ATƏT

ATƏT — yəni, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktı 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 ölkəsi, ABŞ və Kanadanın dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. Helsinki sənədi gərginliyin azaldılması, burada yaşayan xalqların yaxınlaşması, Avropa qitəsində və onun ətraf ölkələrində əməkdaşlığın inkişafının uzunmüddətli proqramı kimi mühüm əhəmiyyətlidir.
Azərbaycanın Qarabağla əlaqədar işlərində ikibaşlı oyunu 20 ildir davam etdirsədə (özümüzündə təqsiri var), təşkilat 1990-cı ildə Yeni Avropa üçün Paris Xartiyasının imzalanması və bir sıra yeni institutların yaradılması ilə ATƏM-in fəaliyyətində yeni dövrün başlanğıcını qoydu. 1991-ci ildə Berlində, 1992-ci ildə Praqada və Stokholmda, 1993-cü ildə Romada, 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda və s. keçirilmiş görüşlər, qəbul edilmiş yeni-yeni sənədlər ATƏM-in fəaliyyətinə xeyli fəallıq gətirmişdir.
ATƏT-in Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı BMT Katibliyi ilə çərçivə müqaviləsinin bağlanmasına və BMT Baş Məclisində müşahidəçi statusuna əsaslanır.
1992-ci il Helsinki bəyannaməsində üzv dövlətlər ATƏM-in BMT Nizamnaməsinin VII fəslinə uyğun olan regional saziz qəbul etdilər. 1994­ cü ildə Budapeştdə keçirilən dövlət və hökumət başçılarının zirvə toplantısında ATƏM təşkilat statusunu qazanaraq ATƏT adını aldı.
Helsinki yekun aktında -1975-ci ildə ATƏT üzvü olan dövlətlər qarşılıqlı münasibətlər qurmaq üçün 10 əsas müddəa qəbul etmişdir:
- dövlətlərin suveren bərabərliyi;
- zor tətbiq etməmə və zor tətbiq etməklə hədələməmə;
- dövlətlərin ərazi bütövlüyü;
- mübahisələrin sülh yolu ilə həlli;
- daxili işlərə qarışmama;
- fikir, vicdan, dini və etiqad azadlığı daxil olmaqla insan hüqüq və azadlıqlarına hörmət;
- bərabərlik və xalqların müqəddaratını həll etmək hüququ;
- dövlətlər arasında əməkdaşlıq;
- beynəlxalq hüquqi öhdəliklərin vicdanla yerinə yetirilməsi. Burada, istərdik ki, söylənilən 10 prinsipin bəzilərinə aid öz
mülahizələrimizi bildirək. Dövlətlərin suveren bərabərliyi prinsipi ATƏTin üzv dövlətləri hamılıqla birmənalı şəkildə qəbul edilsə də Azərbaycanerməni münasibətlərində ayrı-ayrı dövlətlər buna əməl etmir, ermənilərin tərəfini saxlayır, sözlə, sənədlə real əməl arasında heç bir uyğunluq yoxdur.
Zor tətbiq etməyə gəldikdə isə, ermənilər zor tətbiq etməkdən əl çəkmir, ATƏT-in qəbul edilmiş prinsiplərini pozur və hətta bu təşkilatın üzvü olan Rusiya silahla, maliyə ilə, ABŞ pulla yardım adı ilə, Fransa və
İslam ölkəsi olan İran isə başqa-başqa yollarla, üsüllarla onlara qayğı göstərirlər XX əsrin əvvələrində olduğu kimi.
S ərhədlərin toxunulmazlığı isə ermənilər tərəfindən 20 ildir pozulub, ATƏT-in üzv ölkələri isə təcavüzkarı heç cürə öz adı ilə çağırmaq istəmir və dövlətlərin ərazi bütövlüyü də həmin qəbildəndir.
Mübahisələrin sülh yolu ilə həlli problemi, 1994-cü ildən Azərbaycan-erməni tərəfləri arasında öz imzaları ilə təsdiq etsələr də ermənilər hər gün sülhü pozur, atəş açır, dinc Azərbaycan sakinlərini öldürür, sülh sazişinin əhəmiyyətini sıfıra endirirlər.
