Facebook üçün html səhifələr

Mən əsl azərbaycanlı olduğum üçün canımda bir balaca tənbəllik var. Bu yazını əvvəlki yazımdan (bu keçidi izlə) bir həftə sonra yazmaq planlaşdırırdım.

Bu yazımı əsasən facebook səhifə idarəçiləri (admin) üçün nəzərdə tutmuşam. Öz biznes və ya azarkeş səhifələri üçün primitiv "Xoş Gəlmişsiniz" səhifələri yaratmağa bir ətək pul verənlər üçün kifayət edər məncə. Beləliklə başlayaq!  

Deməli belə, bu iş üçün bizə lazımdır facebook səhifə, səhifədə html kodlaşdırmaya imkan verən bir tətbiqetmə və html kodlar. Səhifə ilə bağlı əvvəlki yazımda yazmışdım. İndi lazım olan tətbiqetmə və html kodlar barədə danışaq.  
Bildiyim ən yaxşı tətbiqetmə "Woobox static html" tətbiqetməsidir.  Artıq facebook səhifəniz varsa bu keçidi izləyin. Belə bir səhifə açılacaq:  



Buradan xoşunuza gələn bir təsvir seçin (öz təsvirinizi də yarada bilərsiniz, amma o bir balaca çətindir, bu yazı qədər izahat yazmaq lazımdır, ingiliscə bilirsinizsə yuxarıda verilmiş səhifədəki göstərişləri izləyərək edə bilərsiniz). Seçdiyiniz təsvirin (icon) üzərinə basdıqdan sonra sizdən bu tətbiqetməni hansı səhifəyə əlavə etmək istədiyiniz soruşulacaq. Seçdikdən sonra   düyməsinə basmanız lazımdır. Basdıqdan sonra Səhifənizə keçəcəksıniz avtomatik. Sol tərəfdə naviqasiya menyusunda (Səhifə profil şəklinin altında) Welcome yazısını tapıb üzərinə basın. Sizdən tətbiqetməyə icazə verməyiniz soruşulacaq. İcazə verdikdən sonra facebook daxilində aşağıdakı kimi səhifə açılmalıdır (problem yaransa brouserdə geriyə basın və yenidən əlavə etdiyiniz "tab"a keçin ).    


Açılmış səhifədə Çərçivənin içinə html kodlar yazın, "Save Settings" basın, sonra yuxarıda "View tab" basın. Kodlarınız düzgün olsa, kodlara uygun gözəl bir səhifə görə bilərsiniz.  
Yoxlamaq üçün bu kodu yaza bilərsiniz (xətləri köçürməyin - LİNKDƏN ƏVVƏL VƏ SONRA - HTTP-DAN EVVEL, GIF'DEN SONRA DIRNAQ (") İŞARƏLƏRİ YAZIN):
----------------------------------------------------------------------------------------------------------------------------------------

<img src=http://images.zwani.com/graphics/welcome/images/1111111.gif width=”520”>

----------------------------------------------------------------------------------------------------------------------------------------

Növbəti yazımı bizə lazım olan bəzi html kodlar haqqında yazacam.  

Yazını özüm hazırladığım üçün müəllif hüquqlarının qoruyun!
Profesional olmadığım üçün (həvəskar bəsimdi) səhvlərimə görə məni qınamayın!
İstifadə (yenidən nəşr) üçün müəllifə bildiriş və istinad edilməsi vacibdir! © eGo
 
loading...

6 şərh

eGo
Belə bir şey alacaqsınız:
2ral
Maraqlı topikə aidiyyatı olmasa da qeyd edim ki,adi şeyi göstərmək üçün 200 kilobaytlıq şəkil qoymaq heç də yaxşı şey deyil.
eGo
fikriniz üçün təşəkkür… Nəzərə almadım kilobaytını. Heyf ki, saytda yazılan şərhləri silmək və ya düzəliş etmək yoxdur. (