Рейтинг
+15.36

infeksion xəstəliklər

27 üzv, 43 topik

İnfeksiya və infeksion xəstəliklər

İnfeksiya patogen mikroorqanizm olub canlı orqanizmə daxil olaraq orada patoloji vəziyyət əmələ gətirir. İnfeksiyanın canlı orqanizmdə əmələ gətirdiyi patologiya isə infeksiya xəstəliyi adlanır. İnfeksiyanın əmələ gətirdiyi xəstəliklər bütün orqanizmi əhatə edə və ya bir yerdə məhdudlaşa bilir.

İnfeksiya orqanizmdə kəskin və ya xroniki xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bəzən isə infeksiya heç bir əlamət verməyib gəzdirmə formasına orqanizmdə illərlə yaşaya bilir. Belə adamlar xəstə yox, infeksiya gəzdiricilər adlanır. Hər bir infeksiyanın özünəməxsus xüsusiyyəti olur və hər bir infeksiya öz xüsusiyyətlərinı görə orqanizmdə müxtəlif əlamətlər əmələ gətirir.
Davamı →
 

Xalq təbəbəti üsulları ilə qurdlarla mübarizə

Yay aylarında uşaqlar qurdalar xəstəliklərinə daha tez-tez hallarda tutulur.

Buna səbəb uşaqların daha çox müddət ərzində çöldə olması, torpaq və qumla oynaması, yuyulmamış meyvələrin yeyilməsi və s.-dir.

Qurdları aşkar etmək çox da asan iş deyil. Müəyyən fasilələrlə 3 dəfə nəcis analizi verilməlidir. Bundan əlavə ümumi qan analizi də verilməlidir. Qanda eozinofil hüceyrələrin artması uşaqda qurdların olmasına işarə edə bilər. Lakin hətta bu analizlər də 100% dəqiq nəticə verməyə bilər.

Qurdlarla mübarizədə istifadə olunan bir çox dərman preparatları orqanizmə toksik təsir edir. Bu səbəbdən qurdlarla mübarizə apardıqda ilk növbədə xalq təbabəti üsullarına üz tutmaq (təbii ki, həkimlə məsləhətləşdikdən sonra), bu vasitələr kömək etmədikdə isə dərmanlardan istifadə etmək olar.


Ardı →
 

Qurd xəstəliklərinin müalicəsi

Həkimlərin müşahidələrinə görə, kiçik yaşında olan uşaqların, demək olar, 100%-i parazitlərlərə yoluxur.

Böyüklər arasında da parazitar xəstəliklərə tez-tez rast gəlmək olur. Lakin böyüklərlə müqayisədə qurdlar uşaqların sağlamlığına daha ciddi zərbə vurur. Bu səbəbdən uşaqlar ildə bir neçə dəfə bu xəstəliklərə yoxlanmalı və lazım olduqda müalicə almalıdırlar.

Antihelmint («helmint» — qurd deməkdir) preparatları həkim təyin etdiyi dozalarda təhlükəsizdir.

Həkimlərin ümumi fikirinə görə, kompleks şəklində aparılan antihelmint müalicə uşaqlara daha yaxşı təsir edir. Bu o deməkdir ki, uşağa 1 preparat yox, müəyyən fasilələrlə 2 hətta 3 preparat təyin olunur. Misal üçün, əvvəl gündə 1 dəfə olmaqla 1 gün ərzində 2,5 mqr/kq «Dekaris», sonra 3 gün fasilə, daha sonra 3 gün ərzində 50-100 mqr «Vermoks» (istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin!).
Ardı →
 

Hepatit zamanı qida rejimi

Qara ciyərin iltihabi xəstəliyi hepatit adlandırılır. Hepatit müxtəlif səbəblərə görə inkişaf edə bilər — viruslar, dərmanlar, toksik maddələr, zəhərlər və s.

Lakin  səbəbindən asılı olmayaraq bu xəstəliyin müalicəsi zamanı pəhriz əsas rollardan birini oynayır. Bu pəhrizin əsas vəzifəsi qara ciyərin bərpasına kömək etməkdən ibarətdir.

Qida tamdəyərli vitamin və mikroelementlərlə zəngin və eyni zamanda orqanizm tərəfindən asan mənimsənilən məhsullardan ibarət olmalıdır:


Ardı →
 

Qrip haqqında doğru bildiyimiz səhvlər

QripHər il milyonlarla insan qripə yoluxur. Qrip soyuqdəymə nəticəsində yayılan virusdur. Sağlamlığımızda ciddi problemlərə yol açan bu xəstəlik haqqında təəssüflər olsun ki, çox şeyi səhv bilirik.

Dünyada hər il yüz milyonlarla insan qrip olur, hətta bəziləri qripdən dünyasını dəyişir. Xəstəliklə birlikdə qrip dünya iqtisadiyyatına da böyük zərər verir.

