Рейтинг
+5.76

islam tarixi

20 üzv, 71 topik

II Bəyazidin Dövründəki Hadisələr

II Bəyazid 1484-cü ildə Boğdan hücum edərək Kili və Akkirman qalalarını ələ keçirdi. Bununla da Krım xanlığı ilə qurudan əlaqə qurulmuş oldu.
Osmanlılar və Məmlüklər xeyli müddət rahat yaşadılar. Ancaq bu illərdə özlərinə pənah gətirən Karamanoğlu və Cemə yaxşı rəftar etdilər. Bunun nəticəsində iki dövlət 1484-1490-cı illərdə 6 il davam edəcək mübarizəyə başladılar. Ancaq iki tərəfə də heç bir faydası olmayan bu mübarizə sərhədlərin əvvəlki kimi qalmasını bildirən müqavilənin imzalanması ilə nəticələndi. Məmlükilər o dövrdə Osmanlılardan sonra ən böyük dövlət idi.

Davamı →

İstanbulun mühasirəsi və Kiçik Mustafa Çələbinin üsyanı

Bizans imperatoru Mustafa Çələbini dəstəkləmiş, Sultan Muradın təklif etdiyi sülh müqaviləsini isə qəbul etməmişdi. Sultan qələbədən sonra təbrik və müqavilə üçün gələn Bizans elçilərini bir müddət həbs etdirdikdən sonra sərbəst buraxmış və onlara “gedin imperatora Konstantinopola hücum edəcəyimi söyləyin” demişdi.
Sultan II Murad Konstantinopolu mühasirəyə alsa da, Bizans bundan da qorunmağın yolunu tapdı.

Davamı →

Fateh Sultan Məhmədin Hakimiyyəti (1451-1481)

Fateh olaraq adlandırılan və türklərin tarix boyu yetişdirdiyi şəxsiyyətlərin ən böyüyü olan II Sultan Məhməd, 19-20 yaşlarında ikən üçüncü dəfə 1451-ci ildə Osmanlı taxtına keçdi. Vəzir Çandaralı Xəlil paşanı vəzifəsində olduğu kimi saxladı. Karamanoğlunun II Muradın vəfatından sonra Osmanlı ərazilərinə hücumu nəticəsində ilk səfərini onlara qarşı etdi. Onları məğlub edərək bəzi ərazilərini ələ keçirdi və müqavilə imzaladı. Macarlarla da 3 illik bir müqavilə imzaladı. Bu əsnada dövlətlərlə heç bir münaqişənin çıxmamasına çalışdı.

Davamı →

Azərbaycan Uğrunda İran-Osmanlı Mübarizəsi

Azərbaycan ərazisinin böyük hissəsinin Rusiya və Osmanlı tərəfindən işğalı İran dövlətinin varlığım böyük təhlükə altına almışdı. Bu İran feodallarını birləşməyə, ümumi qüvvə ilə yaranmış vəziyyətdən çıxmağa məcbur etdi. İşğalçılara qarşı mübarizəyə İranda geniş şöhrət tapmış və İran şahı Təhmasibin şərəfinə özünü Təhmasib Quluxan adlandırmış, İran qoşunları komandanı təyin edilmiş əfşarlar qəbiləsindən olan böyük feodal Nadir başçılıq edirdi. Nadir tezliklə əfqanları ölkədən qova bildi. Əfqanları ölkədən qovandan sonra o, Azərbaycan torpaqlarını ələ keçirməyə və bu yerlərdən türk qoşunlarını qovmağa başladı. O, tezliklə Azərbaycanın cənub torpaqlarının böyük hissəsini tutdu.

Davamı →

I Şah Abbasın Hakimiyyəti (1587-1629)

Abbas Mirzə I Şah Abbas adı ilə taxta çıxandan sonra Təbrizə gəlib ona tabe olduqlarını bildirmək istəyən bir çox qızılbaş əmirlərini anasının və qardaşının qətlində günahlandıraraq öldürtdürmüşdü. Bu işdə ona İran feodalları və xüsusən vəzir kömək etmişdi. Şah Abbas hər cəhdlə qızılbaş əmirlərini hakimiyyətdən uzaqlaşdırmağa çalışır, onlarla düşmənçilik edirdi. O vaxt İranda olmuş xarici səfirlərdən biri yazırdı ki, “Şah Abbasın qızılbaş soylarını görəsi gözü yoxdu, o bu soyların qüdrətini sarsıtmağa çalışır. Şah indi tatlardan ibarət dəstələrə, qulamlara arxalanır və onları yüksək dövlət vəzifələrinə təyin edir. Şah Abbas qızılbaşları hərbi işlərdən uzaqlaşdırmaq üçün hərbi islahat keçirdi, qızılbaşların inhisar hüquqları ləğv edildi, iranlılar da orduda vəzifə tutmaq hüququnu aldılar”.

