Anaya qulluq haqda əxlaqi hekayə

Deməli, bir gün bir oğul anasını restorana gətirmişdi. Ana yaşlı idi, əlləri əsdiyindən yeməyini paltarına və süfrəyə dağıdırdı. Restorandakı bəzi müştərilər bunu narazılıqla qarşılayırdılar. Amma oğul sakitliyini pozmur və anasına qulluq edirdi. Yemək bitdikdən sonra o anasını əl-üz yuyulan yerə aparıb onun əllərini yudu, saçlarını darayıb, üst-başını qaydaya saldı, eynəyini düzəltdi.
Bu zaman bütün restoran onlara tamaşa edirdi.
Oğlan hesabı ödəyib anası ilə çıxışa tərəf yönəldi. Bu zaman yaşlı bir kişi onun arxasınca çağırdı :
— Sizə elə gəlmirmi ki, burda bir şey qoyub getdiniz ?
— Xeyr, heç nə qoymamışam.
— Yanılırsınız, siz burda hər bir oğula dərs, hər bir anaya isə ümid qoyub gedirsiniz!

0 şərh