Zahid Qədimli ilə müsahibə

“Azərbaycanda təhsilin vəziyyəti pisdir”, “Misir  təhsilimizin düşmənidir” və s. deyənlər nə qədər çox olsa da, o da həqiqətdir ki, istedadı olanlar özlərinə onsuz da yol açır.

Bacarıqlı və təhsili sayəsində uğur qazanmış gənclər arasında saytımzın aktiv istifadəçisi, ACCA-in F5 (Perfomance Management) istiqaməti üzrə 2012-ci ilin dekabr sessiyasında 76 bal yığmış Zahid Qədimlinin də adı var. Dünyada 21-ci, Azərbaycanda isə 1-ci yeri tutmuş Zahid bizim bəzi suallarımzı cavablandırır.

Qısa arayış: Qədimli Zahid Qəhrəman oğlu 1991-ci ildə doğulub, 2009-cu ildə Qafqaz Özəl Gimnaziyasını fərqlənmə attestatı ilə bitirib. Azərbaycan Dövlət Neft Akademiyasının BBA proqramında (Georgia State University-nin birgə layihəsi əsasında trəhsil verilir) menecment ixtisası üzrə təhsil alır. 2012-ci ilin iyul ayından başlayaraq GRBS-də mühasib kimi çalışır. İngilis və türk dillərini yaxşı bilir, tez əsəbiləşir)) Hobbiləri kitab oxumaq,  musiqiyə qulaq asmaq, İT sahəsində baş verən yeniliklər bardə məlumatlar toplamaq, Facebookda vaxt öldürmək və s.

 

 Zahid Gadimli

 

1. ACCA nədir, insanlara nə verir və onun karyerada rolu nədir?

Beynəlxalq Təşkilat olan ACCA artıq dünyanın əksər ölkəsində rəğbət qazanıb və onun imtahanlarını dünyada öndə gedən beynəlxalq şirkətlər tanıyır və işə qəbul zamanı yüksək qiymətləndirir. Universitet oxumaqla yanaşı adıgedən imtahanların verilməsi gələcəkdə karyerada yüksək pillələrə qalxmaqda nərdivan rolunu oynayır.

 ACCA(The Association of Chartered Certified Accountants — İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) — maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. Bunun üçün aşaıdakı 14 imtahandan keçmək lazımıdr

Fundamentals

  1. F1 Accountant in Business — Mühasib və biznes
  2. F2 Management Accounting — İdarəetmə uçotu
  3. F3 Financial Accounting — Maliyyə uçotu
  4. F4 Corporate and Business Law — Korporativ hüquq
  5. F5 Performance Management — Səmərəliliyin idarə edilməsi
  6. F6 Taxation — Vergilər
  7. F7 Financial Reporting — Maliyyə hesabatları
  8. F8 Audit and Assurance — Audit və onu maşaidə edən xidmətlər
  9. F9 Financial Management — Maliyyə menecmenti

 

Professional

  1. P1 Professional Accountant — Professional Mühasib
  2. P2 Corporate Reporting — Korporativ Hesabatlar
  3. P3 Business Analysis — Biznesin Təhlili
  4. P4 Advanced Financial Management — Maliyyə menecmenti
  5. P5 Advanced Performance Management — Səmərəliliyin idarə edilməsi
  6. P6 Advanced Taxation — Vergilər
  7. P7Advanced Audit and Assurance — Audit və onu maşaidə edən xidmətlər

 

Faith Pierce, Amerikanın Azərbaycandakı səfirinin həyat yoldaşıyla birgəQeyd:  Fundametals mərhələsi iki modula ayrılır: Knowledge və Skills. Knowledge modulu (F1-F3) tələbələri maliyyə və idarəetmə uçotunun əsasları ilə tanış edir. Skills modulu (F4-F9) hər bir mühasibin gələcək karyera planlarından asılı olmayaraq mənimsəməsi lazım olan əsas texniki sahələri tam əhatə edən altı fəndən ibarətdir (hüquqşünaslıq, səmərəliliyin idərə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi).
Professional mərhələsi iki modula bölünür: Essentials (əsas fənlər) (P1-P3) və Options (əlavə, fakültativ fənlər) (P4-P7).

ACCA-nın dünyanın 17 ölkəsində 154000 üzvü var.

2. ACCA member olduqdan sonra gələcəyinizi necə görürsünüz?

ACCA-in 9-cu imtahından sonrakı 7 imtahanı vermək üçün artıq 3 ildən çox iş təcrübəsinin olması labüddür. Buna görə də artıq maliyyə sahəsində kifayət qədər təcrübəyə balik olursan və hamçinin ACCA-in köməyi ilə də karyerada yüksək pilləyə çıxmaq mümkün olur.