Davamı →

Mütəvəkkil Dövründə Abbasilərin Vəziyyəti

Mütəvəkkilin dövründə Abbasilər zəifləməyə başladı. Ölkədə xalqın xilafət məqamındakılann davranışları, Rəsulullahın nəslinə qarşı etdikləri hörmətsizliklər səbəbilə Abbasilərə qarşı düşmənçiliyi artmışdı.
Abbasilərin daxili məsələlərə başınm qarışmasından istifadə edən Bizans İslam torpaqlarına hücumlar etməyə başlamışdı.

Davamı →

Eminin qardaşı Məmunu Vəliəhdlikdən uzaqlaşdırması

Emin zövq və əyləncədən xilas ola bilmirdi. Onun bu vəziyyətindən istifadə edən Bizans hücuma keçdi. Bizans ordusu İslam torpaqlarına daxil oldu. Lakin bu belə Emini qəflət yuxusundan oyandırmadı. O, Abbasi taxtına övladlarını varis təyin etmək üçün öz qardaşının haqqma təcavüz etdi. Məmunu vəliəhdlikdən kənarlaşdıraraq balaca oğlu Musanı 810-cu ildə vəliəhd elan etdi. Məmun atası tərəfindən də sevilən və etibarlı bir şəxs idi. Hətta Harun, şərq üsyanını yatırmaq üçün də onu göndərmişdi. Atasının vəfatından sonra da Xorasan əmiri olan Məmun, İran əsilli Fəzl b. Səhli özünə vəzir təyin etmişdi. Fəzlin məsləhəti ilə Məmun ədalətə böyük əhəmiyyət verirdi. Bu baxımdan xalq tərəfindən sevilirdi.

Davamı →

Bizansla Aparılan Mübarizələr

Harun ər-Rəşid Bizansa səfərlər təşkil etdi. Ordan gələcək təhlükəni önləmək üçün, əvvəlki xəlifələrin başladığı Əvasim müstəhkam xəttini gücləndirdi. Bu məqsədlə müsəlman türkləri bura yerləşdirməyə başladı. Beləliklə Bizans axınlarım nəzarət altına almış oldu.
Bizans Xəzər türklərini üsyana təşviq etdi. Şimalda yaşayan xəzərlərin Şərqi Anadoluya etdikləri hücumlar Harunu əsəbləşdirdi. İslam ordusu 799-cu ildə xəzərləri məğlub etdi. Bundan sonra İsalam ordusu Bizans üzərinə hücuma keçdi. Oğlu VI Konstantinin yerinə taxta çıxan İrənə, yenə müsəlmanlara vergi vermək surətilə müqavilə bağladı.

Davamı →

Bağdad Şəhərinin Qurulması

Əbu Cəfərin admı əbədiləşdirən hərəkətlərindən biri də onun Bağdad şəhərini tikdirməsidir. Hz. Əli Mədinəni nəzarətdə saxlaya bilmək üçün Kufəni hökumətin mərkəzi etdi. Müaviyə də Ümeyyəoğullanmn güclü olduqlan Şamdan aynlmayaraq Şamı mərkəz halına çevirdi.

Davamı →

Abbasi xilafətinin qurulması

Əbul-Abbas Abdullahın Xəlifəliyi (750-754)
750-ci ildə Kufədə Əbu Müslim və tərəfdarları tərəfində xəlifə elan edilən Əbul-Abbas Abdullah II Mərvanın öldürülməsindən sonra bütün xalq tərəfindən xəlifə olaraq tanınmışdır. Bununla da İslam tarixində Abbasilərin hakimiyyəti başlamış oldu.
Əbul-Abbas istər Əbu Müslim, istərsə də əmisi Abdullah b. Əlinin orduları tərəfindən xəlifə elan olunduğu üçün bunlara qarşı gələn olmamışdır.

Davamı →