Daxili işlərə qarışmamaq prinsipində də ermənilər öhdəliklərinə əməl etmirlər. Bütün beynəlxalq təşkilatlar da Azərbaycanın əleyhinə qeyri-qanuni, yalançı məlumatlar yayırlar, ölkə daxilində bir çox hallarda terror hadisələri törətməklə insanları məhv etmiş, ölkəyə külli miqdarda iqtisadi və mənəvi zərbələr vurmuşlar, 300 illik düşmənçiliklərindən əl çəkməmişlər.
Vicdan məsələsində isə, qısa desək erməninin leksionunda belə bir fikir mövcud deyildir.
Dövlətlər arasında əməkdaşlıqdan danışdıqda isə, onlar həm Azərbaycandan və həm də Türkiyədən istədiklərini almaq, amma heç-nədə güzəştə getmək və ya həqiqətə uyğun hərəkət etmək fikrindən çox-çox uzaqdırlar.
Xalqların öz müqəddəratını həll etmə prinsipində ermənilər səhv olaraq israrlıdırlar. Ermənilər artıq öz müqəddəratlarını Azərbaycan torpaqları olan İrəvan xanlığı hesabına, onların soyqırımı hesabına,ölkəmizi talanetmə hesabına əldə ediblər. Bir millət, bir xalq öz müqəddaratını neçə dəfə həll edər. Xüsusəndə bu torpaqlar başqa bir xalqa mənsub olduğu halda.
Ermənilərlə beynəlxalq hüquqi öhdəliklərin vicdanla yerinə yetirilməsindən isə söhbət belə gedə bilməz. Eşit — inanma. Erməni həyat tərzində öhdəliyin yerinə yetirilmə prinsipləri heç bir tarixdə, heç bir xalqla, hətta onların dostluq etdikləri ölkə və xalqlar tarix boyu olmamışlar. Həmişə, hər yerdə qaraçı xislətlərinə uyğun hamını aldatmışlar. Təssüflənirik ki, digər ölkə və xalqlarla da — xüsusən də Rusiya, İran, bizim özümüz ermənilərin bu xasiyyətlərini tarix boyu nəzərə almamışlar.
ATƏT-in əsas məqsədləri isə aşağıdakılardır:
- qarşılıqlı münasibətlərin yaxşılaşdırılması və uzunmüddətli sülhün təmini üçün şəraitin yaradılmasına yardım etmək;
- beynəlxalq gərginliyin zəiflədilməsinə yardım etmək;
- Avropada təhlükəsizliyin bölünməzliyini, həmçinin üzv dövlətlər arasında əməkdaşlığın inkişafını qəbul etmək;
- Avropada və bütün dünyada sülh və təhlükəsizliyin qarşılıqlı asılılığını etiraf etmək;
- insan hüquqlarına riayət olunmasına, iqtisadi və sosial tərəqqinin, bütün xalqların rifahının yüksəlməsinə töhvələr vermək.
1990-cı ildə qəbul edilmiş Yeni Avropa üçün Paris Xartiyasına əsasən hər bir şəxsin:
1. Fikir, vicdan, din və etiqad azadlığı;
2. Fikrini ifadə etmək azadlığı;
3. Birləşmək və dinc yığıncaqlar keçirmək azadlığı;
4. İstədiyi yerdə yaşamaq və yaşayış yerini dəyişmək azadlığı hüququ vardır.
Heç kəs:
1. Qanuni əsas olmadan həbs edilə və tutula;
2. İşgəncəyə və ya başqa ağır, qeyri insani rəftara və ya cəzaya
məruz qala bilməz.
Hər kəs:
1. Öz hüquqlarını bilmək və onlara riayət edilməsini tələb etmək;
2. Azad və ədalətli seçkilərdə iştirak etmək;
3. Ədalətli və açıq məhkəmə baxışına;
4. Əmlaka malik olmaq və sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq;
5.Özünün iqtisadi, sosial və mədəni hüquqlarından istifadə etmək hüququna malikdir.
ATƏT-in üzv ölkələri 55-dən artıq olmaqla aşağıdakıları göstərmək olar. Amerika Birləşmiş Ştatları. Avstriya, Azərbaycan, Albaniya, Almaniya, Andorra, Belarusiya, Belçika, Bolqarıstan, Bosniya və Hersoqovina, Böyük Britaniya, Vatikan, Qazaxıstan, Qırğızıstan, Danimarka, Yunanıstan, Yuqoslaviya, İrlandiya, İsveç, İsveçrə, İslandiya, İspaniya, İtaliya, Estoniya, Ermənistan, Kanada, Kipr, Gürcüstan, Latviya, Litva, Lixteynşteyn, Lüksemburq, Malta, Makedoniya, Macarıstan, Moldova, Monoka, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya,Rumuniya, San-Marino, Slovakiya, Sloveniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Çexiya və s.