3. İmtahanlara hazırlaşarkən istifadə etdiyiniz xüsusi yol/metod varmı?İmtahanlar barədə hardan məlumat aldınız??

Dünyada bir çox nəşrlər evləri ACCA üçün dərs vəsaitləri çap edirlər. İstər BPP istərsə də Kaplan kifayət qədər anlaşılan izahlı dərsliklər nəşr edir. Adıgedən kitabların seçiləsi və ya Bakıda mümkün olan kurslarda ( məs: GRBS) iştirak etməklə ugur qazanmaq mümkün olur. Onu da qeyd edim ki, əsas imtahan girmədən əvvəl çoxlu məsələlər etmək də faydalıdır.

İkinci kursda oxuyarkən «Introduction to Accounting» dərsini tədris edən müəllimim ACCA haqqında məlumat vermişdi. Bununla yanaşı GRBS-in ACCA haqqında məlumat braşurunu bizə təqdim etdikdən sonra bu haqda geniş məlumat əldə etdim. Məktəbdə oxuyarkən riyaziyyat və həmçinin universitetdə mühasibatlıq fənlərinin tədrisi məni peşəkar mühasibatlıq sertifikatlarına marağımı artırdı və 2011-ci ildə GRBS-də ACCA F1 kursuna yazılaraq ACCA-dən qeydiyyatdan keçdim.

4. Yığdığınız yüksək balda (və ümumiyyələ, təhsilinizdə) kimlərə borclusunuz? Kimlər sizə yardım edib?

Əlbəttə ki, bir neçə imtahanı keçməyimin səbəbini müəllimlərimə və ailəmin dəstəyinə borcluyam.

 

35 şərh

BaRLeLiTa
Təbrik edirəm sizi, gələcəkdə həyatınızda daha böyük uğurlar əldə edib, istədiyiniz həyata yiyələnmənizi arzu edirəm.
seyidova
Aferin.Uğurlarınız bol olsun.
pascal
Oxumaq istəməyən, işləmək istəməyən nə qədər istəyirsən bəhanə tapar. Hünərin var, təhsilin belə nizamsız olduğu vaxtda oxu.
Afərin sizə Zahid. Allah uğurlarınızın davamın gətirsin.
Zahid_GDMLI
Çox sağ olun, təşəkkür edirəm.
istorik_c
Nə qədər belə tərifli yazıları və tərif dolu kommentariyaları görəndə həmişə ürəyim ağrıyır.Bir millət kimi biz hələ də yetişə bilməmişik.Xislətimiz belədir-Güclünü tərifləmək, gücsüzə əl tutmamaq."Özəl təhsil alan" Zahid Qədimli kimi minlərlə istedadlı uşaq var ki bu cür təhsildən məhrumdur və sosial diqqətsizlikdən məhv olub gedirlər
umud600
İstorik, əvvəla millət adından danışmağa ixtiyarınız yoxdu. Millət adından danışmağa qərarlısınızsa, o zaman bir az diqqətli olun. Xislətinizin müalicəyə ehtiyacı var…
Cavid
istoric, əvvəlcə onu qeyd edim ki bu layihədə hər dəfə bir gənc istedadların interview yəni mühasibələri yerləşdiriləcək, ikincisidə ki düz qeyd olunub sizin millət adindan danışmağa həm ixtiyarınız yoxdur həm də haqqının, necə məntiqsiz yanaşırsız, özəl təhsil alan, onda dövlət ACCA kursları təşkil etmir dəyə gərək heç kim bu cür sertifikatlar əldə etməsin??? yaxud da kimsə diqqətdən kənar qalirsa bunun günahkarı bizik, biraz məntiqli düşünün siz bunu bizə yox aidiyyatı qurumlara yazin əgər sizin məntiqizdə kimsə olsa sizə cavab yazarlar, sonda isə əgər bilirsinizsə keçən ay kayzen.az da istifadəçilərin təşəbbüs və iştirakı ilə yardım kampaniyası edildi və buda yetərincə yerinə düşdü, sonda isə siz yetişə bilməmisinizsə başqalarında günah axtarmayin hansisa istedadlı gəncin uğurlarının işaıqlandırılması məgər pis bir göstəricidir. Minlərlə gəncin diqqətdən kənar qalması bizim problemimizdirmi, əgər bu cür gənclər taniyirsinizsa böyük məmnuniyyətlə onlarlada müsahibə saytda yerləşdirilər, ancaq bu cür məntiqsiz yanaşma həqiqətən millət olaraq demirəm məhz elə sizin probleminizdir birdə paxıllıq, müalicə məsələsinə məndə qatılıram
Samir012
güclü məntiqdi ürək ağrısına düşmüsüz, kiminsə uğrunu işıqlandırmaq nə pis zəhəti var, görünür sizin ACCA haqqında ümumiyyətlə məlumatınız yoxdur yoxsa bu nəticə üçün təbrikdən başqa bir şey yazmaq ən azından vicdansızlıqdır, mən sizə zəmanət verir\m nə siz nədə tanıdığınız heç bir şəxs bu nəticəni yığa bilməz, o dediyiniz diqqətdən məhrumlarda istər bu nəticə istərsədə elə orta məktəbdə, əgər kimsə ACCA dən bu nticəni yiğsa sizin tanidiğız sizə haq verərəm və razılaşaram əks halda həkim üçün məsləhətlər yazaram
_BUMERANQ_
Təbriklər. Sağ əliniz bütün gənclərin başına :)
Digər münasibətlərə gəlincə (mənfi və ya məntiqsiz) belə münasibətlər həmişə olub və olacaq. Sadəcə olaraq əhəmiyyət vermiyin. 
 
