Uşaqları təhqir etməyin

Xoşagəlməz sözlər “yağışında“ böyüyən uşaqdan gözəl davranış gözləməyə dəyməz. Bir misal çəkək: təcrübəyə əsasən müəyyən edilmişdir ki, gözəl sözlərlə bəslənən çiçəklərin rəngi daha canlı, pis sözlərlə “qidalanan“ çiçəklərin rəngi isə daha solğun olur. İnsan da belədir: xoş söz, gözəl ifadələr onun ruhuna, varlığına müsbət təsir edir. Su qayanı yavaş-yavaş dəldiyi kimi, hər gün təkrarlanan arzuolunmaz, təhqiramiz ifadələr də uşaqların mənəviyyatını beləcə zədələyir, “savadsız, tənbəl, düşüncəsiz“ kimi sözlər onun daxili aləmini alt-üst edir. Həmişə övladlarınıza xoş sözlər söyləyin, unutmayın, onların gözəl sözlərə daha çox ehtiyacı var.
 

0 şərh