
 C) Vegetativ pozulmalar (qusma, tərləmə və s.)
 D) Ataksiya
 E) Başgicəllənmə

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 106

252) Pasientin üzünün yarısında bədən hərarətinin artması fonunda yaranan mimiki əzələlərin iflici qeydə alınır. Həmin tərəfdə xarici qulaq keçəcəyində, qulaq seyvanında vezikulyoz səpgilər müşahidə olunur. Həmin tərəfdən eşitmə qabiliyyətinin enməsi də vardır. Üzün hissi innervasiyasında pozulma müşahidə olunmur. Piramid çatışmazlığının əlamətləri yoxdur. Ən çox güman edilən diaqnoz nədir?
 A) Tolosa-Xant sindromu
 B) Körpü-beyincik bucağının şişi
 C) Beyin kötüyü nahiyyəsində qan dövranının kəskin pozulması
 D) Dizcik düyününün herpetik qanqlioniti (Ramsey-Xant sindromu)
 E) Üz sinirinin idiopatik neyropatiyası (Bell iflici)

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 539

253) Üzün bir yarısında mimiki əzələlərinin iflici aşağıda sadalananlardan hansı patologiya zamanı yarana bilir?
 A) Yalnız dizcik düyününün herpetik qanqlioniti
 B) Sadalananların hamısı
 C) Yalnız körpü-beyincik bucağının şişi
 D) Yalnız sarkoidoz
 E) Yalnız gicgah sümüyü piramidinin sınığı

Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 59

 

Nevrolojı xəstələrinin müalicə prinsipləri və üsulları

254) Aşağıda sadalanan antibiotiklərdən hansı hematoensefalik səddi keçmək üçün daha çox qabiliyyətə malikdir?
 A) Klaritromisin
 B) Sefaleksin
 C) Eritrоmisin
 D) Seftriakson
 E) Gentamisin

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.2. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 240

255) Aşağıda sadalanan preparatlardan hansı miasteniya zamanı sinir-əzələ keçiriciliyini pisləşdirməklə pasientinin vəziyyətini ağırlaşdıra bilər?
 A) Veroşpiron (spironolacton)
 B) Vitamin B6
 C) Diklofenak-natrium
 D) Gentamisin
 E) Vitamin C

Ədəbiyyat: Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 122

256) Aşağıda sadalanan dərmanlardan hansı herpetik ensefalitin etiolojı müalicəsi üçün istifadə olunur?
 A) Pefloksasin
 B) Oksolin
 C) Asiklovir
 D) Deksametazon
 E) Seftriakson

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 361

257) Aşağıda sadalanan hansı patologiya zamanı dofaminergik preparatların tətbiqi effektivdir?
 A) Hentinqton xoreyası
 B) Turett sindromu
 C) Revmatik xoreya
 D) Essensial tremor
 E) Parkinson xəstəliyi

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 89

258) Aşağıda sadalanan antidepressantlardan hansı monoaminoksidazanın (MAO) inhibitorlarına aiddir?
 A) Fluoksetin
 B) Sertralin
 C) Amitriptilin
 D) Paroksetin
 E) Nialamid ( nuredal)

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 94

259) Aşağıda sadalananlardan hansı "atipik" antipsixotik preparatlara ( neyroleptiklərə) aiddir?
 A) Sulpirid
 B) Haloperidol
 C) Tioridazin
 D) Aminazin
 E) Xlorproteksen

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 211

260) Neyroleptiklərin antipsixotik təsiri hansı reseptorların blokadası ilə bağlıdır?
 A) Asetilxolin reseptorlarının
 B) Serotonin reseptorlarının
 C) Benzodiazepin reseptorlarının
 D) NMDA-reseptorlarının
 E) Dofamin reseptorlarının

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 210

261) Neyroleptiklərin ekstrapiramid hərəkət pozulmaları kimi əlavə təsiri nə ilə törədilir?
 A) NMDA-reseptorlarının blokadası ilə
 B) Dofamin reseptorların blokadası ilə
 C) Benzodiazepin reseptorlarının blokadası ilə
 D) Asetilxolin reseptorlarının blokadası ilə
 E) Serotonin reseptorlarının blokadası ilə

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 152

262) Aşağıda sadalanan preparatlardan hansı antidepressantlar qrupuna aid deyil?
 A) Sertalin
 B) Fluoksetin
 C) Amitriptilin
 D) Paroksetin
 E) Klozapin

