Plansız oxumayın!

Bədbin düşüncələrdən uzaqlaşın, nikbin düşünün!...
İmtahan üçün nikbin şeylər düşünün, “imtahanı ölüm–qalım savaşına çevirməyin.” İmtahanda uğur əldə etməyəcəyiniz düşüncəsi sizə şəxsiyyət olaraq dəyərsiz, heç bir işə yaramayacaq bir insan olacağınız təəssüratını bağışlamasın. Uğur əldə etmənin başlıca məqsədiniz olduğunu, bu halda başqa seçimlərinizin də ola biləcəyini özünüzə tətbiq edin.
Keçmişdəki uğursuzluqlarınızı deyil, uğurlarınızı düşünün. Özünüzə aid bədbin düşüncələr əlinizi, qolunuzu bağlayar və sizi ruhdan salar. Uğursuzluqlarınızın səbəbini araşdırın, tapın və qarşısını alın. İmtahanlardakı uğurlarınızla mənəvi dəyərlərinizi bir tutmayın. İmtahanlarda tətbiq olunan testlər mənəviyyat testləri deyil, informasiya və məlumat testləridir.

Hədəfinə diqqətlə və soyuqqanlılıqla bax!

İstirahət etmədən oxuma!
Yuxu ehtiyacı 14-17 yaşındakılar üçün 7-8 saatdır. Bir gecədə 3,5 saatlıq qısa bir yuxunun ziyanı yoxdur. Ancaq yuxusuz gecələr üst-üstə gələrsə qavrama qabiliyyətiniz zəifləyəcək.Yuxunuzu azaltmaq istəyirsinizsə, bunu birdən-birə etməyin. 3-4 gündən bir 25-30 dəqiqə daha az, yata bilər, həftədə orta hesabla 1 saat daha tez qalxa bilərsiniz. Oxumaq bir vərdişdir. Səhər və günortadan sonra oxumaq daha düzgündür. Bu saatları lazımsız şeylərə sərf etməyin. Günortadan sonrakı saatları boş vaxt olaraq istifadə etmək düzgün olmaz. Bu saatlarda oxumağı vərdiş halına gətirməli və bu gözəl vərdişi ömrünüz boyunca davam etdirməlisiniz.

Musiqi dinləyərək dərs oxuma!
Tədqiqatlara görə insan zehni ortaya çıxan 2 təsirediciyə eyni dərəcədə qarşılıq verə bilməz. Deməli həm musiqi dinləyib, həm də dərs oxumaq mümkün deyil. Dərs hazırlayarkən musiqiyə qulaq asmaq beyni yorar və uğursuzluğa səbəb olar. Musiqini dərs aralarında dinləyin.

Dərs oxumağın üç böyük düşməni
1.Televizor
2.Telefon
3. İnternet
Aparılan tədqiqatlar gənclərin vaxt itirməyinə ən çox səbəb olan şeyin “televizor” olduğunu təsbit ediblər. Açma düyməsinə basana qədər idarə etmə sizin əlinizdədir. Düyməni basdıqdan sonra isə televizorun əlinə keçir.
BUNA MANE OLMAQ ÜÇÜN:
Hazırlıq proqramınızda istirahət etmə aralarında sevdiyiniz proqramlara baxa bilərsiniz. Əgər baxdığınız şey qısadırsa ayaqda izləyin, yoxsa ilişib qalacaqsınız .
Telefon danışıqlarınızı dərs oxuduqdan sonra edin. Telefon diqqəti dağıdan ən ciddi amillərdən biridir.
İmtahandan sonra telefonla danışmağa və televizora baxmağa bolca vaxtınız olacaq. İnternetdən istifadə məqsədli olmalıdır.
Yox deməyi bacarın!
Girəcəyiniz hər imtahan çox ciddi hazırlıq tələb edir. Planlı, proqramlı və məqsədyönlü hazırlaşmaq, sizi imtahanda mütləq uğura aparacaq. Bu ərəfədə sizi oxumaqdan yayındıran bir çox amillər olacaq. Bunların təməlində sizin öz arzu və istəkləriniz durur. Özünüzə yox deməyi bacarın. Dostlarınız sizi oxumaqdan yayındıra bilər. Hazırlıq proqramınızda onlar üçün ayırdığınız vaxtın xaricində onlara uyğun bir dillə “yox” deyə bilməlisiniz. Ailənizin istəkləri sizi hazırlaşmağınızdan geri sala bilər. İş yerində durmaq, ev işlərini görmək və s. işlər vaxtınızı ala bilər. Ailənizə (incitmədən və səbəbini açıqlayaraq) yox deyin. “Yox” deyərək müvəffəqiyyət əldə edə bilərsiniz.

Müəllif: Şəmil Sadiq

1 şərh

DrELM
Facebook xəstələrinə və eləcədə başqa «narkotik» kimi aludəniz olduğunuz işləriniz varsa bunun çox rahat bir üsulu var: bu işlərlə günün sonunda, dərs proqramınızı bitirdikdən sonra məşğul olmaq. Bizim millətdə bir xasiyyət var, günün yarısını oxumuruq, digər yarısını da oxumadığımızın yasını tuturuq.