Kapital bazarları

İnsanlar əldə etdikləri gəlirlərin bir hissəsini ehtiyaclarına aid olan xərclərə sərf edirlər və digər bir hissəsini isə əlavə gəlir əldə etmək üçün bazara çıxardırlar.
Bu bazarlara, maliyyə bazarları deyilir. Maliyyə bazarlarını aşağıdakı kimi sinifləndirmək olar:
1. Əl dəyişən fondların tələb edənlərdə qalma müddətinə görə
a) Nağd Pul bazarları; qısa müddətli, əsasən 1 il müddətli fondların əl dəyişdirildiyi bazarlardır,
b) Kapital bazarları; uzun müddətli və davamlı olaraq fondların işlədiyi bazarlardır. Nağd Pul bazarlarının təşkilatlı bazar hissəsinin əsas quruluşları “Ticarət Bankları", kapital bazarlarının təşkilatlı bazar hissəsinin əsas quruluşları isə, "Qiymətli Kağızlar Birjası"dır.
2. Rəsmi bir bazarın olub - olmamasına görə
1) Təşkilatlı maliyyə bazarları
2) Sərbəst maliyyə bazarları
Nağd pul bazarlarındakı təşkilatlı maliyyə bazarlarına misal olaraq:
- Ticarət bankları,
Kapital bazarlarındakı təşkilatlı maliyyə bazarına aid misallar:
- Qiymətli kağızlar birjası
Maliyyə bazarlarındakı fond sahibləri, bu fondları müəyyən bir müddətə, qiymətlə və sənəd qarşılığında əllərində tutaraq, fəaliyyət göstərirlər. Bu sənədlər; "Qiymətli Kağızlar", kapital bazarlarında isə "Hissə sənədi" və "Təhvil" kimi istifadə edilir.

Müəllif İnvestisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi
Müəllif Ayhan Erdal, Yaşar Kərimov

 

0 şərh