Maliyyə analizi

Maliyyə analizində, layihənin quruluş və fəaliyyət illərində, istifadə edəcəyi kapital həcmi ilə çəkilən xərclərin hesablanması nəzərdə tutulur. Aşağıdakı cədvəl bir nümunə olaraq verilir:

 

Quruluş ili

Fəaliyyət ili tn

 

 

1998

1999

2000

2001

2002

tn

Sabit və ya əsas kapital xərcləri
(Fixed capital
expences)

 

 

 

 

 

 

Dövriyyə Kapitalı (Working
capital)

 

 

 

 

 

 

Quruluş ili faizləri (İnstallation percent expence)

 

 

 

 

 

 

Amortizasiya (Amortisation)

 

 

 

 

 

 

Fəaliyyət xərcləri
(Activity costs)

 

 

 

 

 

 

Fəaliyyət mənfəəti (Activity profits)

 

 

 

 

 

 

"Maliyyə analizində - Sabit (Əsas) Kapital xərcləri, Dövriyyə kapitalı, Quruluş ili faizləri, Amortizasiya ilə Fəaliyyət xərcləri və Fəaliyyət mənfəəti nəzərə alınır.
a) Sabit Kapital xərclərində; Layihənin hazırlanması xərcləri; bina, ərazi, su, enerji, nəqliyyat xərcləri, istehsal texnologiyası, fəhlə və idarə işçilərinin işə götürülməsi və müxtəlif xərclər nəzərə alınır,
b) Dövriyyə Kapitalı; İstehsal prosesi zamanı alınan xammal ilə satış xərclərinin habelə texnologiyanın istismarında lazım olan vəsaitdir.
Dövriyyə Kapitalı - müəssisənin fəaliyyətini davam etdirmək üçün istifadə edilən vəsaitdir və iki yerə bölünür;
1) Sabit Dövriyyə Kapitalı (Schamallenbach metodu ilə Fəaliyyət dövrü metodu vasitəsilə hesablanır),
2) Dəyişən Dövriyyə Kapitalı (Proforma Balans metodu, Nisbət və Nağd Büdcə metodu vasitəsilə hesablanır).

Maliyyə analizinin aparılmasında əsas məqsəd:
1) Maliyyə ehtiyatlarının nələrdən ibarət olduğunu, yetərli və əldə etmək imkanlarının olub-olmadığının müəyyən edilməsi,
2) Maliyyə ehtiyatlarına aid olan riskləri, xərcləri və bunların layihəyə gətirmiş olduğu yükün müəyyən edilməsi,
3) Müxtəlif maliyyə ehtiyatları arasından daha uyğun olanının seçilməsi,
4) Layihədə iştirak edən ortaqların maliyyə vəziyyətlərinin araşdırılması,
5) Layihənin maliyyə baxımından işləyə bilməsini,
6) Gözlənilməyən maliyyə xərclərindəki yüksəlmələrin qarşısının alınıb alınmamasını müəyyən etməkdir.

Maliyyə analizi aşağıdakı mərhələlərə bölünür:
1) Mali tabloların hazırlanması,
2) Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi,
3) Mali tablolar vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması,
4) Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün malı nisbətlərin hesablanması,
5) Maliyyə riskinin müəyyən edilməsi,

Maliyyə analizinin yuxarıdakı beş mərhələsini üç əsas mərhələ şəklində göstərmək olar:
1) Mali tablolar (Financial sheet) analizi,
2) Maliyyə ehtiyatlarına görə aparılan (Financial resources) analiz,


3) Maliyyə nisbətlərinə (Financial ratio) görə aparılan analiz

Mali tablolar layihənin maliyyə ehtiyatlarını və kapital həcmini müəyyən etmək üçün hazırlanır və aşağıdakılardır:

a) Pul axınlarını və maliyyə ehtiyatlarını göstərən tablolar,
b) Xalis Mənfəət - Xərc tablosu,
c) Proforma Balans tablosu

FƏALİYYƏT XƏRCLƏRİ

1) İllik xammal xərcləri,
2) Əlavə köməkçi material xərcləri,
3) İşçi və idarə xərcləri,
4) Təmir xərcləri,
5) Lisenziya və patent xərcləri,
6) Ümumi xərclər (vergi, reklam, tədris və s.) xərcləri.

İNVESTİSİYA LAYİHƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ

Layihənin maliyyələşdirilməsində öncə layihənin iqtisadi cəhətdən qiymətləndirilməsi aparılmalıdır. Daha sonra layihənin ilkin xərcləri hesablanmalı və maliyyələşdirmə işinə başlanmalıdır.
Maliyyələşdirmə: Sahibkarın öz hesabına aid olan maliyyələşdirmə və ya səhmdar kapitalı ilə borc kapitalı (dövriyyə kapital, üzrə qısa və uzun müddətli borclar uzunmüddətli milli və beynəlxalq maliyyə institutlarının borcları, avadanlıqlar üçün lizinq maliyyələşdirmələri) ola bilər.

Mənbə İnvestisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi
Müəllif Ayhan Erdal, Yaşar Kərimov

Oxşar məqalələr

0 şərh