Fonetika testləri -2

1. Hansı sözlər hecalara düzgün ayrılmayıb?

a) A-lı-cı-la-rı-mız, o-xu-duq-la-rı-mız
b) Sev- dik-lə-ri-mız-dir, o-dun-çu-lar
c) Ma-ar-if-çi-lər, və-tən-sev-ər-lər
d) Na-mə-lum, mü-şa-hi-də
e) Mu-si-qi-şü-nas, mü-ka-li-mə

2. Vurğunun yerini dəyişməklə mənası dəyişən söz hansıdır?

a) Saydır
b) Oxdur
c) Dərddir
d) Bağdır
e) Lakin

3. Hansı sözdə nöqtələrin yerinə y yazılmalıdır?

a) Külə…dən
b) Çiçə…lər
c) Idra…ımız
d) Mələ…im
e) Ürə…siz

4. Hansı fikir doğru deyil?

a) Ahəng qanunu eynicinsli saitlər arasında gözlənilir

b) Səs uzanması sözün ilk hecasında da ola bilər

c) Mürəkkəb sözlərdə ahəng qanunun pozulur

d) Simfoniya, ambulans, qumbara və gümbəz sözlərinin yazılışı düzgündür.

e) Hecalanma zamanı şəkilçi parçalanaraq müxtəlif hecalara düşə bilər.

5. Sözlərdənbiri vurğusu əvvələ düşən , milli , sadə sözdür.

a) Ağdaş

b) Tabel

c) Bayaq

d) Inam

e) Elat

6. Sözlərin birində vurğu işarəsi düzgün qoyulmayıb.

1) silahda'ş

2) Sici'liya

3) sentne'r

4) pana'ma

5) mona'stır

7. “Monarxiya” sözünün fonetik təhlilinə aid ola bilməz.

a) Vurğusu son hecaya düşür.

b) Ahəng qanunu pozulub.

c) Bir dodaqlanan , üç dodaqlanmayan sait işlənib.

d) Bir kar samit var.

e) Bir cingiltili samitin kar qarşılığı var.

8. Ahəng qanunu pozulmuş sözlərin birində səs uzanması birinci hecadadır:

a) Cinayət

b) Mənəvi

c) Kabus

d) Məşuq

e) ədalət

9. Birində səs uzanması yoxdur.

a) Yekun

b) Qadir

c) Siyasət

d) Sitayış

e) Tövbə

10. Hansı sözdə eyni hərf iki müxtəlif səsi ifadə etmir?

a) Qoruq

b) Hüquq

c) Külək

d) Kənddən

e) Şəffaf

11. “Qalın saitlər” söz birləşməsində qalın sözünü hansı sözlə əvəz etsək məna dəyişməz?

a) Dilarxası

b) Dilönü

c) Gen

d) Dar

e) Dodaqlanan

12. Tələffüzü düzgün verilməyən sözü seçin:

a) [lentva:ri]

b) [rüşeyimsiz]

c) [ka:perativ]

d) [bərbatcasına]

e) [mə:dəniyət]

13. Biri düz yazılmışdır:

a) Kinematoqraf

b) Kineteatr

c) Kinerejissor

d) Kinefilm

e) Kinekomediya

14. Sözlərdən birinin yazılışı düz, tələffüzü səhv verilib:

a) Nanə [na:nə]

b) Pansion [pansiyon]

c) Etinasız [etina:sız]

d) Pıqqıltı [pık'qıltı]

e) Zooloji [za:loji]

15. Sözlərdən birinin yazılışı səhvdir:

a) Karnaval

b) Doğramac

c) Başısoyuq

d) Arxioloji

e) Süxur

16. Hansı sözün tələffüz şəkli səhv göstərilib:

a) [o:xalamax]

b) [xoşbaxlıx]

c) [si:ma:sız]

d) [bosdan]

e) [k'lub]

17. Sətirdən sətirə keçirmək baxımından biri fərqlidir.

a) 100%

b) Ilan

c) 3 sot

d) DQT

e) Ailə

18. Səsuzanmasına görə uyğunlaşdıraraq yazın:

1. Simasız 2. Səadət 3. Sakin

a) Xasiyətnamə

b) Müalicə

c) Bəli

d) Xariqüladə

e) Heca

19. Biri defislə yazılmır.

a) Dəymə-düşər

b) Gündən-günə

c) Bəzək-düzək

d) Tör-töküntü

e) Stəkan-zir

20. Pauza , raund, şüa, sauna, ….. nöqtələrin yerinə müvafiq, uyğun gələn sözü yazın:

a) Müasir

b) Sual

c) Dayıoğlu

d) Səadət

e) Iaşə
 

3 şərh

rezerv
1 c
2 a
3 d
4 a ,b və c dogrudur. Ancaq e ilə d arasinda qaldim. D variantindaki gumbəzdə qərarsiz qaldim cunki,dəqiq kumbəz yoxsa gumbəz oldugunu bilmirəm(
5 a milli sozdur amma sadə deyil c olar deyə dusunurəm
6 4
7 a
8 d
9 d cunki,dilimizdə i (basindaki noqtəni nəzərə almadan klaviaturada hec cur yaza bilmədim)və u(indi isə basinda noqtə nəzərə alaraq) saitləri uzun tələffuz olunmur.
10 b
11 a
12 a
13 a
14 e
15 c amma burada dogramac nədir umumiyyətlə bilmirəm
16 b
17 a
18  dəqiq variantim yoxdur. a varianti ola bilər?
19 e
20 a
 




_BUMERANQ_
1-c
2-a
3-d
4-c
5-c
6-d
7-c
8-d
9-a
10-b
11-a
12-e
13-a
14-c
15-d
16-b
17-d
18-b
19-e
20-a
filoloq
doğramac dialekt sözdür mənası atlama. ayran. deməkdir