istorik_c
Mən millətindən adından yox onun xarakterik xüsusiyyətindən yazmışam.Diqqətlə sözlərimi oxuyun görün təriflənən gəncin ünvanına hansısa mənfi söz işlətmişəm və ya təhqir etmişəm.Sadəcə diqqəti ona yönəltmişəm ki biz ancaq tərifləməklə işimizi bitmiş hesab edirik.Problem 100 nəfərin bu uğura imza atması əvəzinə bir nəfərin bu mərtəbəyə yüksəlməsindədir.Və siz Samir bu fikri vicdansızlıq hesab edirsiz eləmi? Bu gün adi orta məktəbdə təhsil alan şagirdlə ildə 4000-5000 manatlıq təhsil haqqı alan özəl lisey şagirdin imkanlarını siz də eyni cür qiymətləndirirsiniz?Umud və Cavid O müalicəni də mənə yox dediyiniz aidiyyəti qurumlara və ora seçilmiş şəxslərə məsləhət edin.
umud600
Salam, ay İstorik. Sizin də yəqin ki. həyatda uğurlarınız olub və yaxın ətrafınız da sizi bu münasibətlə təbrik edib. Bu işi bu qədər abartmağa lüzum yoxdur. O ki, qaldı 4000 — 5000 manatlıq liseylərə vallah şagird var ki, 40000 manatlıq məktəbdə oxusa da xeyri yoxdu. İstorik, pul hər şey demək deyil. Zahidin uğuruna siz də müsbət qiymət verin. Yuxarıdakı şərhiniz də elə millət adından danışmaqdı)
Cavid
Birincisi heç kimin başı üçün deyil ki Zahide ne ise tehqir ediləcək söz desin, lap adi söz də olsa, bildin bilmədin danışırsan, səncə bir tələbə günün ikinci yarisini özəl firmada işləyib qazandığı pulla beynəlxalq sertifikatlar alması alqışlanmamalıdırmı? sadəcə paxıllıq hissi yeyib bitirir yəqin, düz qeyd olunub o qədər imkanlı insanlar var 100 minlərlə pul tökürlər ortada heç bir nəticə yoxdur, sənin o təriflədiyin insanlar isə boş vaxtları faydalı iş görüb oxumaqdansa orda burda avaralanıb çayxanalarda vaxt keçirir, ölürük də uzaqgörənlik etməyə, aidiyyatı qurumlarinki artıq müalicədən keçib, məntiqsiz yazırsız heç özüz də bilmirsiz 100 nəfərin bu uğura imza ata bilməməsi məgər mənim va bizim günahımızdır??? əgər ümumiyyətlə cəmiyyətdən xəbərdarsınızsa yüksək nəticə göstərən özəl lisey şagirdləri deyil təkcə həmdə sıradan məktəblərdə oxuyanlardır, kiminsə halallıqla qazandıqı puldan daha yaxşı məktəblərdə oxuması məgər problemli və qəbahətli bir şeydir, hansı məntiqdən danışırsız, əgər yazdığınızı oxusanız görərsiz ki millət adından danışmısız indi də inkar edirsiz, kiminsə uğurunu qəbul edib onun üçün sevinmək daha axşıdır nəinki nə isə bir məntiqə sığmayan fikir uğrunda mübahisə etmək, mən ancaq bildiyim və tanidiqim insanların uğurlarını bilib işıqlandıra bilərəm bilmədiyimi hardan bilə bilərəm ki kimsə daha uğurlu nəticə əldə edib taniyirsiz təklifiniz varsa göndərin onu da işıqlandıraq anca inanin bütün ekspertləri bu işə cəlb etsəniz ACCA də 1 ci yeri tutan ikinci bir adam olmayacaq ona görə özünü çox yorma və çalış insafsızlıq eləmə, kayzen.az əsas məqsədi inkişaf və daim yaxşılıqa doğru dəyişməkdir elə budə ən yaxşı nümunədir
Gülnar
Təbrik edirəm, böyük uğurdur… Eşq olsun çalışqan, oxuyan, sağlam düşüncəli insanlara.
pascal
Bu topikdə bir Azərbaycanlı balasının uğuru haqda yazıldığını gördüm. Səmimi sözümdür, təhsil sistemimizin belə axsadığı bir vaxtda (bunu inkar etməyək, hamımız bunu yaxşı bilirik) ruhdan düşməyib, oxumağa 4 əllə sarılıb, həm işləyib, həm də oxuyan bir gəncin sevincinə şərik olub, doğurdan çox sevindim. Fikirləşdim ki, təbriklər və şərhlər də ancaq bu istiqamətdə olacaq. Şərhləri görəndə təəssüf hissi keçirtdim. Gəlin, belə gəncləri bildiyimiz-bilmədiyimiz, əsaslı-əsassız fikirlərimizlə ruhdan salmayaq. Mən burda heç kəsi tanımıram, nə də kimsənin dostu ya qohumu deyiləm ki. kimisə müdafiyə edim və yaxud kiminsə üstünə düşüm. Sadəcə, 2-ci dəfə şərh yazmağım, 1-ci təbrik şərhindən sonra istorikin dediyi sözlərdən mənə də düşən payın təsirindəndir. 
istorik_c, qardaşım, gözəl bir məqalə dərc etmisən, elə ondan da bir sitat gətirim: «Axıradək oxumadığımız kitab, sonadək baxmadığımız film, mahiyyətini dərindən bilmədiyimiz məsələlər barədə peşəkarlarla ciddi mübahisələrə girişirik. Bizi bu zaman həqiqəti tapmaqdan daha çox, rəqib üzərində qələbə maraqlandırır...» Bu və bu kimi ürəkağrıdıcı sözlər dolu bir topikinizlə tam razıyam. Təəssüf ki, bir yandan belə sözlərin doğruluğunu təsdiq edir, bir yandan da özümüz belə davranırıq.