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 211

263) Aşağıda sadalanan preparatlardan hansı β-adrenoblokatorlar qrupuna aid deyil?
 A) Atenolol
 B) Anaprilin
 C) Nimodipin
 D) Bisoprolol
 E) Metoprolol

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 277

264) Aşağıda sadalanan preparatlardan hansı antiaqreqant xüsusiyyətlərə malik deyil?
 A) Simvastatin
 B) Klopidoqrel
 C) Dipiridamol
 D) Asetilsalisil turşusu
 E) Tiklopidin

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 449-450

265) Aşağıda sadalanan preparatlardan hansı hepatolentikulyar degenerasiya ( Vilson-Konovalov) xəstələyinin patogenetik müalicəsinin vasitəsidir?
 A) Diazepam
 B) Mis preparatları
 C) Haloperidol
 D) Sulpirid
 E) D-penisillamin

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 168

266) Aşağıda sadalananlardan hansı Parkinson xəstəliyinin müalicəsi üçün istifadə edilmir?
 A) Mərkəzi xolinolitik təsirə malik olan preparatlar
 B) Dofamin reseptorlarının aqonistləri
 C) "Atipik" neyroleptiklər
 D) Qlutamat NMDA-reseptorlarının blokatorları
 E) Monoaminoksidaza-B (MAO-B) inhibitorları

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 87

267) Alsqeymer xəstəliyi zamanı koqnitiv funksiyaların yaxşılaşdırılması üçün aşağıda sadalanan preparatlardan hansı istifadə olunur?
 A) Paroksetin
 B) Amitriptilin
 C) L- DOFA tərkibli preparatlar
 D) Qalantamin
 E) Klonazepam

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 199

268) Aşağıda sadalanan preparatlardan hansı essensial tremorun müalicəsi üçün istifadə olunmur?
 A) Nakom
 B) Klonazepam (rivatril)
 C) Anaprilin (propranolol)
 D) Heksamidin (primidon)
 E) Metoprolol

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 112

269) Aşağıda sadalanan preparatlardan hansı angiotenzin reseptorlarının blokatorları (ARB) qrupuna aiddir?
 A) Perindopril
 B) Kandesartan
 C) Bisoprolol
 D) Amlodipin
 E) Ramipril

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 427

270) Aşağıda sadalananlardan hansı preparat antikonvulsantlar (epilepsiya əleyhinə dərmanlar) qrupuna aid deyil?
 A) Etosuksimid (suksilep)
 B) Fenitoin (difenin)
 C) Lamotricin ( lamiktal)
 D) Heksamidin ( primidon)
 E) Klozapin (leponeks)

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 215

271) Aşağıda sadalanan preparatlardan hansı miqren tutmalarının profilaktikası üçün tətbiq olunmur?
 A) Amitriptilin
 B) Valproatlar
 C) Flunarizin (sibelium)
 D) Haloperidol
 E) Anaprilin (propranolol)

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр.265

272) Aşağıda sadalanan preparatlardan hansı miqren tutmasını dayandırmaq üçün (tutmanın müalicəsi üçün) tətbiq olunur?
 A) Amitriptilin
 B) Sumatriptan
 C) Anaprilin
 D) Karbamazepin
 E) Verapamil

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 263

273) Aşağıda sadalananlardan hansı preparat antikonvulsantlar (epilepsiya əleyhinə dərmanlar) qrupuna aiddir?
 A) Sulpirid
 B) Klozapin
 C) Paroksetin
 D) Nalokson
 E) Etosuksimid

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 199

274) Aşağıda sadalananlardan nə antixolinesteraz preparatlar qrupuna aid deyil?
 A) Qalantamin (nivalin)
 B) Neostiqmin (prozerin)
 C) Pilokarpin
 D) Piridostiqmin (kalimin)
 E) Fizostiqmin

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., стр. 104

275) Aşağıda sadalanan preparatlardan hansını epileptik tutmaya qarşı teratogen təsirinə görə hamilə vaxtı qadınlara təyin etmək olmaz?
 A) Fenobarbitalı
 B) Difenini
 C) Lorazepamı
 D) Trimetini
 E) Karbamazepini