ATƏT-in quruluşu və insititutları, isə aşağıdakılardır.
1. Dövlət və hökumət başçılarının toplantısı. 1990-cı ilin noyabr ayında qəbul edilmiş Paris xartiyasına əsasən müşavirə hər iki ildən bir keçirilir. Müşavirədə ötən dövr ərzində baş verən hadisələrə yekun vurulur, iştirakçı dövlətlərin götürdükləri öhdəliklərə əməl etməsi ümumiləşdirilir, gələcək işin əsas istiqamətləri müəyyənləşdirilir.
2. ATƏT-in xarici işlər nazirlərinin Şurası. Mərkəzi icraedici və sərancamverici orqandır. İldə bir dəfədən az olmayaraq toplanır. Ş uranın əsas məqsədi dövlət və hökumət başçılarının zirvə toplantısını hazırlamaqdır.
3. Yüksək Vəzifəli Şəxslər Komitəsi. İki-üç aydan bir görüş keçirir və Komitə aşağıdakı məsələlərə baxır:
-ATƏT-in fəaliyyətini müşahidə, idarə və əlaqələndirmək;
- cari siyasi məsələlər üzrə məsləhətləşmələr keçirmək;
- ümumi siyasi derektivləri hazırlamaq;
- Ş uranın iclasları arasındakı dövrdə qərarlarqəbul etmək.
4. ATƏT-in fəaliyyət göstərən sədri vəzifəsini Şuranın sonuncu iclasını qəbul edən ölkənin xarici işlər naziri icra edir. O, ATƏT-in cari
fəaliyyətini əlaqələndirir və müzakirə edir. Fəaliyyət göstərən Sədr icra fəaliyyətinə görə ümumi məssuliyyət daşıyır. Bu vəzifədə qalma müddəti,
adətən bir təqvim ilidir. Sədr aşağıdakılara arxalana bilər:
- tərkibinə keçmiş, indiki və gələcək sədirlərin daxil olduğu üçlüyə;
- hər bir xüsusi halda fəaliyyət göstərən sədrə əlavə kömək göstərmək, məsələn, münaqişələrin aradan qaldırılması və böhranların nizamlanması məqsədilə təsis edilə bilən xüsusi rəhbəredici qrupa;
- bu və ya digər böhran və münaqişə baş verdiyi hallarda aydın və dəqiq mandatla Sədrə kömək təyin edilmiş şəxsi nümayəndələrə;
5. ATƏT-in üzv dövlətlərinin nümayəndələrindən ibarət Daim Komitəsi. (bu orqanı daimi Şura da adlandırılar). Bu Komitə təşkilatın gündəlik əməli məsələlərini həll edir, Daimi Komitə Vjanada yerləşir.
Onun işinə fəaliyyət göstərən Sədrin nümayəndəsi rəhbərlik edir. Komitənin üzvləri — ATƏT-in iştirakçısı olan dövlətlərinin daimi
nümayəndələri öz iclaslarını hər həftə Xoffburqda konqress-mərkəzdə keçirirlər. Daimi Şura siyasi məsələlər üzrə qərarlar qəbul edilməsi və məsləhətləşmələr aparılması ilə müntəzəm məşğul olur, ATƏT-ə aid olan bütün məsələlər barədə qərarlar qəbul edir. O, həmçinin fövqəladə vəziyyətləri müzakirə etmək üçün də çağırıla bilər.
6. Milli azlıqların işi üzrə Ali komissar milli azlıqlarla bağlı məsələlər üzrə operativ tədbirləri həyata keçirir.
ATƏT entik ixtilafların böyüyərək ATƏT regionunda münaqişələrə səbəb ola bilməsinin ilkin mərhələsində onun qarşısının alınması üçün operativ tədbirlər görülməsi məqsədilə dünyada sülhə, ATƏT-ə üzv dövlətlər arasında sabitliyə və münasibətlərə təhlükə törədə biləcək etnik ixtilafların araşıdırılması, onların ilkin mərhələdə nizama salınmasına yardım etməyə xidmət göstərir. MAAK-ın Bürosu Haaqada yerləşir.
7. Təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə forum.

ATƏT-in iştirakçı dövlətlərinin nümayəndə həyyətindən ibarət olan forum ATƏT-in tərkib ünsürlərindən biridir. Forumun görüşləri hər həftə Bjanada, Xoffburq mərkəzində keçirilir. TƏF çərçivəsində Avropanın bütün ərazisində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üzrə konkret tədbirlər barədə danışıqlar və məsləhətləşmələr aparılır. Onun əsas vəzifələri:
a) silahların məhdudlaşdırılması, tərksilah və etimad üzrə konkret tədbirlər barədə danışıqlar və məsləhətləşmələr aparılmasından;
b) təhlükəsizlik məsələləri üzrə müntəzəm məsləhətləşmələr keçirilməsi və sıx əməkdaşlıq edilməsindən və
v) münaqişələrin baş vermə təhlükəsinin daha da azalıdalması istiqamətində fəaliyyətdən ibarətdir. Bu forum, həmçinin təhlükəsizlik və etimadı möhkəmləndirilməsi tədbirlərinin (TET) həyata keçirilməsinə, hərbi doktrinalar üzrə seminardlar hazırlanmasına, yekunların qiymətləndirilməsi üzrə illik müşavirələrin keçirilməsinə cavabdehdir və razılaşdırılmış TET-lərin çərçivəsində təqdim olunmuş informasiyaların araşdırılması və baxılması üçün bir forum kimi xidmət göstərir.
8. Demokratik Təsisatlar və İnsan Hüquqları Üzrə Büro aşağıdakıları həyata keçirir:
— insan amili sahəsində öhdəliklərin yerinə yetirilməsinə nəzarət edir;
— beynəlxalq humanitar hüqüq və insan amili haqqında ümumi məlamatları yayır;
- demoktratik institutların yaradılması üzrə seminarlar təşkil edir. DTİHB Varşavada yerləşir. O, ATƏT-ə üzv ölkələrdə seçkilərin
keçirilməsi və demoktratik təsisatların inkişafı haqqında informasiya mübadiləsi üçün təşkilat hədləri təmin edir, seçkilərin keçirilməsi üzrə müşavirədə işini əlaqələndirir, konstitusiya və hüquq məsələləri sahəsində ekspert köməyi göstərir.
9. Parlament Assambleyası. 1991-ci ilin aprelində ATƏT-in üzv
ölkələrinin parlamentarları ATƏT-in Parlament Assambleyasını yaratmaq qərarına gəldilər. Onun cari işlərini Kopenhagendə yerpləşən Katiblik aparır. Fəaliyyət göstərən Sədr PA ilə müntəzəm əlaqə saxlayır və ona ATƏT-in fəaliyyəti barədə məruzə edir. Əhalinin sayından asılı olaraq hər üzv -dövlətdən 2-17 nümayəndə olmaqla cəmi 312 nəfərdən ibarət olur. Hər il üzv dövlətlərin birində sessiyalar keçirir. Qərarlar bir qayda olaraq sadə səs çoxluğu, bəzən konsensus yolu ilə qəbul edilir.
Parlament Assambleyasının siyasi və təhlükəsizlik, iqtisadi və humanitar məsələlər üzrə üç əsas komitəsi vardır. Assambleya aşağıdakı məsələlərə baxır:
- ATƏT-in fəaliyyətini qiymətləndirmək;
- dövlət və hökümət başçılarının görüşündə və ya ATƏT-in Nazirlər Şurasında baxılan məsələlər üzrə müzakirələr keçirmək;
- milli parlamentləri müntəzəm olaraq məlumatlandırmaq.
10. ATƏT-in Katibliyi. Vjanada yerləşir. Katibliəyə baş katib
rəhbərlik edir. O, Yüksək Vəzifəli Şəxislər Komitəsinin təklifi ilə ATƏTin Şurası tərəfindən 3 il müddətinə seçilir.