  • Qripin əlamətləri (qızdırma, öskürək, boğaz ağrısı, əzələ və baş ağrısı, halsızlıq) taqətimizi kəsərkən, bəziləri 2 günə, bəziləri isə 2 həftə ərzində sağalır. Qripə yoluxanlarda susuzluq və bədəndə mikroblar yarana bilər. Qrip bədəni zəiflətdiyi üçün xəstəni ölümcül olan digər xəstəliklərə qarşı müdafiəsiz hala sala bilər.

Ardı →
 

Qızılca

QızılcaBu kəskin infeksion xəstəliyi qızılca virusu törədir. İnfeksiya xəstə insandan hava-damcı yolu ilə (asqırarkən, öskürərkən) digər insanlara keçir. Virus çox uçucu və davamlı olub uzaq məsafələrə yayıla bilər.

İstənilən yaşda olan uşaqlar və böyüklər bu xəstəliyə yoluxa bilərlər.

Xəstəlik hərarətin yüksəlməsi ilə başlayır, uşaq əzgin, zəifləmiş olur, burundan xeyli miqdarda əvvəlcə selikli, daha sonra selikli-irinli ifrazat xaric olur, xırıltılı səs, öskürək qeyd edilir. Gözlər qızarır, işıqdanqorxma, gözün tez-tez yaşarması baş verir.

Xəstəliyin 2-3-cü günü praktik olaraq bütün bədən xırda qırmızımtıl səpgilərlə örtülür. Xəstəliyin 4-5-ci günü səpgilər qəhvəyi rəng alır. Qızılca zamanı müxtəlif fəsadlar da (pnevmoniya, otit, enterokolit) baş verə bilər. Qızılca xəstəliyindən ölüm halları da baş verə bilir (xoşbəxtlikdən çox nadir hallarda — əksərən kiçik yaşlı körpələrdə).

Qızılca xəstəliyinin müalicəsi əsasən ev şəraitində aparılır. Xəstəxanaya ancaq kiçik yaşlı uşaqları yerləşdirirlər (fəsad vermək qorxusu olduğundan). Uşağın olduğu otaq mütəmadi olaraq nəm əsgi ilə silinməli, havası tez-tez dəyişdirilməlidir. Otağa işıq düşməsini maksimal şəkildə məhdudlaşdırmaq lazımdır. Uşağın əl-üzünü tez-tez yumaq, gündə 1-2 dəfə gözlərini yumaq, hər qida qəbulundan sonra isə ağızı yaxalamaq (stomatitin profilaktikası üçün) lazımdır.


Ardı →
 

Uşaqlarda zökəm

Zökəm — burunun selikli qişasının iltihabıdır. Zökəm istənilən soyuqdəymə xəstəliklərini, əksər uşaq infeksion xəstəliklərini müşayiət edir. Bu xəstəliklər əksər hallarda elə zökəmlə də başlayırlar.

Deməli, müalicəni vaxtında başlasaq, xəstəlik çox da ağırlaşmaz.
Çox vaxt zökəm ayaqların-pəncələrin soyuması zamanı başlayır. Buna görə də əgər uşağın ayaqları islanıbsa və ya donubsa, evə gələn kimi, onun ayaqlarını isti vanna və ya xardal vannasına qoyun.

Gecə uşağa içinə xardal tozu səpilmiş corablar geyindirin, bal əlavə edilmiş isti süd içizdirin, S vitamini verin. Vaxtında yerinə yetirilən bütün bu tədbirlər uşaqda başlana bilən zökəm və onunla bərabər kəskin respirator xəstəliklər (KRX) və digər narahatlıqların qarşısını ala bilər.


Ardı →
 

Məxmərək

məxmərəkMəxmərək — kəskin infeksion virus xəstəliyidir. İnfeksiya hava-damcı yolu ilə (xəstə asqırarkən, öskürərkən) digər insanlara keçir.

Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür.

Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5-10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar.


Ardı →
 

Qan infeksiyaları

Təbii çiçək. Təbii çiçəyin klinik gedişini bir sıra dövrlərə bölmək olar. İnkubasion dövr orta hesabla 9 gündən 14 günə qədər davam edir. Prodromal dövr 3-4 gün davam edir və temperaturun qəflətən yüksəlməsi, bel nahiyəsində ağrılarla, mialgiya, başağrısı, tez-tez qusma ilə xarakterizə olunur. 2 — 3 gün ərzində xəstələrdə qızılca və ya skarlatina səpgilərinə bənzər səpgilər meydana çıxır. Prodromal dövrün axırına yaxın temperatur düşür. Bu zaman dəri üzərində və selikli qişalarda çiçək səpgiləri görünür.


Ardı →
 

Suçiçəyi

Su çiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. 
Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.

Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpgi əmələ gəlir. Səpgi ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlirlər.


Ardı →