Sahibkarlıqla məşğul olmaq qərarına gələn xanım!
İlk növbədə, dərindən fikirləş və yoxla, gör sahibkar olmaq üçün səndə bütün məlumatlar, imkanlar və keyfiyyətlər varmı?
Bil ki, məsələnin həllini başqalarının üzərinə qoymağı, onlara həvalə etməyi sevən, məsuliyyətdən, riskdən qorxan, yalnız yuxarının əmrilə fəallıq göstərən şəxsin biznesdə müvəffəqiyyətə nail olması çətindir. Bilməlisən ki,sahibkarın tipik əlamətləri bunlardır:
Dinamiklik, çeviklik, fəallıq, özünə inam, riskə hazır olmaq, işgüzarlıq,əzimlik, məqsədə nail olmaqda israrlılıq, digərləri ilə təmas qurmaq, böyük iş yükünün öhdəsindən gəlmək, həmin sahədə geniş biliyə sahib olmaq, hadisələrə olduqca tez reaksiya verməyi bacarmaq…
Sən aşağıdakı suallar vasitəsilə özünün şəxsi keyfiyyətlərini yoxla, nəticələr çıxar, lehinə və əleyhinə onları müəyyənləşdir:
• On iki saatdan çox iş gününə tab gətirmək üçün fiziki cəhətdən kifayət qədər möhkəmsənmi?
• Eyni vaxtda müxtəlif problemlərlə üzləşdikdə özünü itirməmək, çaşıb qalmamaq üçün mənəvi
Ardı →