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.299

276) Bətndaxili dölün inkişafında aşağıda sadalanan epileptik tutmaya qarşı preparatlardan hansı ən çox sinir borusunun bağlanmasına təsir edir?
 A) Karbamazepin
 B) Difenin
 C) Etosuksimid
 D) Natrium valproat
 E) Fenobarbital

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.299

277) Toksiki labirintit zamanı başgicəllənmə hansı preperatı qəbul edərkən yaranır?
 A) Kanamisini
 B) Penisilamini
 C) Aspirini
 D) Gentamisini
 E) Streptomisini

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.259

278) Aşağıda sadalananlardan hansı daha çox nistaqma səbəb ola bilər?
 A) Hipermetropiya
 B) İsteriya
 C) Miopiya
 D) Dərman ilə intoksikasiya
 E) Çox yorğun gözlər

Ədəbiyyat: Неврология в вопросах и ответах.Р.Лехтенберг,1997.стр.240

279) Aşağıda sadalananlardan hansı preparat M-xolinomimetiklər qrupuna aiddir?
 A) Pilokarpin
 B) Neostiqmin (prozerin)
 C) Pentamin
 D) Qalantamin (nivalin)
 E) Atropin

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., стр. 96

280) Neostiqmin (prozerin) hansı preparatlar qrupuna aiddir?
 A) Antiadrenergik preparatlar
 B) Asetilxolin tərkibli preparatlar
 C) Xolinesteraza fermentinin inhibitorları
 D) M-xolinoreseptorların aqonistləri
 E) M-xolinoreseptorların antaqonistləri

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 193

281) Aşağıda sadalananlardan hansı preparat angiotenzin reseptorlarının blokatorları (antaqonistləri) qrupuna aiddir?
 A) Lozartan
 B) Trandolapril
 C) Apressin
 D) Prazozin
 E) Lizinopril

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 426

282) Azatioprin hansı preparatlar qrupuna aiddir?
 A) Antidepressantlar
 B) İmmunosupressorlar
 C) Diuretiklər
 D) Xolinesteraza fermentinin inhibitorları
 E) Vitaminlər

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 197

283) Aşağıda sadalananlardan hansı preparat diuretiklər qrupuna aid deyil?
 A) İndapamid
 B) Triamteren
 C) Mannit (mannitol)
 D) Spironolakton
 E) Tiklopidin

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 371

284) Tolosa-Xant sindromunun (kavernoz sinus nahiyyəsində idiopatik qranulematoz iltihabın) müalicəsində ilk seçim preparatlar qrupu hansıdır?
 A) Antibiotiklər
 B) Antikoaqulyantlar
 C) Kortikosteroidlər
 D) Sitostatiklər
 E) B qrupun vitaminləri

Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., Левин О.С.- M., 2001, стр. 235

285) Aspirinin qəbulu kəskin virus infeksiyası əlamətləri olan uşaqlarda aşağıda sadalanan patologiyalardan hansının inkişafı üçün risk amilidir?
 A) Reye sindromu ((kəskin qeyri-iltihabi ensefalopatiya və qaraciyərin disfunksiyası)
 B) Revmatik xoreya (Sidenham xoreyası)
 C) Miasteniya
 D) Kəskin dağınıq ensefalomielit
 E) Dağınıq skleroz

Ədəbiyyat: Справочник практического врача по неврологии / Штульман Д.Р., Левин О.С.- M., 2001, стр. 638

286) Aşağıda sadalanan patologiyalardan hansının müalicəsində kortikosteroidlərin tətbiqi xəstəliyin nəticələrini yaxşılaşdırmadığından onların (kortikosteroidlərin) təyin olunması məsləhət deyil?
 A) Bell iflicinin (üz sinirinin idiopatik neyropatiyasının)
 B) Xroniki iltihabi demielinizəedici poliradikuloneyropatiyanın
 C) Miasteniyanın (myasthenia gravis)
 D) Qiyyen-Barre sindromunun
 E) Dağınıq sklerozun

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 475

287) Aşağıda sadalananlardan hansı xroniki iltihabi demielinizəedici poliradikuloneyropatiyanın müalicəsində tətbiq edilmir?
 A) Kortikosteroidlər
 B) İmmunoqlobulin
 C) Sitostatik preparatlar
 D) Plazmaferez
 E) Anabolik steroidlər

