Рейтинг
+7.17

İslam tarixindəki şəxslər

35 üzv, 41 topik

14 məsum (8)

İMAM CƏFƏR (ƏLEYHİSSALAM)

Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq.
Künyəsi: Əbu Əbdillah.
Atası: Muhəmməd Baqir (əleyhissalam).
Anası: Qasim ibni Muhəmməd ibni Əbu Bəkrin qızı Fatimə (künyəsi Ümmü Fərvə).
Doğulduğu gün: 17 Rəbiül-əvvəl.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 83-cü hicri ili.
Şəhid olduğu gün: 25 şəvval.
Şəhid olduğu il:148-ci hicri ili.
Ömrü: 65 il.
Şəhadətinin səbəbi: Mənsur Dəvaniqi o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 10 (7 oğlan, 3 qız)


Ardı →

14 məsum (7)

İMAM MUHƏMMƏD BAQİR (ƏLEYHİSSALAM)

Ləqəbləri: Baqir, Zakir, Şakir, Hadi, Sabir, Cami, Hazir, Şəbih, Nasir.
Künyəsi: Əbu Cəfər.
Atası: İmam Zeynül-Abidin (əleyhissalam).
Anası: İmam Həsənin (a) qızı Fatimə.
Doğulduğu gün: 1 Rəcəb.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 57-ci hicri ili.
Şəhid olduğu gün: 7 Zilhəccə.
Şəhid olduğu il:114-cü hicri ili.
Ömrü: 57 il.
Şəhadət səbəbi: Hişam ibn Əbdül-məlik o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 8 (6 oğlan, 2 qız).


Ardı →

14 məsum (6)

İMAM ZEYNALABDİN (ƏLEYHİSSALAM)

Ləqəbləri: Zeynül-Abidin, Səccad, Zeynüs-Salihin, Varisu elmin-nəbiyyin, Mütəhəccid, Zəkiyyə, Əmin, Zahid, Abid, Ədl, Bəkka.
Künyəsi: Əbu Muhəmməd.
Atası: Peyğəmbərin (s) nəvəsi Hüseyn (əleyhissalam).
Anası: Yəzdgirdin qızı Şəhrəbanu (Qadınlar şahı).
Doğulduğu gün: 15 Cəmadiül-əvvəl.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 36-cı hicri ili.
Şəhid olduğu gün: 25 Məhərrəm.
Şəhid olduğu il: 95-ci hicri ili.
Ömrü: 57 il.
Şəhadət səbəbi: Hişam ibni Əbdül-məlik qardaşı Vəlidin hakimiyyəti dövründə o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığında əmisi Həsənin (əleyhissalam) məzarının yanında.
Övladlarının sayı: 15 (11 oğlan, 4 qız)


Ardı →

14 məsum (5)

İMAM HÜSEYN (ƏLEYHİSSALAM)

Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamus-salis.
Künyəsi: Əbu Əbdillah.
Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).
Doğulduğu gün: 3 Şəban.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: Hicrətdən 3 il sonra.
Şəhid olduğu gün: Məhərrəmin onu, cümə günü.
Şəhid olduğu il: 61-ci hicri ili.
Ömrü: 58 il.
Şəhadət səbəbi: Yezid ibn Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.
Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri.
Övladlarının sayı: 6 (4 oğlan, 2 qız).


Ardı →

14 məsum (4)

İMAM HƏSƏN (ƏLEYHİSSALAM)

Ləqəbləri: Müctəba, Təqiyy, Zəkiyy, Seyyid, Sibt.
Künyəsi: Əbu Muhəmməd.
Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).
Anadan olduğu gün: 25 Ramazan.
Doğulduğu yer: Mədineyi Münəvvərə.
Anadan olduğu il: Hicrətdən 2 il sonra.
Şəhid olduğu gün: 7 Səfər.
Şəhid olduğu il: 49-cu hicri ili.
Ömrü: 47 il.
Şəhadət səbəbi: Əşəsin qızı Cödə, Müaviyənin hiyləsi ilə o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə, “Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 15 (8 oğlan, 7 qız)


Ardı →

14 məsum (3)

FATİMEYİ-ZƏHRA (SALAMULLAHİ ƏLEYHA)