Sizin, şərhinizdə yazdığınız sölərin bəziləri həqiqətdir, çünki, sən də, mən də, başqaları da bunları ətrafımızdakı gənclərdə görmüşük. Ancaq, biz yalnız gördüklərimiz qədərilə danışa bilərik. Bu gəncin isə zəhmət çəkib, oxuyub, müvəffəq olduğu bir işə, təhsilimizdə və cəmiyyətimizdəki bəzi neqativlikləri əsas tutaraq kölgə sala bilmərik. Şəxsən mənə, sayt yoldaşım haqda bunu demək düşər: Müvəffəqiyyətə atdığın hər addaımda Allah sənə yar olsun. Uğurlarının ardı tükənməsin! :)
istorik_c
Hörmətli pascal.Boynuma alıram ki birinci şərhimi olduqca sərt yazmışam və bunu yenə də deyirəm Zahid Qədimli kimi istedadların üstünə kölgə salmaq məqsədi ilə etməmişəm.Belə fikir heç ağlıma da gəlməyib.Öz işimlə bağlı yaşadığım yerdə gücüm çatdığım qədər hər kəsə kömək edirəm.  İnanıram ki əgər Zahid Qədimli kimi 100-dən çox insanın uğuru kayzendə  işıqlandırılsa sevincimizi sürməyə bəlkə də vaxt çatmazdı. Sadəcə mənə toxunan məsələ cəmiyyətimizin  zəif futbol komandasının oyunda tətbiq etdiyi taktikaya uyğun bir qol vurmaq və müdafiəyə oturmaq kimi fəaliyyətidir. İnanın ki, dediklərinizi bu saytda kiminsə yazacağını düşünürdüm və düşündüyüm kimi də oldu. Tanrı sizə də yar olsun.Sağ olun! :)
pascal
istorik_c, sözlərinizin səmimilyinə inanıram. Sizi də qınamıram, hardasa siz də haqlısınız.
Allah sizə də kömək olsun, siz də sağ olun. :)
Cavid
O məntiq mənə çatmır sadəcə, bilirsiz lap yaxşı düzəldin məqalə nəşr edin belkə icazə verilmir bu cür nəşrlərə, biraz insaflı davranında, bəlkə icazə alirsiz hər məqalə üçün bəlkə ödəniş edirsiz, bəlkə kimsə nə isə istiyir sizdən, nə istoiyirsiz yazirsiz da kim mane olur, bilirsiz taniyirsiz işıqlandırın da yazın, bütün bakıdakı gəncləri tanimamaq məgər mənim yada kayzen heyətinin günahıdır, mən bildiklərimi nəşr edirəm sizdə bildiklərinizi, necə məntiqlə danışırsız anlamıram, ətrafınızda varsa qeyd edin müsahibə edin və nəşr edin, bu qədər əlavə danışığa nə gərək var, bəzən yaxşılıq və insafdan uzaq danışırsız, biraz ədalətli olun və haqq verdiyiniz sözləri dərk edin, təbrikizdə lazım deyil məntiqizdə, yaxşıkı Allah qorxusu var çoxlarında yoxsa görülən işlərə qiymət verilməzdi
pascal
Cavid bəy, istorik_c şərhinin sərt şəkildə yazdığını özü də etiraf etdi. Şərh həm sərt, həm də bir az kobud çıxdığından anlaşılmazlıqlara gəlib çıxdı. Bəlkə, bu mübahisəni uzatmayaq... 
Ferbara
Zahid GDMLI, sizi bu uğurunuza görə təbrik edirəm. :) Uğurlarınızın davamlı olsun, inşallah.
Amma kayzen, sizin yerləşdirdiyiniz mətndə o qədər səhv var ki… Siz nümunəsiniz və başqa üzvlərə örnək olmalısınız. Lütfən, vaxtınız olanda bu səhvləri düzəldin.
O ki, qaldı Azərbaycanda təhsil və Zahid bəyə… Azərbaycanda təhsilin axsadığını məqalə müəllifi özü də lap əvvəldə təsdiq edir. Bu uğurun qazanılmağında isə Azərbaycan təhsilindən çox xarici təhsilin rolu olub. Deyildiyi kimi, ACCA üçün BPP və Kaplan kitablarından bəhrələnmək olur. 14 imtahandan keçmək həqiqətən uğurdur. Və ən əsası, möhkəm bünövrə və münbit şəraitdən yararlanmaq vacib şərtdi.
Cavid də Zahid kimi tez hirslənəndi. :) Cavid, nahaq hirslənirsiniz. İstoric və pascalın sözündə həqiqət var və bu əsas Azərbaycan təhsilinə aiddir. Bunun Zahidə tam aidiyyəti yoxdur. Və sizinlə də razıyam ki, sərt qayada gül bitə bilər.
Cavid
