Рейтинг
+1.13

Beynəlxalq hüquq

6 üzv, 38 topik

ATƏT

ATƏT — yəni, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktı 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 ölkəsi, ABŞ və Kanadanın dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. Helsinki sənədi gərginliyin azaldılması, burada yaşayan xalqların yaxınlaşması, Avropa qitəsində və onun ətraf ölkələrində əməkdaşlığın inkişafının uzunmüddətli proqramı kimi mühüm əhəmiyyətlidir.
Ardı →
 

Beynəlxalq hüquqda tanıma

Tanıma bir dövlətin, başqa bir dövlətə beynəlxalq hüququn subyekti kimi nəzərdən keçirilməsini və onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfil aktdır. Tanınma, habelə bir dövlətin başqa bir dövlətədə və yaxud onun ərazisinin bir hissəsində qeyri-kostitusion yolla bərqərar olmuş, səmərəli idarəçilik həyata keçirən, müvafiq ərazidə situasiyaya tam nəzarət edən hakimiyyəti həmin dövlətin (və ya müvafiq ərazinin əhalisinin) beynəlxalq münasibətlərdə nümayəndəsi kimi qəbul etməsinə də deyilir.
Əslinə qaldıqda, tanıma bilavəsitə beynəlxalq-hüquqi məsələ deyil, çünki bir dövlətin başqa dövləti tanımaq vəzifəsi və ya, müvafiq olaraq, ikinci dövlətin tnınmaq hüququ yoxdur. Başqa sözlə, tanıma dövlətin tam öz ixtiyarındadır və onu heç kim məcbur edə bilməz ki, yeni yaranməş dövləti və ya hökuməti tanısın. Bir dövlət başqa bir dövləti (və ya hökuməti) tanıyarkən öz siyasi və iqtisadi maraqlarını əldə rəhbər tutur. Məsələn, Mərakeş Sahara Ərəb Demokratik Respublikasını (Qərbi Saharanı) tanımır, çünki ona qarşı ərazi iddiaları vardır (baxmayaraq ki, Qərbi Sahara Afrika Birliyi Təşkilatının üzvüdür).


Ardı →
 

Beynəlxalq hüquqda təcavüzkarlıq

ХХ əsrin əvvələrində beynəlxalq hüquq təcavüzkarlığı qadağan etmirdi. Dövlətlərarası müharibələri isə bütün mübahisələrin həlli vasitəsi kimi əsas yol hesab edirdilər. Müasir beynəlxalq hüquq zor işlətməyi, hədələməyi və bir dövlətin digərinə təcavüzkarlığını qadağan edir. Belə qadağanın ilkin mühüm sənədləri, onun prinsipləri özünün rəsmi ifadəsini Hurenburq və Tokio Beynəlxalq Hərbi Tribunalarının Nizamnaməsində, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində öz əksini tapmışdır. Bizim əsrdə böyük avropa dövlətlərindən sayılan Turkiyə ilə Rusiya (keçmiş SSRİ) arasında 1920-21-ci, 1925-ci illərdə bağlanmış müqavilələri — yəni hücum etməmək prinsiplini təsdiq edən sənədləri misal kimi yada salmaq olar. Sonralar bu müqavilələr daha geniş çərçivədə inkişaf etdirildi və əlavə olaraq hər iki dövlət də çoxtərəfli müqavilələr imzaladılar. Onun ardınca Paris müqaviləsi — müharibədən milli siyasət aləti kimi istifadəni qadağan edən 1928-ci il sənədi — çoxtərəfli 8 müşahidənin böyük əhəmiyyəti qeyd edilməlidir.


