Hazırlıq proqramı necə olmalıdır?

Həftəlik dərs oxuma proqramını hazırlayarkən, gündəlik fəaliyyətinizi həftənin hər günü üçün ayrı-ayrı nəzərdən keçirməlisiniz. İstifadə edilə bilən proqram hazırlamaq üçün fəaliyyətinizi real olaraq proqramınızda əks etdirməlisiniz. Keçmişdə uğur əldə etmək üçün təklif olunan düşüncə “Oxumaq, oxumaq və yenə də oxumaq” şəklində idi. Halbuki günümüzdə çox oxumaq əvəzinə, “Təsirli və planlı şəkildə hazırlaşmaq” şüarı daha məqsədə uyğundur. Təsirli və planlı hazırlıq proqramının içərisində əyləncə, istirahət, ailəyə və sevdiklərinizə də vaxt ayırmaq mümkündür.
Bu proqramı 3 mərhələdə hazırlaya bilərsiniz:
1. Hər dərsdən oxumalı olduğunuz mövzuları ilk planda tutun, bölmə başlıqları ilə qeyd edin.
2. Məktəbdən (kursdan) çıxışınızla yuxu saatlarınız arasında və vacib işləriniz xaricində qalan hazırlıq vaxtınızı hesablayın.
3. Bölmə başlıqları ilə müəyyənləşdirdiyiniz mövzuları oxuma saatlarınıza uyğun olaraq bölüşdürün.
Bu bölüşdürməni edərkən, üst-üstə gələn dərslərin eyni mövzularda olmamasına diqqət yetirin. Uzun vaxt ard - arda hazırlaşmayın. Dərslərin arasındakı 10-15 dəqiqəlik istirahət vaxtı, sizin öyrənmə qabiliyyətinizi yüksəldəcəkdir.
Riyaziyyat və texniki fənlər üçün daha fərqli bir istirahət metodu tətbiq edilməlidir. Bu kimi dərslərdə misal həll edərkən, cavab tapana qədər hazırlığa davam etmək lazımdır. Yenə də diqqətinizi cəmləyə bilmirsinizsə, deməli istirahət etməyə ehtiyacınız var.

Planlı şəkildə hazırlaşmaq bizə nə qazandırır?
 Başqa məşğuliyyət üçün də vaxt ayıra bilərsiniz.
 “Çatdıra bilmirəm” narahatlığını yaşamazsınız.
 Zehniniz az yorulacağına görə, oxumaq həvəsinizi itirməzsiniz.
Şəraitinizi qaydaya salın!
 Çalışma otağı çox isti və ya çox soyuq olmamalıdır, yaxşı havalandırılmalı və səssiz olmalıdır.
 Oxu masasının yüksəkliyini öz boyunuza görə düzəldin. Oxu masasında oturduğunuz stul düz oturmaq üçün uyğun olmalıdır.
 Dərs oxuduğunuz otaqdakı divar kağızları, afişa və rəsmlər diqqətinizin dağılmağına səbəb ola bilər.
 Hazırlıq mühiti və masası sadəcə oxumaq üçün istifadə olunmalıdır
 Hazırlığa başlamamışdan əvvəl oxuma zamanı lazım ola biləcək bütün ləvazimatlarınızın əlinizin altında olması, diqqətinizin dağılmasının qarşısını ala bilər.
Ən yüksək nəticələri əldə etməyi bacaran insan ən böyük istedada sahib olan deyil, özündə olan gücü, böyük bir çalışqanlıqla və səliqəylə istifadə edən insandır.

Samuel Smiles Diqqətiniz dağıla bilər!
Diqqətin dağılmasının başlıca iki səbəbi var.
1.Dərsə hazırlıq vərdişinin formalaşmaması.
2.Beyni məşğul edən xarici təsirlər və problemlər.
Oxumaq istəyi olmadan müvəfəqqiyyət əldə etmək olduqca çətindir.Oxumağa istəkli deyilsinizsə, deməli başqa bir şey istəyirsiniz.
Dərs oxuyarkən “Dostlarınızdan daha aşağı bal toplamaq,imtahanlarda uğurlu olmamaq” kimi lazımsız həyəcanlar diqqətinizi dağıdırsa, bu narahatlıqların səbəblərini müəyyənləşdirin.
Bəzi şagirdlər oxumalı olduğu səhifələrə dəqiqələrcə baxaraq, sanki ayıqkən yuxu görürlər. Bu diqqətin dərsdə olmamasının səbəbidir və hazırlığa mənfi təsir göstərən bir amildir. Bunun qarşısı alınmalıdır.

Diqqəti toplamaq!
Yersiz problemlərlə beyninizi yormayın! Hər şeyin bir vaxtı var. Sizi narahat edən problemi o an üçün həll etməyiniz mümkündürsə, dərsə başlamamışdan həll edin. Mümkün deyilsə bu problemlə nə vaxt maraqlanacağınıza dair qeyd aparmağınız sizi rahatlata bilər. Şəxsi problemlərinizi keçici olaraq rəfə qoyun, gözəl günlər qabaqdadır...  Oxuyarkən yersiz xırdalıqlara fikir verməyin, əvvəlcə mövzunun özünü qavramağa çalışın.
 Hazırlıq mühitindəki yersiz təsir edicilərin vaxtınızı almasına icazə verməyin.
 Sistemsiz və qarışıq hazırlaşma! Lazım olsa qrafiklər qur, məlumatlar qeyd et.
 Məqsədsiz və nizamsız oxuma. Nəyi öyrənəcəksənsə ona yönəl.

 

Müəllif: Şəmil Sadiq

 

2 şərh

ilham
Yeri var yazının