Nə isə, siz dediyizi deyirsiz, təhsil sistemində olan problemlərin hamisin məgər mən həll etməliyəm, nazirəm yaxud da nazir müavini, mənim əlimdən gələn bu qədərdir, sizdə görürəm elə eyni düşünürsüz, səhvlər ola bilər bu normaldır, bütün məqalələrdə onlarla səhvlər var və mümkün olduqca aradan qaldırılır, pascal uzatma deyəndə nəyi nəzərdə tutursuz bilmirəm ancaq siz mənim hər halda bütün topiklərə şərh yazdıqımı müşahidə etmirsiz sadəcə haqsızlıq edirsiz ancaq qəbul edə bilmirsiz, birləşmisiz yenədə dediyinizi deyirsiz, biz kayzen-i 2-3 nəfərin gündə 10-15 dəqiqə sayta ayirması ilə qurmadiq Allah və bu işdə əməyi keçən insanlar bilir sadəcə, sizin üçün sadə görünə bilər ancaq bizim çəkdiyimiz əziyyətləri qiymətləndirilənlər yetərincədir, sizdən fərqli olaraq, mənim day sizə sözüm yoxdu çox sağ olun
pascal
Cavid bəy, xahiş edirəm, bir az soyuqqanlı olun. Mən bu mübahisəni uzatmayaq deyəndə bunu nəzərdə tutmuşam: Bu nəşrdə bir istedalı gəncin uğurundan söhbət gedir. O gəncin naliyyəti qalıb bir tərəfdə, biz bir-birimizlə mənasız mübahisəyə girişmişik.
  İstorik bir şərh yazıb, öz fikrin bildirib. Hər kəs öz fikrini burda açıq deyə bilər, burda qəbahətli nəsə görmürəm. Mənim anlamadığım, sizin niyə belə əsəbləşməyinizdir. Şərhdən sitat: «Zahid Qədimli kimi minlərlə istedadlı uşaq var ki bu cür təhsildən məhrumdur və sosial diqqətsizlikdən məhv olub gedirlər» Bu fikirlə mən tamamilə razıyam. Zahid GDML bu zirvəyə, necə deyərlər, dişiylə-dırnağıyla çıxıb. Hər bir gənc onun kimi olmaya bilər. Savadı olub, aciz olanlar da, haqqını tələb etməyənlər, ilk zərbədən yolundan daşınanlar da var. Bu həqiqətdir. Amma, bunun topiki yerləşdirən kayzenə, nə də Zahid qardaşımıza nə dəxli var? Yəni, sizin sözünüzə qüvvət, siz nə təhsil naziri, nə də nazir müavinisiz ki, bu işlərdə sizi məsul tutsunlar. Amma, burda sizi günahlandıran kimsə, hansı söz varsa, deyin. Bəlkə, mənim görmədiyimi siz görmüsünüz və yaxud, mən sizin kimi bu şərhə qərəzli yanaşmadığımdandır ki, görmədim.
Sonda bu sözünüzə cavab verib, burda da bu topikə olan münasibətimi bitirəcəyəm. «bəzən yaxşılıq və insafdan uzaq danışırsız, biraz ədalətli olun və haqq verdiyiniz sözləri dərk edin, təbrikizdə lazım deyil məntiqizdə, yaxşıkı Allah qorxusu var çoxlarında yoxsa görülən işlərə qiymət verilməzdi» Cavid bəy, birincisi, heç vaxt kiməsə qarşı nə ədalətsiz, nə insafsız, nə də yaxşılıqdan uzaq münasibət də göstərməmişəm, mövqe də tutmamışam. Mənim burda ən çox güvəndiyim insansız, sizin ədalətinizə, insafınıza, dürüstlüyünüzə inanmasaydım, qiymət verməsəydim yardım kompaniyası təşəbbüsünü irəli sürməzdim. İkincisi də, kayzenin yerləşdirdiyi topik bir istedadlı qardaşımızın haqq etdiyi uğurdur, mədhiyyə deyil, biz də onu mədh etməmişik. Burda o gənci bir neçə insan təbrik edib, sizsə bu sözünüzlə topikə yanlış fikirlə yanaşmağa əsas verirsiniz. Bizim təbriklərimiz bir Azərbaycanlı balasını uğuruna, sevincinə şərik olmaqdır ki, Zahid özü də bu təbrikləri qəbul edib, təşəkkürün də bildirib.
Nə isə, mənim sözüm bu qədər.
Cavid
Hörmətli pascal, birincisi Zahid təbriklərə öz təşəkkürünü bildirib və müəllim istorik ondan sonra öz fikirlərini bildirib, ikincisidə siz özünüz haqsız olduğunuzu diqqətli olsaniz anliyarsınız, yazdığı şərhin bir hissəsini yazırsız, o hissəsində bir problem yoxdur siz hamısın yazın və müqayisə edib dəyərləndirin, ikincisidə istorik artıq yazdıqınnın yanlıs olduqunu və sərt şəkildə reaksiya verdiyini qəbul edir, siz nəyə görə müdafiə mövqeyinə çəkilmisiz bilmirəm, sizə burda heç nə deyilmiyib fikrinizi bildirmisiz ona uyqun cavab yazilib sizə, bu mövqeyiniz elə mən qeyd etdiyim fikirlərin nümunəsidir, əgər mən kiməsə hörmətsizliklə yanaşsaydım elə yazılan şərhə şəxsidə yaxşıca cavab verib silərdim və istifadəçidə ban olunardı, hər kəs öz fikrin deməkdə azaddır ancaq bu o demək deyil ki ağlından geçəni durub yazasan bəlkə haqsızam, sizdən bu cür mövqe gözləməzdim düzünü deyim ancaq nə isə uzatmaqin yeri yoxdur day, görünür elə ilk dediyim sözlərin üstündə dayanmalı oluram, səhv edib və üzr istəmək alçaqlıq deyil əksinə böyüklüyü göstərməkdir, mən hələdə qəbul edə bilmirəm ki kiminsə uğurun işıqlandırmaq niyı qəbahət olur bu məntiqi anlaya bilmirəm, insan hər etdiyi işi və yaxşılığı heç vaxt deyə bilmir yəni deməməlidir, əgər hər şeyi açıq aşkar bilsəniz bu yazdıqlarınıza görə sadəcə zr istəyərdiz yoxsa belə dediyinizi nöqtəbənöqtə yenidən deməzdiniz, təşəkkür edirəm, çox sağ olun
