Beynəlxalq cinayət hüququ
Dövlətdaxili hüquq qaydasını cinayətkər əməllərdən qorumaq məqsədi daşıyan milli cinayət hüququ kimi, beynəlxalq cinayət hüququ da beynəlxalq hüququn müxtəlif sahələrinin xüsusilə təhlükəli pozuntularına, bir neçə dövlətin və yaxud bütün beynəlxalq birliyin mənafeyinə toxunan cinayət əməllərinə qarşı mübarizə məqsədi daşıyır: məsələn, beynəlxalq dəniz hüququnda (dəniz quldurluğu), beynəlxalq hava hüququnda (hava gəmilərinin qaçırılması, mülki aviasiyanın təhlükəsizliyinə qarşı digər cinayətlər), diplomatiya hüququnda (diplomatik müdafiəsi olan şəxslər əleyhinə cinayətlər), beynəlxalq iqtisadi və maliyyə hüququnda (pul nişanələrinin saxtalaşdırılması) və s.
Beynəlxalq cinayət hüququ beynəlxalq hüququn yeni sahəsidir. Lakin ayrı-ayrı normalar artıq XIX əsrdə yaranmağa başlamışdır. Beynəlxalq cinayət məcəlləsinin ilk layihəsi hələ 1832-ci ildə ortaya çıxmışdı, lakin o zaman söhbət, əsas etibarilə, narkotik maddələrlə alver, qul alveri və s. kimi cinayətlərdən gedirdi.
Ardı →