Ləqəbi: Zəhra.
Künyələri: Ümmül-əimmətil-əthar, Ümmül-Həsən, Ümmül-Hüseyn, Ümmül-möminin, Ümmül-fəzail, Səyyidətü-nisail-aləmin, Xəyrün-nisa, Bətul, Ümmül-xiyərə, Ümmün-nücəba, Ümmül-əzhar.
Atası: Muhəmməd Rəsulillah (səlləllahu əleyhi və alihi və səlləm).
Anası: Xədiceyi-Kübra Ümmül-möminin (salamullahi əleyha).
Anadan olduğu gün: 20 Cəmadiüs-sani.
Doğulduğu yer: Məkkeyi-Mükərrəmə.
Doğulduğu il: Besətin beşinci ili (Hicrətdən səkkiz il əввəл).
Şəhid olduğu gün: 3 Cəmadiüs-sani.
Şəhid olduğu il: 11-ci hicri ili.
Ömrü:18 il.
Şəhadətinin səbəbi: Əziz atasının vəfatından sonra başına gətirilən müsibətlər.
Dəfn olunduğu yer: Mədinə.
Övladlarının sayı: 4 — (4 aylıq siqt olunan Möhsündən başqa) 2 oğlan və 2 qız.


Oğlanları:


1. Həsən (əleyhissalam).
2. Hüseyn (əleyhissalam).

Qızları:


1. Zeynəbi-Kübra.
2. Zeynəbi-Suğra (Ümmü Gülsüm)
Üzüyünün yazısı: “Əllahu vəliyyu isməti” (Allah mənim ismətimin (zahiri və batini çirkinliklərdən, nöqsan və qüsurlardan paklığımın) vəlisidir).


Davamı →

14 məsum (2)

İMAM ƏLİ (ƏLEYHİSSALAM)

Ləqəbi: Əmirəl-möminin.
Künyəsi: Əbül-Həsən, Əbül-Həsəneyn, Əbüs-Sibteyn, Əbür-Reyhanəteyn, Əbuturab.
Atası: Əbutalib (Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in əmisi. (Başqa adları: İmran, Əbdi Mənaf, İbni Əbdül-Müttəlib).
Anası: Fatimə binti Əsəd.
Doğulduğu gün: 13 Rəcəb, cümə günü.
Doğulduğu yer: Allah Evi (Kəbeyi-Mükərrəmə).
Doğulduğu il: Amül-fildən 30 il keçərkən.
Şəhadət tarixi: Cümə gecəsi, 21 Ramazan.
Şəhadətə çatdığı il: Hicrətdən 40 il keçərkən.
Ömrü: 63 il.
Şəhadət səbəbi: O həzrət Kufə məscidində xəvaricdən olan İbni Mülcəmin qılınc zərbəsi ilə şəhid edilmişdir.
Dəfn olunduğu yer: Nəcəfi Əşrəf.
Övladlarının sayı: 36 (18 oğlan, 18 qız).


Ardı →

14 məsum (1)

Bismillahir rəhmanir rəhim

Fəzl və kərəmi geniş olan, ehsan və nemətləri məxluqata yetən Allaha həmd olsun, ağamız həzrəti Muhəmməd və onun feyz sahibi olan məsum övladlarına salam və salavat olsun.
Qeyd edəcəyim bu yazılarda 14 məsum əleyhimussalamın həyatının xülasəsi verilmişdir və onlar aşağıdakı şəxslərdən ibarətdir:
Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm), Fatimə (əleyha salam) və on iki imam (əleyhimussalam).
Bu qeydlərdə 14 məsumun (əleyhimussalam) möminlər üçün zəruri olan bəzi xüsusiyyətlərini qeyd edəcəm. Allah bu işdə bizə yar olsun!


Ardı →

İmam Məhəmməd Təqi (ə)

İMAMIN ŞӘXSIYYӘTİ
Adı: Muhəmməd
Ləqəbi: Təqi və Cavad
Kunyəsi: Әbu Cəfər
Atası: Həzrət imam Rza (ə)
Təvəllüdü: Hicri 195-ci il
İmamlıq müddəti: 17 il
Ömrü: 25 il
Şəhadəti: 220-ci Hicri-qəməri ilində Mötəsimin əmri ilə və arvadının əlilə zəhərlənib şəhid oldu.
Məzarı: İraq şəhərlərindən biri olan Kazimeyn.

Davamı →

Həzrəti Zeynəb (s.ə)

Onlar hər növ eyib və nöqsandan uzaq olan beş müqəddəs nurlar, vəhy xanədanı və vilayət ailəsidirlər – Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həsən (ə), və Hüseyn (ə). Belə bir ailədə bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, sonralar özünün Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə, özünün Əhli-beyt (ə) davamçısı hesab edən qadınlar üçün ülgü və nümunə olacaqdı. Zeynəb (ə) atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb (ə) adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. 

Ardı →