pascal
Bundan öncəki şərhimdə daha bu topikə münasibət bildirməyəcəyimi yazmışdım. Bu topikə yox, ümumiyyətlə, bu saytda son şərhimi yazıram.
Təəssüf, Cavid bəy, çox təəssüf edirəm. Mənim üzr istəməyimi istəyirsinizsə, nəyin üzrünü istəməyimi bilmədən, bir xanım olaraq bunu edəcəm — əgər mən sizə nəsə təhqir edici, aşağılayıcı söz demişəmsə, buna görə sizdən üzr istəyirəm. 
Gah məndən istorikin hansı sözünə haqq qazandırdığımı soruşursunuz, o sözü şərhdən çıxarış edib bura yazır və bu sözünə haqq qazandırdığımı deyirəm, gah da «yazdığı şərhin bir hissəsini yazırsız, o hissəsində bir problem yoxdur siz hamısın yazın və müqayisə edib dəyərləndirin,» deyirsiz. Mən nə istoriki tanıyıram, nə də Zahid GDMLini. Saytda hər hansı məqaləyə rəy bilidirməkçündə dostluğa yox, düzlüyə önəm vermişəm həmişə. Bir şərhi partlayana qədər şişirtməyi də sizə yaraşdırmadım. Siz adminsiniz, daha təmkinli olmalı, şərhlərə daha soyuqqanlı yanaşmalısınız. Nəinki, xırda bir şərhin ucundan tutub, ucuzluğa aparana qədər, həm də belə aqressiv və emosiyanal şəkildə. Nə isə, anlaşa bilmədik bu topikdə. Olsun. Sağ olun, mənimlə çəkdiyiniz hər hansı bir işə görə, verdiyiniz dəstəklərə görə.
Mən bu saytda çox gözəl insanlar tanıdım. Saytı çox sevsəm də, yenə də deyirəm, yeganə üzvü olduğum sayt olsa da, bundan sonra burda qalmaq istəmirəm. Hamısına, başda bu ayrılmağımın səbəbkarı olan topikin qəhrəmanı, Zahid qardaşıma təhsilində də, işində də, həyat da uğurlar arzulayıram. Hərdən bu sayta boylanacağam, ona görə ki, kağizgemilerin ali məktəbə girib-girmədiyini öyrənim. Sizləri qarşıdan gələn Novruz bayramı münasibətilə də təbrik edirəm. Həyatda ən önəmli şey olan can sağlığı arzulayıram. Neçə belə bayramlara çıxasınız. Əlvida. :)
Ferbara
pascal, nahaq gedirsiniz. Bunların hamısını anlaşılmazlıq hesab edin. Birdəfəlik getməyin.
asel
çoxdandı bura boylana bilmirdim. niyə bu cür anlaşılmazlıq yaranıb, niyə gedirsiz, pascal? burdan getmənizi istəmirəm.
Cavid
pascal. mən sizə şəxsidə yazdım burdada yazıram, mən sizin üzr istəməyinizi istəmirəm siz də yanlış anlayırsız, şərhi yazan durub kənarda siz niyə özünüzü günahkar hiss edirsiz buna anlamiram, sizin xətrinizə dəymək istəməmisəm sadəcə yazdıqlarım yəqinki belə alınıb, mən nə sizin nədə kiminsə üzr istəməyini istəmirəm sadəcə məsələni dəqiq bilmədən şərhlərin yazıldıqını biraz insafsızlıq adlandırıram və bunu siz özünüzə götürməyin, sizin saytdan getmemeyiniz üçün də əlimdən gələni edəcəm, siz bizim üçün dəyərlisiniz, xahiş, bu topikə aid heç bir şərh daha yazılmasın bu daha yaxşı olar, indi isə əsas məsələ pascal in məndən inciməsidir, əgər getsəz yəqinki günahkar mən olacam və buda məni həqiqətən üzəcək, əminəm ki məni anlayarsınız
Ferbara
Konsertsiniz valla. O şərhə əhəmiyyət verməsəniz də olardı. Burda min söz desələr də, sizin qardaşın uğuru zərrə qədər azalmayacaq ki. Boş yerə məqaləni də zay elədiniz.
Ferbara
Bir də hörmətli Cavid bəy, məqalə zay olmuşkən, sözümün hamısını deyim. Birincisi saytda üzvlərə imkan yaratdığınız üçün təşəkkür edirəm. Lakin bununla yanaşı kim nə gəldi yazır. Yəni normal nəzarət yoxdu. İkincisi də səhv eləmək mətni yığan zaman normaldı, lakin səhvlərlə bərabər məqalənin efirə verilməyi normal deyil.
Cavid
Ferbara ola bilsin nəzarət kifayət qədər yoxdur ancaq var, düz qeyd edirsiz kim nə istiyir yazir demək olar ki, ancaq bu yene görünür yenede bir çoxunu qane etmir, deyerli insanlar əgər maariflənmək yolunda nə isə etməyə çalışırıqsa gərək hər kəs öz üzərinə düşəni etsin, yerli yersiz iradlar tutulmaqdansa yaxsi olarki köməkli edilsin, istər sizin istərsədə digər istifadəçilərin çəkdiyi əziyyət və diqqətli qiymətləındiririk ancaq sizdə çalışın nəşrlərdə sıhvləri aradan qaldırın və daim inkişafda olun)