Katiblik, əsasən Vyanada fəaliyyət göstərir. O, dörd şöbədən ibarətdir:
a) Fəaliyyət göstərən Sədrin işini təmin edən ümumi məsələlər üzrə şöbə görüşlərinin hazırlanmasına, beynəlxalq təşkilatlarla və mətbuatla əlaqələrə, ictimai informasiya məsələlərinə cavabdehdir;
b) münaqişələrin aradan qaldırılması üzrə mərkəz — münaqişələri aradan qaldırmaq və böhranları nizama salmaq sahəsində ATƏT-in fəaliyyətinin ümumi təminatı ilə, həmçinin ATƏT-in missiyalarını operativ müdafiə etməklə məşğuldur; Mərkəz çərçivəsində məlumatlar bazası olmaqla ATƏT-in rabitə şəbəkəsi fəaliyyət göstərir;
v) konfranslara xidmət göstərən şöbə — konfrans və tərcümə xidmətini təmin edir, sənədlər və protokol məsələləri ilə məşğuldur;
q) inzibati-büdcə şöbəsi-inzibati xidmət göstərir, kadr siyasəti ilə məşğul olur və maliyyə nəzarətinə cavabdehdir.
ATƏT Katibliyinin daimi əməkdaşlarının ümumi sayı 65 nəfərə yaxındır.
11. Baş katib Nazirlər Şurası tərəfindən üç il müddətinə seçilir. O, Vyanada fəaliyyət göstərən sədrin nümayəndəsi kimi çıxış edir və bütün fəaliyyəti dövründə ATƏT-in məqsədlərinin həyata keçirilməsi üzrə onu dəstəkləyir. ATƏT-in qurumlarına və apardığı əməliyyatlara rəhbərlik də Baş katibin funksiyalarına aiddir. O, ATƏT-in əsas inzibati vəzifəli şəxsidir, ATƏT-in görüşlərinə hazırlıq və işinə rəhbərlik məsələlərində fəaliyyətində olan sədrlə əməkdaşlıq edir, qəbul olunmuş qərarların yerinə yetirilməsini təmin edir.
12. ATƏT-in missiyaları. Hazırda ATƏT-in Bosniya və Hersoqovinada, Xorvatiyada, Estoniyada, Gürcüstanda, Kosovo, Sancaq
və Voyevodinada, Latviyada, keçmiş Yuqoslaviya Respublikası Makedoniyada, Moldovada, Tacikistanda, Ukraynada və s. missiyası
fəaliyyət göstərir. ATƏT-in missiyaları münaqişələri aradan qaldırmaq və böhranları nizamlamaq məqsədinə xidmət edir. Onların mandatında, adətən, yerlərdə nümayəndələrlə sıx əlaqə yaratmaq və cəlb edilmiş tərəflərlə dialoqu möhkəmləndirmək tapşırığı nəzərdə tutulur. Hər bir missiyanın mandatı konkret şəraitə uyğun olaraq hazırlanır.
13. Sanksiyaların müdafiəsi üzrə missiyalar. 1993-cü ilin fevralında ATƏT sanksiyaların dəstəklənməsi üzrə missiyaların təsis
edilməsi barədə qərar qəbul etmişdir. Serbiya və Çernoqoriyaya tətbiq edilən sanksiyaların və keçmiş Yuqoslaviyanın bütün Respublikalarına silah satışına embarqonun həyata keçirilməsinə nəzarət bu missiyalardandır. Bu missiyalar keçmiş Yuqoslaviya Respublikası (Serbiya və Çernoqoriya) ilə həmsərhəd olan bütün ölkələrdə fəaliyyət göstərmişdir.
14. Barışıq və Arbitraj Məhkəməsi. Məhkəmə 1994 cü ilin dekabrında ratifikasiya haqqında on iki sənədin saxlanmağa verilməsindən
və ya birləşmədən sonra qüvvəyə minmiş ATƏT çərçivəsində barışıq və arbitraj üzrə Konvensiyaya uyğun olaraq təsis edilmişdir. Onun vəzifəsi barışıq və ya müvafiq hallarda Konvensiyanı imzalamış, ATƏT-in iştirakçı dövləti tərəfindən onun müzakirəsinə çıxarılan mübahisənin arbitraj vasitəsilə nizamlanmasıdır. Məhkəmə Cenevrədə yerləşir.