Ardı →
 

Avropa İttifaqı və Avropa Birliyi

Avropa Birliyi iqtisadi əməkdaşlığın yeni hüquqi forması kimi meydana çıxmışdır. Birlik formal olaraq müstəqil, lakin bir-biri ilə qarşılıqlı əlaqədə olan üç təşkilatın — 1951-ci ildə yaradılmış Avropa Kömür və Polad Birliyi, 1957-ci ildə yaradılmış Atom Enerjisi üzrə Avropa Birliyi və həmin ildə yaradılmış Avropa İqtisadi Əməkdaşlıq Birliyinin birləşməsindən yaradılmışdır. Avropa İttifaqı özündə həm beynəlxalq təşkilatlara xas olan əlamətləri, həm də federativ dövlətə xas əlamətləri birləşdirir. Bu təşkilatın təsisedici və fəaliyyəti üçün əsas olan sənədlər aşağıdakılardır:
Ardı →
 

Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələri

Beynəlxalq hüququn əsas prinsiplərindən biri olan beynəlxalq mübahisələrin dinc yolla həll olunması prinsipinin normativ məzmununu və əhəmiyyətini yuxarıda geniş açıqlamışdır. Göstərmişdik ki, aralarında ortaya çıxan mübahisələri nizamlamaq üçün dövlətlər onların ixtiyarında olandinc vasitələrin hər hansı birindən istifadə edə bilərlər. Dinc vasitələrin tam olmayan siyahısı BMT Nizamnaməsinin 33-cü maddəsində öz əksini tapmışdır: danışıqlar, müayinə, vasitəçilik, barışdırma, arbitraj, məhkəmə araşdırması, regional orqan və ya sazişlərə müraciət. Göstərilən siyahıya “xeyirxah xidmətlər” daxil edilməmişdir; “müayinə” termininin əvəzinə isə hazırda “araşdırma” (“təhqiqat”) işlədilir.
Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələruni iki növə ayırmaq olar:

  1. diplomatik vasitələr;
  2. məhkəmə vasitələri.

İkinci növə beynəlxalq arbitraj və Beynəlxalq məhkəmə daxildir; bu halda beynəlxaq mübahisələri qərəzsiz üçüncü tərəf beynəlxalq hüququ əsas götürməklə həll edir və  onun çıxardığı qərar mübahisənin tərəfləri üçün məcburidir. Nəzərə almaq lazımdır ki, bütün dinc vasitələr çox zaman bir yerdə tətbiq olunur.


Ardı →
 

Beynəlxalq hüququn subyektləri

Beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və onları həyata keçirmək qabiliyyətinə malik olan quruma (bəzi hallarda-şəxsə) beynəlxalq hüququn subyekti deyilir. Beynəlxalq-hüquqi subyektliyin əsas ünsürləri aşağıdakılardır:

  • beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq;
  • beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədilə beynəlxalq (və ya dövlətdaxili) məhkəmə qarşısında iddia qaldırmaq hüququ;
  • beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti;
  • digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən imunitetə malik olmaq.

Ardı →
 

Diplomatiya və konsulluq hüququ

Dövləti beynəlxalq ünsiyyətdə təmsil edən dövlət orqanlarının statusunun və funksiyalarını tənzimləyən beynəlxalq hüquq normalarının məcmusuna Diplomatiya və konsulluq hüququ deyilir.      
Beynəlxalq hüquq bu ən qədim və ənənəvi sahəsinin məzmunu indiki dövrdə xeyil genişlənmişdir; diplomatiya və konsulluq hüququna hazırda həmçinin bir sıra digər yeni məsələləri, o cümlədən dövlətlərin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, təntənəli tıdbirlərdə, danışıqlar aparılmasına və s. iştirak etmək üçün digər dövlətlərə göndərilən xüsusi missiyaların funksiyalarını, beynəlxalq təşkilatların və onların əməkdaşlarının imtiyaz və immunitetlərini nizama salan normalar da daxildir.
Diplomatiya və konsulluq hüququnun əsas mənbələri kimi beynəlxalq müqavilə və beynəlxalq hüquqi adət çıxış edir. Dövlətlər arasında diplomatiya və konsulluq münasibətləri uzun tarixi dövr ərzində beynəlxalq adət normalarına söykənmişdir. İkinci dünya müharibəsindən sonrakı illərdə bu normalar bir neçə universal konvensiya şəklində məcəllələşdirilmişdir. Diplomatiya və konsulluq hüququ sahəsində əsas beynəlxalq konvensiyalar aşağıdakılardır:


Ardı →
 

Beynəlxalq hüququn əsas prinsipləri

Müasir beynəlxalq hüquqda bir sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktik cəhətdən mümkün deyilir. Həmin normalar beynəlxalq hüququn əsas prinsipləridir.
Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir.
Həmin maddənin 6-cı bəndində isə deyilir: “Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər”.
Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir və yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn bütün normaları beynəlxalq hüququnəsas prinsiplərinə uyğun olmalıdır.


Ardı →
 

Beynəlxalq təşkilatlar hüququ

Dövlətlərarası əməkdaşlığın ən mühüm təşkilatı formalarnıdan biri kimi beynəlxalq təşkilatlar XIX əsrin ikinci yarısında meydana gəlməyə başlamışdır. İlk beynəlxalq təşkilatlar aşağıdakılar idi:
1) Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq (1864);
2) Beynəlxalq teleqraf ittifaqı (1874);
3) Ümumdünya poçt ittifaqı (1874);
4) Beynəlxalq ölçü və çəki komitəsi (1875);
5) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Beynəlxalq ittifaq (1883);
6) Ədəbi və bədii mülkiyyətin mühafizəsi üzrə Beynəlxalq ittifaq (1886);
7) Gömrük tariflərinin nəşri üzrə Beynəlxalq ittifaq (1890);
8) Köləlik əleyhinə Beynəlxalq ittifaq (1890);
9) Dəmiryol mal daşımaları üzrə Beynəlxalq ittifaq (1890).
Hal-hazırda 300-dən artıq beynəlxalq hökumətlərarası təşkilat mövcuddur. Geniş mənada beynəlxalq təşkilatların (qeyryi-hökumət təşkilatları da daxil olmaqla) sayı isə 4 mindən də artıqdır.
Beynəlxalq təklilatlar hüququ sahəsində vahid məcəllələşdirilmiş akt toxdur. Ona görə də beynəlxalq təklilatların statusu, təşkili və fəaliyyəti ilə bağlı normaları müxtəlif xarakterli beynəlxalq müqavilələrdə tapmaq olar:


Ardı →
 

Beynəlxalq hava hüququ

Beynəlxalq hava hüququ – hava məkanının hüquqi statusu və ondan istifadə rejimi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
Beynəlxalq hava hüququnun tətbiq sahəsindən danışarkən nəzərə almaq lazımdır ki,hava məkanı (dünya okeanının səviyyəsindən kosmik fəzanın sərhədinə qədər olan sahə) iki növə — dövlətlərin quru və su ərazisi üzərində yerləşən suveren hava məkanına və dövlət sərhədlərinin hüdudlarından kənarda yerləşən açıq hava məkanına ayrılır. Dövlətin hava məkanının hüquqi rejimi milli qanunvericilik ilə nizama salınır. Lakin dövlət bu zaman beynəlxalq hava əlaqələrinə aid olan öz beynəlxalq öhdəliklərini mütləq nəzərə almalıdır.
Beynəlxalq hava hüququnun əsas mənbəyi beynəlxalq müqavilələrdir. Bu sahədə ilk çoxtərəfli müqavilə 1919-cu il Paris Konvensiyası olmuşdur. Konvensiyada dövlətlərin öz  hava məkanı üzərində müstəsna suvernliyi birbaşa təsbit olunmuşdu. Eyni zamanda, Konvensiya əcnəbi hava gəmilərinin başqa dövlətlərin hava məkanından “dinc uşub keçməsini” nəzərdə tuturdu. 1929-cu ildən ikinci çoxtərəfli müqavilə — Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların unifikasiyası üzrə Varşava Konvensiyası bağlandı.


Ardı →