Məktəbdə davranış qaydaları

İnsanlar arasında müəyyən qanunlar, davranış normalarının mövcudluğuna ehtiyac duyulmuşdur. Çünki insanlar arasındakı münasibətləri tənzimləyən normalar olmasa, özbaşnallıq və xaos hökm sürər, cəmiyyət idarəolunmaz hala gələ bilər. Ona görə də, hər bir dövrə uyğun cəmiyyətdə davranış qaydaları müəyyən edilir.

«Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.

Məktəb kiçik bir cəmiyyətdir. Sinif isə müqaisədə ondan bir qədər kiçikdir. Siniflər məktəbi əmələ gətirir. Bir anlığa təsəvvür edək ki, təxminən 600 şagirdin təhsil aldığı məktəbdə heç bir davranış qaydası yoxdur. O zaman hansı mənzərə ilə rastlaşırıq? Əlbəttə ki, özbaşnallıq yaranar. Buna görə də, sinif və məktəb üçün davranış qaydaları tərtib olunmuşdur. Həmin Qaydalar əsasən I-IV siniflər, V-VIII siniflər və IX-XI siniflər üçün ayrılıqda tərtib olunur. Sual oluna bilər ki, bir məktəbdə 3 növ davranış qaqydasının müəyyən edilməsi qaydası haradan yaranmışdır?

Məlumdur ki, I-IV sinif şagirdləri hələ çox kiçikdirlər. Onlardan çox şey tələb etmək mümkün deyil. I sinifə yenicə qəbul olun-muş uşaq məktəblə, onun xüsusiyyətləri ilə və yoldaşları ilə tanış olur. Onlar çox vaxt daraxır, evə getməyə tələsirlər. Getdikcə məktəbə alışan uşaqlar daxili nizam-intizam qaydalarını öyrənir və ona əməl edirlər.

V-VIII sinif şagirdləri nisbətən böyük olduqlarından „Davranış qaydaları”nda onların qarşısına qoyulan tələblər də dəyişir.

IX-XI sinif şagirdləri isə artıq müstəqil həyata hazırlaşdıqlarından, dünya görüşləri genişləndiyindən bir qədər də mürəkkəbləşir.

Unutmaq olmaz ki, “Davranış qaydaları”nda şagirdlərin vəzifələri xatırladılır. Bu qaydaların müddəalarında müəyyən qadağan-edici normalar vardır. „Bunu etmək olmaz” fikrini həmişə yadda saxlamaq lazımdır. Çünki, elə hərəkətlər var ki,yaşından asılı olmayaraq onu etmək heç bir insana başucalığı gətirmir.

Hər ailənin də özünəməxsus “Davranış qaydaları”nın olduğunu və məktəbin böyük bir ailə olduğunu nəzərə alsaq, biz ailədə olduğu kumi, məktəbdə də „Davranış qaydaları”na əməl etməliyik.
Təcrübəli pedaqoqların fikrincə uşaq ailənin güzgüsüdür.Məktəbə gələn hər bir məktəbli öz ailəsindəki tərbiyəni, “Davranış qaydaları”nı təcəssüm etdirir. Odur ki, hər bir şagird öz ailəsi haqqında mənfi fikir yaranmasın deyə, ağıllı və normal şəkildə hərəkət etməyə borcludur.

Sinif davranış qaydalarını sinif davranış qaydalarını şagirdlər sinif rəhbəri ilə birlikdə tərtib edə bilər. Növbətçilik cədvəli, sinif təşkilatı bölgüsü deyilən „Davranış qaydaları”nın bir nümunəsidir.* Yuxarıda qeyd etdiyimiz kimi, I sinifdən XI sinifə qədər “Davranış qaydaları”nın dəyişməsinin bir səbəbi də getdikcə yetkinləşən məktəblinin müstəqil həyata, cəmiyyətin qanunlarına uyğunlaşması üçün hazırlıq məqsədi daşıyır.


Müstəqil həyatda tələblər dəyişir. Uşaq olarkən heç bir məsuliyyət daşınılmayan məsələlərdə belə müəyyən məsuliyyət müəyyən edilir. Ona görə də, məktəblilər „Davranış qaydaları”na əməl etmək və gələcəkdə qanunlara hörmət etmək, cəmiyyətdə özünü idarə etmək vərdişlərinə yiyələnmiş olurlar.
Bir sözlə, məktəb və sinif şagird davranış qaydaları ən sadə cəmiyyət qanunlarıdır və onlara əməl etməklə hər bir şəxs özünün yetkin şəxsiyyət kimi formalaşmasına zəmin yaradır.

Sabir Fətullayev 
loading...
 

0 şərh