Yazıya qaldıqca düz deyirsiz məqalə heç nə oldu elə bəlkədə məqsəd bu olub, xoşlayiriq axi yaxçını yox pisi əldə bayaraq etməyə, adamin çəkdiyi bütün əziyyəti heçnə edirlər, bu da təsir edir məsələdə budu, təşəkkür 
Cavid
Dəyərli pascal, yazdıqlarımı bir daha oxudum yenidən və sizin xətrinizə dəydiyimi anladim, bu həqiqətən də belədir, sizin üzr istəməyinizə ehtiyac yoxdur gərək mən üzr istəyim, sizdən xahiş yazdıqlarımı özünüzə qarşı hörmətsizlik hesab etmiyin və üzürlü hesab edin, sizin saytdan getməyinizə yazdıqda mənə şəxsidə bir neçə istifadəci yazib xahiş elədiki sizi saytda saxlayaq, bilirəm gedəcəyinizi yazmısız və getmək ürəkdən istəməsənizdə mənim yazdıqımdan sonra bu qərara gəldiniz, həm öz adimdan həm kayzen adindan və mənə daim dəstək oloan kayzençilər adindan sizin saytda qalmaqinizi xahiş olaraq bildiririk, və inanıram ki bizim bi xahişi geri qaytarmayacaqsınız, düzünü desəm məsələnin niyə bu qədər böyüdüyünü anlamadım) və inanıram ki bu yazdıqım şərh bu mövzu üçün sonuncu şərh olacaq və yeni yazılanlar ancaq yaxşı xarakterli olacaq, hər birinizə təşəkkür edirəm və kayzen naminə edilən hər bir insana dərin təşəkkürümü bildirirəm,sizin yeni şərhinizi və topikinizi gözləyəcəm)
BaRLeLiTa
Şükür Allaha məsələ sülh yolu ilə həll olundu. Sizdə sağ olun ki, biz istifadəçilərin sözünə böyük önəm və dəstək verdiniz. 
Bizdə gözləyəcəyik yeni yazılarnızı Pascal :)
 
