Elmi jurnallar
Belə dərgilərin bir çoxunda məqaləniz çıxsa, sizi alim kimi hesab edəcəklər: hazırda alimlik üçün xaricdə nüfuzlu jurnallarda məqalələrin çıxması və onların sayı əsas kriteriyalardan biridir.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
“Azərbaycanda təhsilin vəziyyəti pisdir”, “Misir təhsilimizin düşmənidir” və s. deyənlər nə qədər çox olsa da, o da həqiqətdir ki, istedadı olanlar özlərinə onsuz da yol açır.
Bacarıqlı və təhsili sayəsində uğur qazanmış gənclər arasında saytımzın aktiv istifadəçisi, ACCA-in F5 (Perfomance Management) istiqaməti üzrə 2012-ci ilin dekabr sessiyasında 76 bal yığmış Zahid Qədimlinin də adı var. Dünyada 21-ci, Azərbaycanda isə 1-ci yeri tutmuş Zahid bizim bəzi suallarımzı cavablandırır.
Qısa arayış: Qədimli Zahid Qəhrəman oğlu 1991-ci ildə doğulub, 2009-cu ildə Qafqaz Özəl Gimnaziyasını fərqlənmə attestatı ilə bitirib. Azərbaycan Dövlət Neft Akademiyasının BBA proqramında (Georgia State University-nin birgə layihəsi əsasında trəhsil verilir) menecment ixtisası üzrə təhsil alır. 2012-ci ilin iyul ayından başlayaraq GRBS-də mühasib kimi çalışır. İngilis və türk dillərini yaxşı bilir, tez əsəbiləşir)) Hobbiləri kitab oxumaq, musiqiyə qulaq asmaq, İT sahəsində baş verən yeniliklər bardə məlumatlar toplamaq, Facebookda vaxt öldürmək və s.
İndigo — qeyri-adi qabiliyyətə, fenomen istedada malik yeni nəsl insanlar.
İndiyə qədər elm hesab edirdi ki, Homo Sapiens təkamülün ən yüksək dərəcəsidir. Amma alimlər indi daha çox ehtimal edir ki, bizim öz növümüz də inkişaf mərhələsindədir. Söhbət indigo uşaqlardan gedir.
“İndigo uşaqlar” haqqında ilk dəfə amerikan ekstrahiss və sinestetiki Nensi Enn Tepp 1982-ci ildə çıxardığı “İşıq vasitəsilə həyatı necə qaydaya salmaq olar” kitabında qeyd etmişdir. Ekstrahiss insanların auralarını yoxlaması zamanı bu qeyri-adi uşaqların aurasının başqalarından fərqli rəngdə — tünd göy rəngdə olduğunu bildirmiş və belə auralı insanları indigo insanlar adlandırmışdır.
Müasir dövrdə səhiyyənin qlobal problemlərindən biri gen xəstəlikləri və onlarla mübarizədir. Gen xəstəlikləri hələ xeyli vaxt bundan öncə aşkarlanıb. 1865-ci ildə çex bioloqu Qreqor Mendel apardığı təcrübələr zamanı bəzi xəstəliklərin məhz genlər vasitəsilə keçdiyini müəyyənləşdirib. Həmin illərdə alimlər tərəfindən birmənalı qarşılanmayan Mendelin bu kəşfi onun ölümündən 16 il sonra qəbul edilib.
Gen xəstəlikləri arasında birinci yeri Daun sindromu tutur. Bu xəstəliyi 1866-cı ildə ingilis həkimi Con Daun aşkarlayıb. O, xəstəliyi başqa cür adlandırsa da, sonradan bu sindroma həkimin adını veriblər. Ancaq xəstəliyi aşkarlayan həkim onun müalicəsini tapa bilməyib. İllər keçməsinə baxmayaraq, mütəxəssislər hələ də bu xəstəliyin müalicəsini tapa bilmirlər. Belə körpələrin yaşamaq şansı yarıbayarıdır. Sağ qalanların da əksəriyyəti yeniyetməlik yaşına çatdıqda dünyasını dəyişir.
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beəliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayarq udmaq olar.Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır.