Bloq haqda
İslamda böyük rol oynamış şəxslərin həyatı,bioqrafiyası
Xəlifələr, imamlar, alimlər, əhli-Sünnə,
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (20)
emin Cavid TM-çi X_Pirat Elsamir Dior Anar ziya_khalil Xrizoberil Samir012 BaKiNeC ORIGINAL Nurane Shahbazova yravil Rene AykaJackson Aristotel Abdulyar _BUMERANQ_ SÜSən_MehrəliyevaHəzrəti Fatimə
O, peyğəmbər məktəbinin tərbiyəsini almış, hətta bəzən paklığıyla peyğəmbərə belə tay tutulan qadındır.
O, dünyanın mömin qadınlarının əfəndisidir. «Seyyid-i nisədir».
O, Hz.Məhəmmədin övladı, Hz.Əlinin xanımı, peyğəmbər nəslinin davamçıları olan Həsən, Hüseyn, Zeynəb və Ümmü Gülsümün anası, Xədicə-tül Kübranın qızıdır.
O, dünən, bu gün, sabah da dərin hörmət və sevgiylə anılan və anılacaq Hz.Fatime-yi Zəhradır.
Ardı
İmam Malik
Ardı
İmam Əli(Ə) Quranda
Ardı
- ?
- 24 iyul 2011, 15:27
- Ferid_Zeynalli
- şərh əlavə et
İslamı qəbul etmiş ilk insan
İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər, fəzilətdir ki, Qur'an açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar, öndə olanlar! Bunlar [Allahın dərgahına, Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.»
Ardı
- ?
- 21 iyul 2011, 17:24
- Ferid_Zeynalli
- 14
İmam Əlinin(ə) qırx səhabəsi
1-Abdullah ibn Abbas:
O, Peyğəmbər (s)-in əmisi oğlu, imam Əli (ə)-ın səfiri, nümayəndəsi və İslam ordusunun sərkərdəsi idi. İmam Əli (ə) uşaqlıq çağlarından ona İslam maarifini öyrətməyə başladı. O, fiqh, təfsir və təvil elmlərində, hətta ənsab elmində başqalarından tam şəkildə fərqlənirdi. Peyğəmbər (s) onun haqqında belə dua etmişdi: "İlahi! Onu din alimi et və Quranın təvilini ona öyrət." Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində imam Əli (ə)-ın ordusunda iştirak edərək şücaətlə döyüşürdü. O, Siffeyn müharibəsində imam Əli (ə)-ın ordusunun sol cinahının sərkərdəsi idi, imam Həsən (ə) və imam Hüseyn (ə) da onun ordusunda döyüşürdülər. İbni Abbas imam Əli (ə)-ın tərəfindən Bəsrənin valisi təyin edildi, və o həzrətin şəhadətindən sonra imam Həsən (ə)-ın hüzurunda idi. Abdullah ibn Zübeyr onu Taifə sürgün etdi. Ömrünün axırlarında gözləri tutuldu, amma yenə də İslam maarifini yaymaqdan əl çəkmədi, nəhayət yetmiş bir yaşında ikən Taifdə vəfat etdi.
Ardı
- ?
- 20 iyul 2011, 20:17
- Ferid_Zeynalli
- 7
Əmirəl-mö'minin Həzrət Əli
Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə'bə evində dünyaya göz açmışdır. Atası Əbutalib, anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir
Ardı
- ?
- 20 iyul 2011, 07:39
- Ferid_Zeynalli
- şərh əlavə et
Hz.İbrahim (ə)
İbrahimdə (ə) onlarla bərabər bayrama gəlmişdi.Burada bütləri görüb heyrətlə bu yazıq insanların sifətlərinə baxdı.
QURANİ-KƏRİM xəbər verir:
"İbrahim atasına və tayfasına:«Sizin tapınıb durduğunuz bu heykəllər nədir?-dediyi zaman onlar:Biz atalarımızı onlara ibadət edən gördük!»-deyə cavab vermişdilər.(İbrahim onlara:) And olsun ki,siz də,atalarınız da (haqq yoldan) açıq-aıkar azmısınız!"-demişdi.(Əl-Ənbiya,52-54)
Buradakıların bəziləri önə çıxıb:-«Bəs sən kimə inanırsan?-deyə soruşduqda o:
»Aləmlərin Rəbbinə!" demişdir.
-Bəs Nəmrud? Axı o bizim rəbbimizdir,sən ona inanmırsan?-sualına isə İbrahım (ə):
-Xeyr,mən yalnız məni yaradana itaət edirəm!-cavabını vermiş,bununla da böyük bir qarşıdurmanın təməl daşını qoymuşdur.
Ardı
İmam Hüseyn (ə) ın əxlaqi fəzilətləri
Ardı
- ?
- 12 may 2011, 02:03
- Cavid
- şərh əlavə et
Həzrəti Zülkifl
Quranı Kərimin cəmi iki ayəsində Zülkiflin adı keçir. Bunlardan biri Ənbiya 85, digəri isə Sad surəsi 48-dir. Hər iki ayədə də bu ad digər peyğəmbərlərlə birlikdə anılmış və onların bəzi özəllikləri zikr olunmuşdur. Klassik müfəssirlər ayədə keçən «Zu'l-kifl» kəlməsini ad olaraq qəbul etmiş və bu adı daşıyan şəxsin peyğəmbər olub olmadığı haqqında müxtəlif fikirlər söyləmişdilər. Bu barədə güvənilən bir hədis və qüvvətli bir rəvayətin olmadığını nəzəzrə alan Məhəmməd Əsəd bunun xüsusi bir isim deyil, bir sifət olduğu fikrini irəli sürmüşdür. Onun qənaətinə görə «sahib» mənasında bağlayıcı olaraq istifadə edilən «zu» kəlməsi ilə, bir şeyi etməyi boynuna götürdü, yükləndi mənalarına gələn təkəffələ felinin məstərindən düzəlmiş olan" bu ifadə bir ad deyil, özünü əhdlə Allaha bağlayan insan və ya insanlar mənasında ayədə adları zikr olunan peyğəmbərlərin müştərək bir sifətidir.
Ardı
- ?
- 30 aprel 2011, 05:11
- Cavid
- şərh əlavə et
Həzrəti Xədicə
Ardı
- ?
- 30 aprel 2011, 04:54
- Cavid
- şərh əlavə et
