Рейтинг
+30.98

İslam və qadınlar

41 üzv, 39 topik

Müsəlman qadının kosmetikası

Sən sadəcə olaraq sağlamlıq və xoşbəxtliklə nəfəs alırsan. Gözlərin elə sirli nur yayır ki, üzünün dərisi məxmər kimidir, əllərin hər zaman isti və zərifdir. Bu sirri mənə aç: hansı kosmetikadan istifadə edirsən", — deyə bir dəfə hər şeylə maraqlanan rəfiqələri ondan soruşdular. O gözlərini qaldırdı və yüngülcə gülümsəyərək cavab verdi. - Mənim sirrim yoxdu. Dodaqlar üçün məndə yalnız doğru və səmimilik, səs üçün daimi olaraq Allahı zikr eləmək, gözlər üçün mən mülayim lakin isti baxış istifadə edirəm.Əllər üçün — yaxşı və xeyirli işlər görmək. Bədən üçün çalışıram özümdə səbr və vicdan tapım.Qəlbim üçün yalnız Allah sevgisini istifadə edirəm. Dərrakə üçün isə idrak, müdriklik və kamal istifadə edirəm. Ruhumda isə hər zaman Allaha itaət bəsləyirəm. Öz ehtiraslarımı isə imanım və tez-tez etdiyim dualarla cilovlayıram.
Ardı →

Hicab qadağası

Avropanın bir çox ölkələrindən və Türkiyədən sonra islam simvollarına qarşı Azərbaycan cəmiyyətində də açıq mübarizə başladı. Bəli, Azərbaycan cəmiyyətində, yəni o cəmiyyətdə ki, əhalisinin doxsan faizindən çoxunun müsəlman olduğu etiraf edilir. Məhz o cəmiyyətdə ki, ölkə prezidenti öz prezidentlik fəaliyyətinə başlayanda Konstitusiya ilə yanaşı İslam dinin müqəddəs kitabına, yəni Qurana da and içir. Maraqlıdır ki, islam dininin əsas atributlarından biri olan hicaba qarşı açıq-aşkar mübarizə «dünyəvilik» pərdəsi altında aparılır.

Hicaba qoyulan qadağaların arxasında hansı məkrli siyasətin dayandığını başa düşmək üçün hər şeydən əvvəl 1) hicabın hansı mahiyyət daşıdığını, 2) hicaba qoyulan qadağaların vicdan azadlığına nə dərəcədə təhdid olduğunu, 3) kimlərin və nə üçün hicabdan qorxduqlarını, 4) hicabın dünyəviliyə təhlükə olub-olmadığını, 5) milli özünəməxsusluqla hicabın bağlılığını, 6) hicaba qadağaların qoyulması ilə qloballaşma prosesinin əlaqəsini və sair araşdırmağa çalışaq.


Ardı →

Hicab nə üçündür?

Baş örtüyü ilə bağlı xeyli müddətdir bilənlər, bilmədiyini bilənlər, bilmədiyini bilməyənlər, bildiyini zənn edənlər, bilmədiyi halda bilgili kimi görünməyə çalışanlar və həddini bilməyən hərşeyşünaslar yazırlar, danışırlar. İnsan heç nə bilməsə də, heç olmasa həddini bilməlidir. Bunu səmimi olaraq bilmək, öyrənmək istəyənlərin fikrinə əsasən belə bir yazı yazmaq qərarına gəldim. Çünki cavab, bilmək istəyənin haqqıdır.


Ardı →

Qadının döyülməsi

Allah Təala müəyyən şərtlər daxilində təqdirdə ərin arvadını döyməsinə icazə verib. Bu şərtlər ayələrlə və peyğəmbərimizin (ə) sözləri ilə açıqlanmışdır. Allah Təala belə buyurur:


«Kişilər qadınların başlarında olurlar. Bu, Allahın birinə digərindən artığını verməsi və mallarından xərcləmələri səbəbilədir. Yaxşı qadınlar, boyun əyənlər və Allahın qorumasına qarşılıq təklikdə ikən özlərini qoruyanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara gəlincə onlara öyüd verin, yataqlarında tək buraxın və onları döyün. Əgər sizə itaət edərlərsə, onlara qarşı başqa bir yol aramayın. Allah ucadır, böyükdür.» (Nisa, 34)


Ardı →

Zövcənin əri üzərindəki haqları

1) Mehr. Allah buyurur: «Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin! « (ən-Nisa 4)
2) Təminat  Allah buyurur: «Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin!» (əl-Bəqərə 233)
Ardı →

İslam dünyasında qadın

İslam dünyası, fərqli coğrafi bölgələrə və iqlimlərə dağılmış vəziyyətdə olub, bir çox qövm və irqləri öz içində saxlayar. Orta şərqi, Afrika qitəsini, uzaq şərqi, Osmanlı İmperatorluğu dövründə İslam ilə tanış olmuş olan cənub şərq Avropanın bir neçə bölgələrini və bunlardan başqa Amerikada və şimal Avropanın içində olan Müsəlmanlar, İslam dünyasını təşkil etməkdədir. Olduqca geniş bir sahəyə yayılmış olan İslam Dünyası, zəngin ölkələrə sahibsə də bir çox ölkələr də kasıblıq və geri qalmışlığın ağrısını çəkməkdədir.
Ardı →

Günahkar qadınların cəhənnəm əzabları haqda

Bu mübarək hədisi imamzadə Əbduləzim İmam Məhəmməd Təqidən (ə), o, İmam Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o, İmam Cəfər Sadiqdən (ə), o, İmam Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-abidindən (ə), o İmam Hüseyn (ə), o da atası imam Əlidən (ə) nəql edir: «Bir gün mən və Fatimə Allah rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük. Soruşdum, ata- anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan? Allahın rəsulu (s) buyrudu:
Ardı →

Qadınlarla bağlı kişinin üzərinə düşən haqları

Mövzunu bu yerdən başlayaq ki, İslamda əmanətə xəyanət edilməsi təbii olaraq bəyənilmir. Hətta əgər əmanət kafir şəxs tərəfindən verilsə belə, vacibdir ki, onu salamatlıqla sahibinə qaytarasan. Xanımlar da kişilərə Allah tərəfindən verilən əmanətdir. Beləcə, sıravi bir insanın əmanətinə xəyanət İslamda belə bəyənilmirsə, Allahın insana verdiyi və haqqında Qiyamət günü soruşacağı əmanətə xəyanət nə dərəcədə düzgün ola bilər?! 
Ardı →

Qadın xoşbəxtliyi

Ailə həyatı qurularkən hər bir qadın istəyir ki, həyat yoldaşı onu daim ön planda qoysun və hər şeydən üstün saysın. Hər an və hər zaman onu xatırlasın, hər şeydə ona üstünlük versin, hətta ər onun istəklərinə görə öz istəklərindən də imtina etsin. Çünki qadın bütün ömrünü onunla keçirməyə razılıq verib, öz ata evindən köçüb ərin evinə gəlib və tam varlığı ilə ərinə tabe olubdur. Qadın həyat yoldaşından ən isti və ülvi sevgini gözləyir, bir bədəndə iki şəxsin yerləşməsi kimi yaxın olmaq istəyir, mənzildə qoyulmuş mebel və ya bir əşya kimi evdə oturmağı diləmir. Bütün bunları arzulayarkən, ər evinə gələr-gəlməz qısa bir müddət keçən kimi sanki bütün xəyallarının puç olduğunu düşünür.
Ardı →