Yaddaş haqqında

Yaddaş — böyük xüsusiyyətdir və onsuz insan həyatını təsəvvür etmək çox çətin olardı. Onun sayəsində biz öz təcrübəmizdən və ötən nəsillərin təcrübəsindən gündəlik həyatımızda istifadə edirik. Yaddaşın iki növü var: qısamüddətli və uzunmüddətli.
Tələbələr imtahan zamanı bir gecə ərzində çox böyük həcmdə məlumatı beyinlərində yerləşdirməyə çalışırlar. Sözsüz, bu məlumatlar imtahandan sonra dərhal yox olur. Huşsuzluqdan əziyyət çəkən qocalar uşaqlıqda və ya neçə il əvvəl baş verən hadisələri ən cüzi xırdalıqlarına qədər xatırlayırlar, lakin yarım saat əvvəl baş verənləri yadda saxlamağa qadir deyillər.
Yaddaşın imkanları hədsizdir. Fenomenal yaddaşa malik olanlar var. Makedoniyalı İsgəndər bütün əsgərlərinin adını bilirdi. Motsart musiqi əsərinə bir dəfə qulaq asaraq, onu ifa etməyi və ya vərəqdə yazmağı bacarırdı Dirijor Arturo Toskanini 400 partituranın hər bir notunu yadında saxlayırdı Uinston Çörçill demək olar ki, Şekspirin bütün əsərlərini əzbər bilirdi. Bill Geyts yaratdığı proqram dilinin yüzlərlə kodunu yadmda saxlayırdı.
yaddaş
Yaddaşa bir sıra amillər təsir edir. Kimsə gördüyünü, kim isə eşitdiyini dak yaxşı yadında saxlayır. Belə xüsusiyyətə eşitmə və ya görmə yaddaşı deyirik. Daha yaxşı, hər hansı marağa səbəb olan şeylər yadda qalır. Çox vaxt yaddaşsızlığı huşsuzluqla səhv salırlar. Lakin fıkri dağınıq olan insanlar əslində öz xəyallarına qapılırlar, onlann diqqəti nədəsə cəmlənir və onlar üçün məişət xarakteri daşıyan hər hansı məlumat heç bir əhəmiyyət kəsb etmir. Çox vaxt insanda hal-hazırda olan xəstəlik, həddindən artıq yorğunluq nəticəsində əməb gələn diqqətsizlik yaddaş pozuntuları ilə dəyişik salınır. Yaddaşın pozulmasına dair şikayətlər insanların 40 yaşından sonra çoxalır. Əslində bu hər zaman olmur. Sadəcə olaraq, fəal tədris bitdikdən sonra nəyi isə öyrənməyin, fıkri cəmləşdirməyin, yaddaşı möhkəmləndirməyin mənası itir. Bütün ömürləri boyu yeni rollar öyrənmək məcburiyyətində olan aktyorlar, hətta qocalanda belə həcmli mətnlərin öhdəsindən məharətlə gəlirlər.
Hər şeyi yadda saxlamaq mümkün deyil. Unutmaq qabiliyyətinin insanların yaşamasında böyük əhəmiyyəti var. İnsan beyni lazımsız təəssüratlar və məlumatlar yükündən azad olmalıdır. Yaddaş özü yükü tənzimləyir, yeni məlumatın qəbuluna hazırlaşır. Lakin belə olan halda köhnə məlumat tamamilə itmır. O, fəal yaddaşdan passiv yaddaşa keçir. Oradan isə lazım olanda onu çıxarmaq olur. Bu gözəl xüsusiyyət çoxlarını faciəli vəziyyətlərdən xilas edir.
Yadda saxlama qaydaları kifayət qədər sadədir.
İlk növbədə, bunun üçün görmə, eşitmə, iybilmə qabiliyyətindən istifadə edərək fikri bir yerə cəmləşdirmək və təəssürat yaratmaq lazımdır. Bunlardan görmə təəssüratı ən davamlısıdır. Bu, gözdən beyinə gedən sinirlərin qulaqdan beyinə gedən sinirlərdən iyirmi dəfə qalın olması ilə əlaqədardır.
Mark Tven öz çıxışının ardıcıllığını heç cür yadda saxlaya bilmirdi. Lakin yazıları atıb yadda saxlamaq üçün şəkillərdən istifadə etməyə başlayandan sonra onun bütün çətinlikləri yox oldu.
Yaddaşın ikinci qaydası — təkrardır. Və, nəhayət, üçüncü qaydası assosiasiyalardır. Nəyi isə yaxşı yadda saxlamaq üçün yeganə üsul hər hansı bir qaydada saxlayıb digəri ilə əlaqələndirməkdir.

Yaddaşı necə yaxşılaşdırmaq olar:


1. Yaxşı yadda saxlamağın əsas şərti qavranmalı olan məlumatın yaxşı mlanmasıdır. Məlumatın yaxşı başa düşülməsi üçün onu əsas və ikinci dərəcəli məna kəsb edən hissələrə bölmək, eləcə də oxunmuş mətnin planını tərtib etmək və mətni öz sözlərinlə danışmaq çox faydalıdır.
2. Yadda saxlama prosesində hisslər və emosiyaların böyük rolu var. Yadda saxlanılmalı məlumata emosional çalarlar verməyə çalışmaq lazımdır. Lakin o da nəzərə alınmalıdır ki, müsbət məlumat neytral, xüsusən də mənfıdən daha yaxşı yadda qalır.
3. Yaddaş digər qabiliyyətlər kimi çalışmalar vasitəsilə inkişaf etdirilir. Daha yadda saxlanılmalı məlumatdan istifadə etməklə misallar, praktiki tapşırıqlar etməyə çalışın.
Yaddaşın yaxşılaşdırılması üçün vacib və əşas olan qaydalardan biri də təkrarlamadır. Lakin təkrarlamanı düzgün təşkil etməyi bacarmaq lazımdır. 15-20 dəqiqədən bir təkrarlama unutmanın qarşısını alır. Növbəti təkrarlamanı 8-9 saat və 24 saatdan sonra keçirmək yaxşı olar. Gecə yatmazdan əvvəl və eləcə də səhər təkrarlamaq faydalıdır.
HƏYATİ BACARIQLARA ƏSASLANAN TƏHSİL kitabından (5-9 siniflər)
Məqaləni hazırlamaqda göstərdiyi köməyə görə Şövqiyyə Abdullayeva-ya təşəkkürlər.

0 şərh