istorik_c
Hörmətli Cavid. Sərt şəkildə yazdığım şərhin belə bir situasiya yaradacağını gərək qabaqcadan nəzərə almalıydım. Yəqin ki hər bir şərhə xüsusən admin olaraq gənclik emosionallığı ilə münasibət göstərmək lazım olmadığını anlamısınız.Bir tərəfdən pascalın inciməsinə üzülürəm və mən də ondan geri qayıtmasını xahiş edirəm. Ona görə pascalın kayzenin aktiv istifadəçisi olduğunu nəzərə alaraq mənim getməyim daha düzgün qərar olardı nəinki onun. Heç kimin mənə qarşı olan münasibətindən də incimirəm. Kiminsə xətrinə dəymişəmsə hamıdan üzr istəyirəm. Sağ olun
Cavid
İstorik məsələni gəlin qəlizləşdirməyək düşünürəm ki, problem aradan qalxdı, mən gənclik emosionallıqla yanaşmadım, sizdə yazdıqızı etiraf etdiniz, mən pascal la danışdım və üzürxahlıq etdim və birdə sizin getmeyiniz məsələsinə görə uğraşmayqa, heç kimin getməyinə ehtiyac yoxdur, mən sülhün tərəfindəyəm, kimə nə yazırsan hami getmek istiyir) təşəkkür edirəm
pascal
Cavid, qardşım, xətrinizi nə qədər istədiyimi bilirsiniz. Məsəl var, uman yerdən küsərlər. Mənim küsməyim də bu fason oldu. :) Səmimi sözlərinizə görə həm sizə, həm də məni istəyən dostlara minnətdaram. Mən bu saytı çox sevirəm, sizə də bir söz vermişdim ki, əlimdən gəldiyi qədər bu saytın səviyyəsinin yüksəkdə qalması üçün (necə bu günə qədər  yüksək səviyyədədir) çalışacam. İnşallah, bu sözlərimin həyata keçirməkdə Allah sizlərə də, mənə də can sağlığı versin. Hər şeyə görə sağ olun, Cavid bəy. :)
İstorik_c, mən qayıtdım, daha siz də getməyin. Məsələni xoşluqla həll etdik, bir də siz inciməyin. :) Sizinlə birgə neçə gözəl topiklər, şərhlər yazmaq ümidilə…