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005, стр. 480

288) Aşağıda sadalanan patologiyalardan hansının müalicəsində kortikosteroid preparatları tətbiq olunur?
 A) Yalnız xroniki iltihabi demielinizəedici poliradikuloneyropatiyanın
 B) Yalnız Bell iflicinin (üz sinirinin idiopatik neyropatiyasının)
 C) Sadalananların hamısının
 D) Yalnız dağınıq sklerozun
 E) Yalnız miasteniyanın (myasthenia gravis)

Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1/ Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 'Издательство 'Медицина', 2005

289) Aşağıda sadalananlardan hansı preparat neyroleptiklər (antipsixotiklər) qrupuna aid deyil?
 A) Xlorprotiksen (truksal)
 B) Pimozid (orap)
 C) Ftorfenazin-dekanoat (moditen-depo)
 D) Etaperazin (torekan)
 E) Tianeptin (koaksil)

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 107

290) Aşağıda sadalananlardan hansı preparat trankvilizatorlar (anksiolitiklər) qrupuna aid deyil?
 A) Tofizopam (qrandaksin)
 B) Hidroksizin (ataraks)
 C) Nozepam (tazepam)
 D) Pimozid (orap)
 E) Alprazolam (ksanaks)

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 70

291) Aşağıda sadalananlardan hansı preparat benzodiazepin trankvilizatorlar ilə intoksikasiya zamanı tətbiq edilir (benzodiazepinlərin spesifik antidotudur)?
 A) Ringer məhlulu
 B) Hemodez
 C) Nalokson
 D) Flumazenil
 E) Vit B1

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 227

292) Aşağıda sadalananlardan hansı preparatın qəbulu amenoreya-qalaktoreya sindromunun meydana çıxması ilə nəticələnə bilir?
 A) Fenazepam
 B) Karbamazepin
 C) Sulpirid (eqlonil)
 D) Fluoksetin (prozak,prodep)
 E) Sertralin (zoloft)

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 73

293) Aşağıda sadalananlardan hansı preparat miorelaksantlar (antispastik preparatlar) qrupuna aid deyil?
 A) Tolperizon (midokalm)
 B) Dantrolen
 C) Tizanidin (sirdalud)
 D) Flumazenil
 E) Baklofen

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 50
 Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 174

294) Aşağıda sadalananlardan hansı preparat benzodiazepin reseptorların aqonistlərinə aiddir?
 A) Fenobarbital
 B) Etaminal-natrium
 C) Dimedrol
 D) Flumazenil
 E) Lorazepam

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 170

295) Promedol hansı preparatlar qrupuna aiddir?
 A) Narkotik analgetiklər
 B) Neyroleptiklər (antipsixotiklər)
 C) Antidepressantlar
 D) Qeyri-narkotik analgetiklər
 E) Trankvilizatorlar (anksiolitiklər)

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 181

296) Ondansetron (zofran) hansı preparatlar qrupuna aiddir?
 A) Antidepressantlar
 B) Antikonvulsantlar (antiepileptik preparatlar)
 C) Neyroleptiklər (antipsixotiklər)
 D) Trankvilizatorlar (anksiolitiklər)
 E) Antiemetik (qusma əleyhinə) preparatlar

Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр .185

297) Aşağıda sadalananlardan hansı preparat narkotik analgetiklər qrupuna aiddir?
 A) Zopiklon
 B) Flumazenil
 C) Promedol
 D) Droperidol
 E) Nalokson

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 181

298) Aşağıda sadalananlardan hansı preparat narkotik analgetiklər qrupuna aid deyil?
 A) Fentanil
 B) Promedol
 C) Pentazosin
 D) Droperidol
 E) Omnopon

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 188

299) Aşağıda sadalananlardan hansı preparat analgetik təsirə malik deyil?
 A) Asetaminofen (parasetamol)
 B) Midantan
 C) İbuprofen
 D) Fentanil
 E) İndometasin

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 206

300) Pentazosin hansı preparatlar qrupuna aiddir?
 A) Narkotik analgetiklər
 B) Trankvilizatorlar (anksiolitiklər)
 C) Antidepressantlar
 D) Qeyri-narkotik analgetiklər
 E) Neyroleptiklər (antipsixotiklər)

Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 181

 

1 şərh

ElcinHesenov
təşəkkürlər belə maraylı yazılar topiklər üçün