15. Birgə Məsləhətləşmə qrupu.1990-cı ildə Avropada Adi Silahlı qüvvələr haqqında Müqavilənin (AASQ) iştirakçıları məqsədə çatmaq və ATƏM çərçivəsində bağlanan AASQ haqqında, Müqavilənin müddəalarının yerinə yetirilməsinə kömək üçün birgə Məsləhətləşmə qrupu təsis etdilər. BMQ Müqavilənin müddəalarına əməl edilməsi ilə bağlı məsələlərlə məşğul olur. Müqavilənin həyat qabiliyyəti və səmərəliliyinin yüksəldilməsi istiqəmətində tədbirləri müzakirə edir, onun yerinə yetirilməsinin texniki aspektləri haqqında qərarlar qəbul edir, bununla əlaqədar ortaya çıxan mübahisəli məsələləri həll edir. Birgə Məsləhətləşmə Qrupunun işində-iclasları Bjanda keçirir.
16. Açıq Səma üzrə Məsləhətləşmə Komissiyası. 1992-ci ildə iştirakçı dövlətlər Açıq Səma və Məsləhətləşmə Komissiyası təsis edilər. Komissiya formal olaraq ATƏT-in sturkturlarına daxil edilməsə də ATƏT ilə Səma üzrə Müqavilə arasında siyasi əlaqə 1992-ci ildə qəbul olunmuş xüsusi bəyannamədə müəyyən edilmişdir. ASMK-nın iclaslarında ATƏTin katibliyi xidmət göstərir. ASKM-nın həftədə bir dəfə Vyanada keçirilən iclaslarında cəmi 27 iştirakçı dövlət və ya 17 müşahidəçi dövlət təmsil olunmuşdur.
ATƏT-in maliyyələşdirilməsi. ATƏT-in bütün təsisatlarının, danışıqlarının, xüsusi görüş və missiyalarının fəaliyyətinin maliyyələşdirilməsi iştirakçı dövlətlərin üzvülük haqqı hesabına həyata keçirilir. Maliyyələşdirilmənin bu qaydası ezamiyyətdə olan əməkdaşlara şamil edilmir, belə ki, onların əmək haqqı milli orqanlar tərəfindən ödənilir.
1992-ci il yanvar ayının 20-dən Azərbaycan Respublikası ATƏT-in üzvüdür. İyul ayının 10-dan isə Azərbaycan tərəfindən Helsinki Yekun aktı imzalanmışır. 1992-ci ilin mart ayının 24-də ATƏT-in Nazirlər Şurasının qəbul etdiyi qərara əsasən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması üçün 11 dövlətin daxil olduğu Minsk qrupu yaradılmışdır. Minsk qrpunun əsas vəzifəsi münaqişəni nizama salmaq məqsədilə vasitəçilik etmək, müvafiq sənədlər hazırlamaq və münaqişənin sülh sazişi ilə başa çatdırılması üçün xüsusi Minsk Konfransı çağırmaqdır.
Yuxarıda çox müfəssəl şəkildə ATƏT-in vəzifəsi və sturukturu haqqında məlumatlardan onların bütün fəaliyyətləri çərçivəsi aydınlaşır. Onların işçiləri bizim hesabımıza, yəni üzv dövlətlərin maliyyəsi hesabına mövcuddurlar. Belə çıxır ki, ATƏT-ə üzv dövlətlərin sayı nə qədər çox olarsa və münaqişələr nə qədər çox üzanarsa ATƏT əməkdaşlarının maraq dairələrinə daha uyğundur.
Bizim üçün maraq kəsb edən digər məsələlərdən biri də Azərbaycanın onlardan umacağıdır. ATƏT-in söylədiyimiz funksiyalarına bir əsasnamə kimi baxarıqsa, aydınlaşar ki, onlar qəti qərar sahibi deyillər. Onların işləri münaqişə tərəflərini hər kəsin öz milli psixologiyasına yuğun «tumarlamaq-şumallamaqdır».
Qaldı ki, münaqişədə olan dövlətlərin siyasi sturukturlarının öz xalqına müraciətlərinə, əlbət də uduzan tərəf hesabatını və fikrini daxili sabitliyi saxlamaqla rəhbərlikdə qalma müddətini üzatmağa kökləyir.
Bəlkə də başqa çıxış yolu yoxdur, onu tapa bilmir, yaxud xalqını özünə inandıra bilmir və s. məsələlər ola bilər.
Münaqişənin qalib tərəfi isə əksinə, öz xalqına müraciətdə bir çox çatışmamazlığı bu əlamətlə pərdələməyə üstünlük verirlər. Bunun bariz nümunəsi 60 illik müharibələr aparan Fələstin-İzrail və 20 illik müharibələr yaşayan Azərbaycan-erməni münaqişələridir.
 

0 şərh