investisiyanin geniş bir şəkildə sinifləndirilməsi

İnvestisiyanı riyazi (quantitative) və şifahi (qualitative) modellərə və zamana görə geniş bir şəkildə sinifləndirmək mümkündür;
1) Riyazi modellərə əsaslanan (quantitative, rəqəmlərlə ifadə edilə bilən)
a) Xammal və hazır məhsula görə (real investisiyalar)
b) Avadanlıqlara görə
- İlkin (yeni) investisiyalar,
- Yeniləmə,
- Genişlətmə,
- Modernləşdirmə
- Strateji
c) Formasına görə,
- Yeni, marjinal, tamamlayıcı, məhdud investisiyalar
2) Şifahi modellərə əsaslanan (Qualitative, rəqəmlərlə ifadə edilə bilməyən)
- Rasional, sosial, nizamlayıcı investisiyalar
3) Zamana görə,
- Davamlı (bitişik və qısa müddətli),
- Fasiləli (orta və uzun müddətli)
Riyazi modellərə əsaslanan investisiya rəqəmlərlə ifadə edilərək, sayıla bilən investisiyadır. İnvestisiya zamanı hesablamalar riyazi modellərlə aparılaraq nəticə əldə edilir. Şifahi modellərə əsaslanan investisiyada isə riyazi modellərdən istifadə edilmir.
Zamana görə: layihənin fasiləsiz olaraq qısa müddət ərzində həyata keçməsidir. Orta və uzunmüddətli investisiyalar isə böyük həcmli olduğundan fəaliyyət zamanı müəyyən fasilələr verilir.

Mənbə İnvestisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi
Müəllif Ayhan Erdal, Yaşar Kərimov

 

0 şərh